Axırzaman Gəncliyi / Lokman HƏLVACI

      Share

      İnsanda,  sanki dünyada əbədi qalacakmış kimi bir psixologiya var. Heç ölməyəcəkmiş kimi dünya üçün çalışmaq vardı, eləcə…ümid, insan yaşayışına  dad qatan mühüm faktorlardan biridir. Amma sabah  öləcəkmiş kimi axirət hədəfi üçün çalışmaqda lazımdır.

      Bu sahədə, eyniylə aqibətimiz üçün qurulan tarazlıq kimi olmalıdır... Xovf və rəca, yəni qorxu ilə ümid arasında olmaq. Necə ki, Hz. Ömər cəhənnəmə bir nəfər gedəcək deyildiyində "görəsən o mənəmi" -deyə qorxarmış; cənnətə bir nəfər gedəcək desələr "o mən olmalıyam" ümidin daşıyarmış. 

      Bir də bu duyğular arasında gedib-gəlməyi axırzamanda yaşamaq təlatümü də var. Hz. Muhəmməddən (ə.s) sonra dünaya gəlib də axırzamanda yaşadığını düşünməyən bir müsəlman var mı, görəsən? Ortanca barmağı ilə şəhadət barmağını birləşdirib mənimlə qiyamətin arası bu iki barmağın arası kimidir demiş, (Buxari-Riqaq/39-Müslim-Fitən/132) aləmlərin əfəndisi. Ortanca barmağın ucundayıq yəqin ki... Hz. Peyğəmbərin bildirdiyi kiçik qiyamət əlamatləri ortaya çıxmış kimi görünür. Qiyamətin xəbərçisi olan kiçik əlamətlərdən bəzilərinin xatırlamaq yerinə düşərdi: 

      a) İnsanların bina tikdirməkdə bir-biriylə yarışmağı (Buxari, Fitən, 25; bax. Təcrid-i Sarix Tərc; 1/58).

      b) İnsanların ölümü təmənna etməyi (Buxari, Fitən, 25; Müslim, Fitən, 53-54)

      c) Cariyənin əfəndisini doğmağı (Müslim, İman, 1).

      d) Hicazda bir atəşin çıxaraq Busrada (Şam yaxınlığında bir yer) dəvələrin ayaqlarını aydınlatmağı (Buxari, Fitən, 24; Müslim, Fitən, 42).

      e) Fərat çayının sularının çəkilərək,  çayın məcrasından qızıl  çıxmağı (Müslim, Fitən, 29-31).

      f) İkisi də haqq iddiası edən iki böyük Müsəlman ordusunun bir-biriylə savaşmağı (Buxari, Fitən, 25; Müslim, Fitən, 17).

      g) İslam elmlərinin ortadan götürülməyi, cəhalətin artmağı (Buxari, Fitən, 4).

      h) Zəlzələlərin çoxalmağı (Buxari, Fitən, 25).

      i) Cinayətlərin çoxalmağı, fitnələrin artmağı  (Buxari, Fitən, 4; Müslim, Fitən, 18).

      j) Yahudilərlə Müsəlmanların savaşmağı, Müsəlmanların Yahudiləri öldürməyi (Təcrid-i Sarih Tərcüməsi, VIII, 341; Müslim, Fitən, 79-82).

      k) Zinanın açıq edilməsi, içki istehlakının artmağı, qadınların çoxalıb kişilərin azalmağı (əl-Ali ən-Nasif Tac, 5)

      İndi bir daha düşünək yaşadığımız dövr, cərəyan edən hadisələrə baxaraq axırzaman deyə adlamdırıla bilər mi?.. Əlbəttə... O halda belə bir dövrdə yaşamaqda asan deyildir. Əfəndimiz (ə.s) bu çətinliyi nəzərə alaraq "axırzamanda imanı qorumaq qor atəşı əldə tutmaq qədər çətin olacaq"deyə buyurmuşdur.

      İmanı qorumağın qəhramanlıq olduğu bir dövrdür axırzaman. Müsəlman bir gənc isəniz işiniz daha da çətindir. Fuhşiyyatın ola bildiyi qədər aşkar halda işləndiyi bir zamanı yaşayırıq. Siz Rəbbinizin buyruqlarını, peyğəmbərinizin tövsiyyələrini yerinə yetirmək istiyirsiniz, lakin mənfiliklərlə mühasirə edilmişsiniz. Bunların nələr olduğunu sıralamağa ehtiyac yoxdur...

      Ancaq bu da bir həqiqətdir ki,  bu dualizmi  yaşayan genclərimizin sayı az deyil. Hər dövrdə olduğu kimi bu dövrü də çox gözəl görərək  bizə təsvir edən bir Əfəndimiz (ə.s) var. Bu dövr üçün  buyurur ki: "Kişi sabah evdən imanlı çıxacaq, axşam evə imansız qayıdacaq, axşam imanlı yatacaq sabah imansız oyanacaq"( Tirmizi-Fitən/30).

      Günahlar Hz Yusifin eşitdiyi kimi "heyte lek (gəl görüm!) deyə bir yandan çağırarkən Rabbinə və peyğəmbərinə qulaq asmaq istəyən fəqət mənfi güclərin israrla böhrana sürükləməyə çalışdığı gənclər şahsiyyətlərini, imanlarını mühafizə etmək üçün bəzi məsələlərə diqqət yetirməlidir. Məsələn ictimai tədbirlərdə səhvə yol verməməli, dindar bir sirdaş-dostu olmalıdır və onunla birgə çox vaxt keçirməlidir. Sonra bu iki dost ətraf mühitinə belə insanlar toplamağa çalışmalı, az da olsa müştərəkləri olan gənclərə nümunə olmalıdır, onların əğər xoşagəlməz vərdişləri varsa, uzaqlaşdırmağa çalışmalıdırlar. əslində bu Rəbbimizin bizə yüklədiyi bir missyadır eyni zamanda: "içinizdən xeyrə dəvət edən və yaxşılığı əmr edən bir qrup olsun…" Yəni hər qoyun öz ayağından asılacaq deyə insan heç nəyə biganə olmamalıdır. Sabah məşhər günündə yaşadığımız dövrün islahı üçün nə işlər gördüyümüzdən də  hesap verəcəyik. Təbii ki,  ətraf mühitinə müsbət təsir göstərə bilməyin yolu, əvvəla özünü o hala  gətirməkdən keçir. Arınmağa da öz daxili aləmimizdən başlamalıyıq. Rabbimiz bu haqda "İç aləmini təmizləyən (pis əxlaqdan arınan) fəlaha ərdi " deyir. ( Şəms-9)

      Bu qədər çətin dövrdə yaşayan axırzaman gənclərinə nəfəs aldıracaq xəbər yoxmu? Əlbəttə ki, bir çox müjdələr var. Ilk olaraq Allah Təala : "Əğər sizə yasaqlanmış böyük günahlardan çəkinsəniz, sizin kiçik günahlarınızı örtərik və sizi xoş bir yerə (cənnətə) göndərərik"  buyurur. Başqa bir ayədə isə "ey nəfisləri əleyhində günah işləməklə ömürlərini israf edən qullarım! Günahlara batdıq deyə Allahın rəhmətindən ümidi kəsməyin! Şübhəsiz ki, Allah bütün günahları bağışlayar."(Zümər-53) müjdəsi ilə axırzaman gənclərinə elə bil ki, təsəlli verilir. Bununla bərabər, Uca Rəbimiz  Ğaffar (çox bağışlayan), Təvvab (tövbələri təkrar-təkrar qəbul edən), Rahim (qullarına çox mərhəmət edən) və Səttar (eyibləri və günahları örtən) isimləri biz gəncliyin imdadına yetişir və yeni qapılar açır.

      Uca Allahdan sonra müjdəni, aləmlərin əfəndisi Hz. Muhamməd (ə.s) verir. O da axırzamanın bezikmişlərini təsəlli edərcəsinə belə buyurur: "Əğər siz (səhabələr) mənim dediklərimdən 1/10 əməl etməsəniz cəhənnəmə gedərsiniz, ancaq elə bir zaman gələcək ki, mənim dediklərimin 1/10 əməl edən cənnətlik olacaq."(Tirmizi-Fitən/79)

      Hətta bir dəfə siz axırzaman gənclərinə əshabının belə həsəd apatacağı bu dialoq onların arasında  keçir: Bir qəbir ziyarətinə gedərkən Əfəndimiz (ə.s) "Din qardaşlarımızı görmüş olmağı çox arzu edərdim" deyir . Əshabı biz sənin qardaşların  deyilikmi deyəndə "siz mənim əshabımsınız, qardqşlqrimizsq hələ ki  gəlməyənlərdir" buyurmuşdur.(Müslim,təharət 39.)

      Gördügünüz kimi bizlərə çox düşgün bir peyğəmbərə ümmət olmaqla şərəflənmişik.

      Əlbəttə axırzaman gənci bu müjdələrə güvənərək arxayınlığa qapılmamalıdır. Çünki səhabədən cənnət arzulayıb şəfaət diləyənlərə  əfəndimiz (ə.s) dua etmiş, amma "sən də mənə namazlarla yardımçı ol demişdir". Heç olmazsa əshabın etdiyinin onda biri edək…  Dindar genclər  üçün oruc mühüm bir qalxandır.  Insanı fiziki və ruhən çox gözəl təzələyən bir ibadət… gün ərzində Rabbinizlə davam edən bir qul-rəbb münasibəti var, oruc ibadətində. Onun üçün axırzaman gənci Peyğəmbərimizin (ə.s) xüsusən də subay gənclərə tövsiyyə  etdiyi nafilə orucları tutsalar əsrin böhranlarından uzaqlaşa bilərlər. Nafilə olaraq eyni zamanda sünnədə olan Bazar ertəsi və Cümə axşamı günlərində, qəməri ayın əvvəlində, ortasında  və sonunda bir gün oruc tutmaq olar. Hətta 13, 14, 15.-ci  günlər (əyyamı-bizz) daha əhəmiyyətlidir. Ayın tam bədirləndiyi günlərdə  qan dövranının arttığı, duyğu yükünün artdığı günlərdir deyilir. Bəlkə də belə bir sirrdən ötrüdür ki, əyyamı-bizzdə oruc tutmaq tövsiyyə edilib.

      Gənclərimiz bundan başqa namaza diqqət etməlidir. Çünki …namaz, fuhuş və münkərdən ayırar…

      Namaz, "hər yerdə və hər zaman Allahla birgə  olduğunu bilmək şüuru" olan huzuru- daimanın yerləşməsinə vəsil  olur.  Namaz, Rabbə  təslim olma, Ona boyun eymə, Ona yalvarıb ehtiyaclarını istəmə və eyni  zamanda Ona hesab  vermə  zamanıdır.

      Düşünün ki, gündə beş dəfə əbədi sevgilinizin hüzuruna çıxacaqsınız. Hər şeyin sahibi, bütün kainatı sonsuz qüdrətiylə idarə edən Ucalar Ucasının  dərgahında boyun bükəcəksiniz. Günah işləyə bilərsinizmi?

      İnandığınız, güvəndiyiniz, yardım istədiyiniz Rabbinizə olan bağlılığınızı gündə beş vaxt təzələyəcəksiniz. Əmirlərinə itaətsizlik edə bilərsinizmi? Cəhənnəm və qəbir, əzabının kiçik bir təcəllası olan Qəhharı-Zülcəlala gündə beş dəfə hesab vermək üçün and içmişsiniz. Üsyan edə bilərsinizmi?

      Bəli, namazın bu əzəmətli təsir gücündən ötrüdür ki, Rəbbimiz Quranda bizə bu həqiqəti xatırladır: "(Həbibim) Sən Vəhy edilən kitabı oxu və namaz qıl. Şübhəsiz ki, namaz hayasızlıqdan və pis əməllərdən qoruyar." (Ankəbut: 45)

      Bəli, kim namazı doğru qılarsa nəfsini, pis əməllərdən, hayasızlıqdan, üsyandan, günahdan qoruyar. Təəsüf ki, namaz qıldığı halda pis əməllərdən, günahdan və haramdan çəkiməyən Müsəlmanlar var. Demək ki, namazı tam mənası ilə qılmır, ondakı mənəvi dərinliyi qavramır, onu adi bir vərdiş kimi düşünürlər. Məsələnin həlli, namazın həqiqətini anlamaq üçün oxumaq, araşdırmaq və bu yolda əmək sərf etməkdir. (Sübh namazına necə qalxılır, Cəmil Topkınar)

      Hasili-kəlam belə çətin bir zamanda bizi səmimi dostluqlar, ümumuyyətlə nafilə ibadətlər, xüsusən də namazımız ve orucumuz qurtaracakdır. İxlasla edəcəyimiz əməllərin qurtuluşumuza vəsilə olmağı təmənnası ilə......

       

      • Hits: 728 clicks

      Tecox component by www.teglo.info