İrfan jurnalının təşkilatçılığı ilə “Əhli-Beytin anası- Həzrət Fatimə” adlı seminar keçirildi

    PDF faylını alÇapE-poçt

      Share

      Məlum olduğu kimi İrfan jurnalının fəaliyyət sahələrindən biri də ənənəvi “İrfan Məclisləri” təşkil etməsidir. Bu məclislərdə istər ölkə sərhədləri daxilində tannmış, istərsə də sərhədlərimizdən kənarda fəaliyyət göstərən elm və irfan əhli iştirak edir. Mart ayının 3-də də məhz bu tədbirlərdən biri kimi Türkiyə Cümhuriyyətinin Yüzüncü Yıl Universitetinin müəllimlərindən olan, Türkiyədə Əhli-Beyt və Səhabələr haqda yazdığı onlarla kitabın müəllifi kimi tanınan Adem Saraçın “Əhli-Beytin anası – Həzrət Fatimə” seminarı keçirildi. Çox sayda iştirakçının qatıldığı seminarda Həzrət Fatimənin Əhli-Beyt içərisindəki müstəsna yeri, İslam dünyasının qadınları üçün nümunəvi şəxsiyyətindən söz açılmış və slayd göstərilərək ətraflı məlumat verilmişdir. Duyğulu anların da yaşandığı tədbir iştirakçıların xatirində silinməz izlər qoydu.

       

      • Hits: 1662 clicks

      Tecox component by www.teglo.info