İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyi (IBS) Təşkilatının II Başqanı Ömər Güzəlyazıcı ilə Müsahibə

      Share

      Pakistanda 8 oktayabr 2005-ci il şənbə günü, episentri İslamabadın 90 km şimalında Rixter cədvəli ilə 7.6 şiddətində bir zəlzələ oldu.

       Ölkənin Müzəffərabad və Hür Kəşmir bölgələrinə təsir göstərən zəlzələdə rəsmi rəqəmlərə görə 80.000-dən artıq insan tələf oldu, milyonlarca da evsiz qaldı. Qardaş Pakistanı vuran bu böyük fəlakətdən sonra Türkiyədə yardım kampaiyaları başlandı. Istər dövlət qurumları, istərsə də QHT-lərin təşkil etdiyi kampaniyalar Ramazan ayının yardımlaşma iqlimi ilə bütünləşincə rekord sayıla biləcək miqdarlara və rəqəmlərə çatdı. Pakistandakı zəlzələ baş verən andan etibarən hərəkətə keçən QHT-dən biri də  Azərbaycanda da şöbəsi olan İstanbul beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyi (IBS) idi. Təşkilatın II Başqanı Ömər Güzəlyazıcı ilə zəlzələ və IBS-in fəaliyyətləri haqqında müsahibə götürdük.

      İrfan: Bildiyimiz kimi Pakistanda olmusunuz, bir daha da səfəriniz gözlənilir. Ümumiyyətlə orada vəziyyət necədir. Zəlzələ nə qədər ərazini dağıntıya məruz qoymuşdur?

      Ömər Güzəlyazıcı: İslamabadın təqribən 200 km şimalında Balakot adlanan bir bölgəyə getdik. Bura zəlzələdə ən ağır zərər olan yerdir. Əslində zəlzələnin ağır dağıntılar törətdiyi iki yer var. Biri Pakistanın sərhədləri  daxilində Balakot bölgəsi, digəri də yenə Pakistan idarəsi altında Hür Kəşmir sərhədlərində Müzəffərabad və Bağ bölgələri. Zərər görən ərazi təxminən100 km radiusunda bir dairədir. 3 milyon 300 min insan evsiz qalmışdır. Kəşmir siyasi olaraq kritik bir ərazi olduğundan insanlar daha çox ora gedirlər. Yoxsulluq ucbatından yardımın əksəriyyəti oraya aparılır. Pakistanın daxili bölgələrinə diqqət daha az göstərilir. Biz bu diqqətdən kənar qalan ərazilərdən biri Balakota yardım etməyi planlayırıq. Çox ağır şərtlər altında yaşayırlar; çadır yox, yorğan yox Həm BMT, həm də pakistan rəhbərliyinin təsdiqlədiyi 84 min ölüdən bəhs edirlər. Bu rəqəmin qış aylarında soyuq və xəstəliklər səbəbiylə ikiqat arta biləciyini düşünürlər. Çox mikroblu bir mühit olduğundan tetanus təhlükəsi var. Bu üzdən ciddi miqdarda peyvənd aparmağı planlayırıq. Bundan əlavə bu bölgə, həm də yüksək bölgələrdən aşağı enə bilməyən insanlar üçün düşərgələr qurmaq istəyirik.

      İrfan: Beynəlxalq arenada diqqət hansı səviyyədə oldu?

      Ömər Güzəlyazıcı: Bildiyiniz kimi biz Tsunami fəlakətində də yardım fəaliyyətlərinə qoşulmuşduq. Ora ilə müqayisədə demək olar ki, bura beynəlxalq arenanın diqqəti sıfır səviyyəsindədir. Yalnız Salvation Army kimi bəzi ABŞ təşkilatlarının fəaliyyətləri var. Bundan başqa bir neçə İndoneziya və Malaziyalı təşkilatlara rast gəlmək mümkündür. Türk təşkilatlarının fəaliyyəti isə çox genişdir. Həm Türk Qızılayı, həm də  Dəniz Fənəri və IBS kimi QHT-lər canla-başla çalışırlar.Azərbaycandan Gəncliyə Yardım Fondundan bizmlə işləyən qardaşlarımız var. İsmət Əmrahovu təbrik etmək lazım. Bakistanın öz təşkilatları və İngiltərədə yaşayan pakistanlıların qurduğu Muslim Hands, Helping Hands kimi xeyriyyə təşkilatları da var. Biz orada olanda Seyfülislam Qəddafi və İordaniya kraliçası gəlmişdilər. BƏƏ-nin böyük bir fəaliyyəti var. Buradan gələn əsgərlər Balakotda hərbi qospital qurublar.

      İrfan: İndiyə qədər IBS nə kimi yardımlar etmişdir?

      Ömər Güzəlyazıcı: Türk və Pakistan dövlətinin koordinasiyası ilə 7 Tır yardım göndərilmişdir. Bunların içərisində 10 minə yaxın yorğan, mindən çox insanən məskunlaşa biləcəyi çadır şəhərciyi və xeyli miqdarda qida məhsulları vardır. Bundan sonraki yardımlarda həm eyni, həm də nəğd yardımlar xaricində çadır təmini üçün çalışacağız. Ayrıca yorğana da ehtiyac var. Hədəfimiz insanların qarşıdan gələn qışdan sağ salamat çıxarılmasıdır. Unutmamaq lazımdır ki, zəlzələnin baş verdiyi bölgələr dünyanın ən soyuq; Himalay dağlarının olduğu yerlərdir. Mart, aprel aylarına qədər burada ən azından bir bölgəni himayəmizə götürüb, insanların minimum itkilərlə yaza çıxarılmasına çalışacağız.

      İrfan: Yardım fəaliyyətində hər hansı bir koordinasiya çətinliyi varmi?

      Ömər Güzəlyazıcı: Milyonlarla insan kömək gözləyir. Siz ancaq minlərlə ifadə edilən bir hissəyə yardım çatdırırsınız. Böyük bir kütlə özləri üçün bir tədarik görməyə çalışır.

      Pakistanın öz imkanları ilə bu işin öhdəsindən gəlmək çox çətindir. Beynəlxalq arenadaa isə diqqət yox deyiləcək dərəcədə azdır. Pakistana dünyanın aşkar diqqətsizliyi var. Açeyə edilən yardımların 1/20-i qədər belə yardım edilməyib. Inşaallah, bundan sonra dünya bura diqqət göstərər, çünki qışda xeyli miqdarda insanın aclıq və soyuqdan tələf olma təhlükəsi var.

      İrfan: Bu cür fəlakət yerlərinə yardim məqsədilə gələnlər olduğu kimi "missiya məqsədli" gələnlər də olur. Pakistanda belə bir şey müşahidə edirsinizmi? Yoxsa "bura dininə bağlı insanların ölkəsi, burdan bir iş çıxmaz" deyirlər.

      Ömər Güzəlyazıcı: Nigeriyada ac insanlara alkogollu içkilər paylandığı, dini kimliklərini tərk etmələri üçün pul verildiyi və buna oxşar bir neçə fəaliyyətlər həyata keçirildiyini eşitmişdik. Açedə bundan çox xristianlaşma propaqandası oldu. Dünyada çox ça danışılan Açe ləhcəsində İncillər dərc edildi, bura göndərildi, hətta polis buları yaxaladı, radiolara, televiziyalara mövzu oldu. Açe dilini bilən bəzi missionerlərin QHT şəklində, Açeyə yerləşib dindar müsəlmanlar kimi yaşamağa başladıqlarını gördük.

      Kosovoda da bu belə idi və indi də var. 2 milyon əhalisi olan Kosovoda 2000 QHT var ki, bu çox anormal rəqəmdir, çünki bunların çoxu missioner təşkilatdır. Pakistanda bu ana qədər bəzi xristian təşkilatların  insani yardım fəaliyyətində olduqlarını gördük, amma bunlarla əlaqədar hər hansı bir missionerlik fəaliyyətində olduqlarını eşitmədik. Səbəbi, sizin də söylədiyiniz kimi Pakistan xalqının dininə bağlı olmasıdır.

      İrfan: ABŞ-ın Açedə yetimlər evi qurduğunu bilirik. Burada da yardım fəaliyyətləri xaricində sosial fəaliyyətləriniz olacaqmı?

      Ömər Güzəlyazıcı: Açedə bir kənd inşa edib, orada 86 evin və 300 tələbəlik yətimxananın  olduğu "Hüdayiyolu" adında bir prosbekt açmışdıq. Buna bənzər fəaliyyətləri Pakistanda da düşünürük. Amma ilkin mərhələdə bizdən tələb olunan, bizim kimi digər qardaş təşkilatların planlaşdırdığı şey eynidir: Mart və aprel ayına qədər çadır, yorğan dəstəyi təmin edərək burda meydana gələcək itkilərin qarşısını almaq və ya minimuma endirmək. Bundan sonra isə 50, 100, 500, 1000 nə qədər tikmək mümkündürsə 50m2 evlər tikdirmək. Təbii ki, bunlar imkandan asılı olacaq bir məsələdir.Qurban bayramında da 10.000  dən artıx qurban kəsərək baylayacayıq.

      İrfan: Maraqlı müsahibə üçün təşəkkür edirik.

      Ömər Güzəlyazıcı: Mən də sizə təşəkkür edirəm.

       

      • Hits: 751 clicks

      Tecox component by www.teglo.info