Necə Bir Azərbaycan Gəncliyi / Akif Hüseynov

      Share

      Hal-hazırda dünya başı kəsik toyuq misalı çırbıntı içərisindədir. Belə bir çırbınışlı-çalxantılı dünyada ağılı-şüuru yerində bir gənclik təsəvvür etmək çox çətindir.

        Bu çətinliyi aradan qaldırmaq da yenə həmin gəncliyin boynundadır. Bir ölkəni məhv etməyin ən asan yolu onun gəncliyinin düşünməsinə mane olan amilləri ortaya atmaqdır. Çünki insan düşüncədən yoxsul olarsa nəyin zərərli nəyin faydalı olduğunu bilməz. "Bir ölkənin gələcəyi o  ölkənin gənclərinin əlindədir" sözünü çox eşitmişik amma üzərində düşünməyi heç yoxlamamışıq. Gənclər bir ölkənin əsas botensialıdır.

      Tarixə baxılarsa böyük dövlətlərin qurucuları yenə də əsasən gənclərdən ibarətdir.  Bir könül adamı onu ziyarətə gələn gənclərdən ibarət bir qruba: "Ölkənizin taleyi siz və sizin kimi bir ovuc düşüncəli gənclərin əlindədir" dedikdə yenə də gənc qruba səsləndiyini diqqətə almağınızı xahiş edirəm. Nəcib Fazil Qısakürək: "Ölkənin yükünü səndən başqa çəkəcək yenə də sənsən kimi düşün" demişdir öz əsərlərindən birində. Bunlardan bir nəticə çıxararaq "Necə bir Azərbaycan gəncliyi?" Sualına cavab axtaraq: Əsrlər boyu öz mənəviyyatına sadiq qalmadığı üçün başqa-başqa millətlərin fikir əsiri olan gənclərdən olmamaq.

      Öz tarixinə sadiq qalmadığı və bir başqa ölkənin əsarətini sevdiyi üçün 21-ci əsrə sadəcə Şirvandan ibarət qalan Azərbaycanı tarixi bütövlüyü ilə təbliğ edən bir gənclik. Kişiləri belə babaqsız gəzməyən bir millətin qadınlarının avroba mədəniyyəti əsarətinə girərək geyimini bilməməsini sadəcə bir mədəniyyət kimi qarşılamayan bir gənclik. Özünü tanıyan və öz canının qədrini bilən bir gənclik ki, bir vəzifəyə gəldiyi vaxt öz millətini tanıyıb öz millətinin qədrini bilsin. Aid olduğu vəzifəni layiqincə yerinə yetirən və ölkəsinə faydalı olan bir gənclik. Düşünərək öz ölkəsinin gələcəyinin həlli üçün çalışan və bu düşüncə işində başqasının  fikir əsiri olmayan bir gənclik.

      16 ildir zəbt edilmiş torbaqlarımız üçün səfərbərlik deyiləndə gizlənmyə yer axtaran, sakitlik olanda ekranlara çıxıb dırnağarası kişilikdən danışan bir gənclik əvəzinə "Qarabağ olmazsa olmaz" deyən bir gənclik. Həmişə ölkəsinin iqtisadiyyatını düşünərək xarici ölkələrin müştərisi deyil istehsalçısı olmağı hədəf seçən bir Azərbaycan gəncliyi. Ölkəsində qarşılaşdığı bir çox broblemlər səbəbiylə ölkədən getməyi düşünmək əvəzinə o broblemləri həll etməyin yolunu düşünən bir Azərbaycan gəncliyi. Ona görə ki, istedadlı bir gənc hər bir səbəblə ölkəsinə, xalqına arxasını çevirib gedərsə onun yerinə əhil olmayan şəxslər ölkənin gələcəyi olacaq və yenə də həmin məsələlər davam edib gedəcək. Hər çətilik bir qurban tələb edir. Necə ki, ruzi üçün özləri ilə müqayisədə çox uzun yol gedən  və daha ağır yük götürən qarışqalar sıra ilə gedərkən ağac üzərindəki yabışqanlı yerə çatdıqda əyər biri yabışıbsa o biri onun üstündən keçərək irəli, digəri onların üstündən keçərək irəli bu minvalla özlərini özlərindən sonrakılara körbü edərək keçməzləri keçməyi bacarırlar.

       

      • Hits: 951 clicks

      Tecox component by www.teglo.info