Adem ŞAHİN\GÜNƏŞ ALTINDA YENİ ƏSƏR YOXDUR

    PDF faylını alÇapE-poçt

      Share

            Zəmanəmizdə nəhəng layihələr, çılğın layihələr adı altında işlər həyata keçirilir. Bunlardan biri də 29 oktyabr 2013-cü ildə açılan 1387 metrlik, boğazın 62 metr dərinliyində salınan keçiddir.  Hansı istanbullunun ağılına Hz. Musaya Qırmızı dənizin ortadan yarılaraq yol olması kimi bu boğaz sularını  üstdən və altdan keçən yollarla keçmək gəlməmişdir ki?

            Sualtı keçid Üsküdar və Sarayburnu arasında salınmışdır. Maraqlıdır Osmanlı dövləti zamanında sultan II Əbdülhəmid də boğazda körpü və tunel layihələri hazırlamış, lakin tətbiq etməyə  fürsət tapa bilməmişdi.

            Orta Asiyada türklər Mavəraünnəhrdə mədəniyyət qurmuşdur. Mavəraünnəhr iki çayın arası deməkdir: Sırdərya və Amudərya. Amurdərya 2540 km uzunluğu ilə Orta Asiyanın ən böyük çayıdır. Əfqanıstan, Tacikistan, Türkmənistan və Özbəkistan torpaqlarını sulayıb Aral gölünə tökülür. Amudərya İpəkyolundan keçən karvanların keçməli olduğu böyük bir çaydır. Türkmənistanda yolçəkmə və körpüsalma işləri ilə məşğul olan ukraynalı bir şirkət Amudəryanın altında 4X4 ölçülü tunellərə rast gəlir. Təxminən 500 il əvvəl inşa edilən tunellərin içi qum və palçıqla dolu idi. Bu tunellərin İpəkyolu üzərindən gedən karvanların suyun altından keçməsi üçün salındığı təxmin edilir.[1] Asiya ilə Avropanı bir-birinə bağlayan sualtı keçid 500 il əvvəl Orta Asiyada planlaşdırılmış və o günün şərtlərinə görə Amudərya çayında həyata keçirilmişdir.

            Xəbərlərdə deyildiyinə görə Türkiyədə sərhəd təhlükəsizliyini təmin etmək üçün mağaraların və dərin vadilərin burada tikiləcək 33 su anbarı vasitəsilə suyla doldurulacaq.[2] 628-ci ildə Xəndək döyüşündən əvvəl də təhlükəsizlik torpağın qazılması ilə təmin edilmişdi. 628-ci ildə torpaq çıxarıldı 2013-cü ildə isə su dolduruldu. Hər ikisi də xəndəkdir. Birinin içi boş, digərinin içi su ilə dolu.

            Aşağıdan isitməli qızdırıcı sistemlərinin adama ən xoş gəldiyi yerlər məscidlərdir. Səcdədə, tehiyyatda və qiyamda istiliyi hiss edərsiniz. Aşağıdan isitmə fikri də yeni deyil. Memar Sinanın 1517-ci ildə tikdiyi  Yunus Paşa Camesi yaxınlıqda yerləşən hamamdan çəkilən təsisatla aşağıdan isidilirmiş. Aşağıdan isitmə sistemləri bu günün özündə belə istifadə ediləcək qədər möhkəm olan məscidin yaxınlığındakı hamam istifadə edilmədiyi üçün isitmə sistemi işlədilmir. Süleymaniyyə camesində də aşağıdan isitmə sistemi tətbiq olunmuşdur.[3]

            Soyuq hava depoları da hər nə qədər texnoloji və müasir görünsə də hər mövzuda olduğu kimi onun da keçmişi var. Qədim insanlar soyuq hava deposuna olan ehtiyaclarını necə təmin edirdilər? Atamgilin kəndi Çuxurovanın bərəkətli çayı olan Seyhanın yanında yerləşir. Uşaq yaşlarımda kəndlilərin tutduqları pendir və tutma qablarını çayın bir iki metr kənarına qazaraq basdırdıqlarını görürdüm. Qarın əriməsi ilə səviyyəsi artan sular aylarla pendir və tutma qablarının üzərindəki torpağı örtərək  soyuq hava deposu xidməti görürdü. Yazın sonunda sular azaldıqda kəndlilər torpağı qazaraq pendiri və tutmanı  nuşcanlıqla yeyirdilər.

            İslama və insanlığa xidmət üçün qurulan vəqflər və dərnəklər Nuhun gəmisinə bənzəyir. Nuhun gəmisinə minən və gəmidə özünə yer edə bilən xilas olmuşdur. Azğınlığın, tərəddüdün və zülmün sel kimi daşdığı indiki vaxtda zəmanə Nuhlarını tapmaq və gəmilərinə minərək hər bəladan əmin olmaq lazımdır. Qiyamətə qədər dünya Nuhların  gəmisindən hali olmayacaq.

            Təlim kurslarında bəşəriyyətin ilk dövrlər vəhşi olduğu, heyvan kimi sürülər halında yaşayan insanın zamanla mədəniləşərək və təkmilləşərək bu günlərə gəldiyini keçirlər. Bu səbəbdən müasir insan içində olduğu zamanı elmdə sənətdə və texnikada zirvəyə yüksəldiyini qəbul edir, keçmiş zamanı isə qaranlıq və xaos olaraq görməkdədir. İslam inancına görə bəşəriyyətin başlanğıcı mədəniyyətlə olmuşdur. Qurani-Kərim bəşəriyyətin keçmişini vəhşilik və cəhalət olaraq ələ almır. Keçmiş qövmlərdən bəhs edərkən, onların “güc-qüvvət baxımından", "mal və övlad cəhətindən" daha imkanlı olduqlarını və "yer üzündə daha çox, daha möhkəm əsərlər qoyub getdiklərini" ifadə edir. (Tövbə, 69; Fatir, 44; Muhəmməd, 12; Mömin, 21, 82; Qəsəs, 76-78).

            "Günəş altında deyilməmiş söz yoxdur" deyiblər. 124.000 peyğəmbər  bir-birindən fərqli  və zidd şeylər söyləməmişdir. Yer üzündə planlanmamış və xəyal edilməmiş bir şey varmı?  Rayt qardaşları ilk motorlu təyyarəni icad edərək 1903-cü ildə havada ucmuşdular. Rayt qardaşlardan əvvəl hansı insanın ağlından havada quş kimi uçmaq keçməmişdir ki? "Bir quş olub ucsam sənə" deyərək mahnı, türkü və ilahilərdə uçmaq arzusu minlərlə il ifadə edilmişdir. 1876 da Aleksandr Qraham Bell ilk telefonu kəşf etdi. Səsini bir yerdən başqa yerə çatdırdı. Hansı insan fiziki maneələri aşaraq səsini uzaqlara, bədəninin getmədiyi yerə çatdırmaq istəməmişdir ki?

            Şura çağırmaq, yəni müşavirə insanları innovasiyaya və yeni fikirlər ortaya qoymağa məcbur edər. Quranın iki ayəsində müşavirə etməyin əhəmiyyətindən bəhs edilir. Peyğəmbərlər innovasiyada cığır açmışlar, hər peyğəmbərin insanlığın ortaq mədəniyyətinə töhfələri olmuşdur. Adəm (ə.s) əkinçilik, İdris (ə.s) yazı və qələm, Nuh (ə.s) gəmiqayırma, Yusuf (ə.s) saat, Süleyman (ə.s) dalğıclıq, binalar və saraylar inşa etmək, İsa (ə.s) tibb elmində inkişafı təmin etmişdir. Bu gün insanlığın gəldiyi mədəniyyət səviyyəsi ya bir peyğəmbər və ya bir övliya vasitəsiylə mümkün olmuşdur. İstər keçmiş olsun, istər bu gün, hər vaxt üçün etibarlı olan bir prinsiplə vidalaşaq:

            "Ayinəsi işdir kişinin, lafa baxılmaz.

            Şəxsin görünür rütbeyi-ağlı əsərində"

       

      • Hits: 1218 clicks

      Tecox component by www.teglo.info