Əliabadlı Musab / Osman Nuri TOPBAŞ

      Share

      Ehrama bürünüb Ərəfatda vəqfəyə hazırlaşarkən telefon ilə mübarək evladımız Hafiz Eminin Qafqaz dağlarının ətəklərində (Azərbaycanın şimal zonası) xidmətə tələsirkən şəhid olduğu haqqında xəbəri aldıq.

      Bu xəbərin təsiri ilə üzərimizdəki ehram, istiqbal libasımız olan kəfəni daha da mənalandırdı. Hafiz Emin övladımız, əbədi yolçuluq libasının (kəfənin), biz isə onun dünyadakı bənzərinin içində idik. Təbii ki, onun geyindiyi ağ, ayrı ağ idi. Elə bil ki, sonsuzluğa güzgü tuturdu. O anda elə bu mübarək övladı öz-özlüyümdə, ərəfata hacı olmağa çıxan qafilələrə (insan axınına) həsrətin ifadəsi olaraq ayağa qalxmış kimi hiss etdim. Ağ kəfəni, gözümün önündə ilahi əmrlə gələn ölüm mələyinə çəkilmiş, adətən bir təslimiyyət bayrağı kimi açıq bir şəkildə canlandı, sonra da üfüqü bütünlüklə əhatə edən gül rəngli buludlara sarıldı və ərəfat səmalarında yoxa çıxdı. Sanki O, büründüyü kəfənlə aramızda uzun məsafələri keçmiş, vəqfəyə durmuş və “əlvida” deyib önümdəki ehramların arasına qarışmışdı. Duası verilən 160 xətmi-şərifdən ona da bay ayrıldı.  Yaşlı gözlərdə və könüllər O özünə yer aldı.

      O, Dənizlidə doğuldu. Hafiz oldu. O, fərqlənən bir hafiz idi, belə ki, O, İslami həyat yaşayan və könül iqlimində kamil (yetgin) bir mömin olaraq yetişmiş şəxsiyyət idi. Bursada ilahiyyat təhsilini başa vurarkən mənəvi xidmətdə də öz yerini aldı. Əmir Buxari (qs) Məhəmməd Üftadə (qs), Sultan Murad Xan və digərlərinin ruhaniyyəti, onu sonsuz üfüqlərin səyyahı, bir həyacan və könül insanı etdi.

      O, Haqq rizası yolundakı xidmətinə çox diqqət edir, ciddi davranırdı. İnfaq etməkdən həzz alardı. Mənəvi xidməti maddi hərislik ilə zədələnməsin deyə, kifayət miqdarı ilə keçinərdi. Ən çətin xidməti seçər, daima könüllü surətdə icra edərdi.

      O, əsl ruhu ilə, qəhr təcəllilərinin qalib halda göründüyü günümüzdə, təbiətdəki milyonlarla çınqıl daşları arasında mövcud olan əvəzsiz bir mücəvhər idi.

      Ruhun vəcdini minlərlə kilometrlərə daşımağa calışdı. Qafqaz dağlarının ətəklərində Əliabad qəsəbəsinin Musabı oldu.

      Musabın hicrətdən əvvəl Mədinədə hazırladığı tövhid və iman zəminini o da orada hazırlayırdı. O da, Musab kimi orada (Əliabadda) şəhadətin ən uca rütbəsinə nail olacaqdı. Bu şəhadət gününün ərəfat günü ilə eyni gündə olması da başqa bir məna, başqa bir gözəllik oldu, sanki onun ruhaniyyət və təmizliyinin bir təbəssümü olaraq belə təzahür etdi. Ğufran (bağışlanma) saatı olan bu saatda gələn xəbəri onu çıxarılmış milyonlarla hacının şəxsiyyəti içində ərəfata daşıdı. O, beləcə (Rəbbinə dön!) əmrini, milyonlarla qula nəsib olan ğüfran mücdəsinə qəbul edərək mənimsədi. ən azı biz onu, könlümüzdən və gözümüzün qabağında silinməyən xəyalı ilə ərəfata abarıb orada bərabər olduq.

      Şəhidlik, zahirdə dünya nemətlərinin ən dəyərlisi olan həyatın Allah yolunda fəda edilməsidir. Ancaq yalnız zahiri həyatı fəda etmək kimi başa düşülən şəhidliyin başqa bir tərəfi də vücud (tən) həyatiyyətini davam etdirdiyi halda belə onu mənən aşmaq, zahiri mənliyin sanki yox edilməsi və ruhun Rəbbinə qovuşmasıdır.

      Bu iki vəsfi birləşdirə bilmək isə ayrı bir nemət və ülvi bir məhəbbətdir. Hafiz Emin də elə bu iki nemət və mərtəbəyə nail olaraq Rəbbinə qovuşan bəxtiyarlar kərvanına qatıldı. Çünki, O, yaşayarkən də sanki “öz idrakına həkk olunmuş bir namizədlik halında ” şəhid idi.

      Elə O, “Hizmət” adlı şerində belə deyərdi:

      “İnşəallah şəhid olmaqdır mənim alın yazım!”

      Onun bu misrası adətən ilahi qədərin kəşfi kimi idi. Axırda da o, şəhidlərin yanında yer aldı. Əbu Əyyub əl-Ənsari, ilayi kəlimətullah ilə 80 yaşını keçmiş olduğu halda iki dəfə İstanbulun fəthində iştirak etmişdir. Elə vəfat edərkən də:

      “Mənim qəbrimi son addımınızı qoyduğunuz nöqtəyə basdırın ki, məndən sonra gələn İslam əsgərləri daha da irəlilərə getsin!”- deyərək cəsədi ilə də hədəf göstərirdi.

      Hafiz Emin də sanki ruhaniyyətin kölgələndiyi qəbrində xələflərinə iman həyacanı ilə dolu mücadiləsini təlqin edirdi. Xülasəsini isə:

      “Mən dinimin gözəlliklərini və səadətini bura qədər gətirdim. Siz də bu tövhid inancında yarışın! Bu əzan və Quranın sədalarını daha da irəlilərə abarın! Bu yolda fani vücudunuzu Haqqa qurban verərək Rəbbinizə ram olun!”-deyirdi.

      Gerçək zəfərlər və onların nəticəsi olan böyük ilahi mükafatlar ancaq Haqq yolunda malını və canını fəda edənlərə aiddir.

      Ayəyi- kərimədə: “– Malları və canları ilə cənnəti satın aldılar” – (ət-Tövbə, 111)

      Hafiz Emin də cənnəti satın alanlardan olar, inşallah! Əliabadlılar da:

      “Bu bizimdir və bizə aiddir. Cəsədi-fanisi bura basdırılsın, bizim üçün də əziz bir xatirə olaraq qalsın. Onsuz da ruhu daima qəlbimizdə yaşayacaqdır.” -deyirdilər.

      Onun bir oğlu var idi. O doğulduqdan bir müddət sonra vəfat edən həmin oğlunu bura dəfn etmişdir. Keçən il (1998) biz Əliabada gedəndə Hafiz Emin bizə belə demişdi:

      “Əfəndim! Biz də bura bir xatirə qoyduq. Hər halda biz də buralı sayılarıq”

      Bu da sanki ilahi qədərin ayrı bir kəşfi idi. O, bu dünyada məhəbbətindən doya bilmədiyi övladı ilə indi qəbir qundağında qucaq-qucağadır. O, Azərbaycan torbağına yenidən filiz verən ilayi kəlimətullah ruhunun əbədi bir xatirəsi kimi əmanət oldu.

      Ondan sonra gələn xələflərinin könüllərində yer tutdu, ömrü uzandı. Təbii ki, əsl həyat könüllərdə yaşamaqdır. Könüllərdə məkan tutanlar Musab kimi əbədi  yaşayarlar. Beləcə onlar bərzaxdakı aləmləri ilə də könül üfqündə yaşayarlar.

      Sanki şair də bu içəridən Gələn düşündürücü misraları ilə onun həyatının qayəsini əks etdirmişdir:

      Anadan olan Günü doğulub ağlayanda

      Sənə baxıb Gülürdü bu aləm də bir yanda.

      Elə ömür yaşa ki, Gedəndə fəxr edəsən

      Dünya Göz yaşı töksün ağlayıb həsrətindən.

      Ey Hafiz Emin!

      Bir cümə günü səhər vaxtı qulluq eşqi ilə çağlayanda əbədi yolçuluğun başladı. Bu, ölümü qəhrəmancasına və igidcəsinə qarşılamaq idi. Həqiqətən sinən Quran, qəlbin imanla dolu idi. Dodaqlarında Rəbbin zikri var idi. İstəyinə qovuşmağın mübarək olsun!

      Ey xəfif səhər mehi! Sən Qafqazın ətəyində sinəsi iman və Quran dolu, ruhu alov kimi işıq saçan o sevdalı könlünə bizim salamımızı yetir!

      Möhtərəm atasına, anasına, qardaşlarına salehati-nisvandan (salehə qadınlardan) olan fədakar və dərdinə şərik sirdaşı olan zövcəsinə və vəfalı dostlarına səbr və əcir diləyir, özünə isə ilahi rəhmətin təcəllisi olan Darüs-səlamda yaşamağı niyaz edirik. Əzizdən əziz olan ruhunun şad olması üçün üç ixlasi-şərif, bir fatihəyi-şərifə.

      “Altınoluq” jurnalı,

      may-1999,  Ərəfat  Məkkə

       

      • Hits: 814 clicks

      Tecox component by www.teglo.info