İsmayıl VƏLİYEV / NƏHƏNG HƏDƏFLƏRİ OLANLAR ÜÇÜN...

    PDF faylını alÇapE-poçt

      Share

         Hədəfinizə doğru gedərkən çətinliklərlə üzləşdikdə qətiyyət göstərməkdə UĞURSUZ olsanız, uğursuz olmaq üçün qətiyyət göstərmiş olacaqsınız.  Böyük Hədəflər seçmək və bu uğurda sonuna kimi mübarizə aparmaq üçün sarsılmaz cəsarət ən həyati inqridentdir. Çünki hədəfini dediyin anda tənqidçilər də, inandırıcı neqativ fikirlərini beyninə doldurmağa çalışacaq. Özləri bacarmayanlar sənin də bacarmağına inanmırlar, inansalar da bacarmağını istəmirlər … Bu cür səslər hər tərəfdən hayqırdığında onları duymayacaq və onlara qarşı kar, daim ürəyinin, ruhunun ən dərinindən gələn və bacaracaqsan deyən o zəif səsi bir hayqırış kimi duyacaq qədər də cəsarətli olmalısan… Ətrafdakı cılız səsləri ciddiyə alıb dinlədiyin hər saniyə, mübarizəndən geriyə atdığın məğlubiyyət addımlarıdır… nəhəng hədəfləri cücə beyinlərin müzakirəsinə açmaq öz potensialına xəyanətdir.

           Təvazökarlıqdan yoxsul özgüvən, kibrin zirvə nöqtəsidir ki, bu da nə insanlara xoşdur, nə də ki Allaha. Özgüvən sahib olduğu müsbətlərin fərqində olmaq və bunları təsdiqdir, digərlərini aşağı görmə və onların qüsurlarını qabartmaq deyil. "Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən." (İsra, 37)

           Məşhur sözdür “Gülün tikana qatlandığındandır o gözəl qoxusu.” nəhəng uğurların əsrarəngiz qoxusunu almaq, ciyərlərinə çəkmək istəyirsənsə, məğlubiyyətlərin, istehzalaran, yalnızlığın, anlaşılmazlıqların, sarsıdıcı zərbələrin, tərk edilmişliyin acısını su yerinə içəcək və yoluna davam edəcəksən ki, imkansız sanılanlar ovuclarındakı qoxladığın mümkünlər olsun! Hədəfinə doğru gedərkən sənə mane olanlardan şikayət edərkən bircə dəfə də özünə SUAL ver: Ya bütün şikayət etdiklərin heç biri əsas səbəb deyilsə?

           "Hazırkı problemləri görmək və məğlubiyyətə səbəb göstərmək əsas deyil, əsl mərifət və cəsarət hazırkı şəraitin, hər şeyin və hər kəsin imkansız deyə hayqırdığı anda problemlərin o tayındakı qürurlu qalibiyyəti görməkdir. "Hədəflərimizə çatmağa əngəl kimi gördüklərimiz amma əslində əngəl olmayan o illuziyalar ən azı real əngəllər kimi daim yolumuzu kəsib hədəflərimizlə aramıza gircəklər ta ki yeganə əngəlin əslində özümüz olduğunu DƏRK edənə qədər".

           “Diqqət edin: Olmayacağına və bacarmayacağınıza ən çox və ən güclü inandığınız an, möhtəşəm uğura ən yaxın olduğunuz andır. Əsla Vazkeçməyin!”. "Möhtəşəm uğurlar qazananlar xəyallarına layiq fedakarlıq edənlərdir". “Zəif olma! Həyatını dəyişmək, nəhəng hədəflər seçib bunlara çatmaq istəyirsənsə, zəif insanlar kimi düşünməməli, danışmamalı, reaksiya verməməli qısacası, onlar kimi yaşamamalısan. Səninçün asandır-çətindir deyə bir şey olmamalıdır... uğursuzluqdan qorxmamalısan, çünki sənin lüğətində uğursuzluq deyə bir şey də yoxdur sadəcə nəticələr vardır və uğursuzluq sənə növbəti dəfə nə və necə etməli olduğunu göstərən, yolunu aydınladan bir mayakdır.... Həvəsinin olub-olmaması, özünə inanıb-inanmamaq səninçün səbəb ola bilməz etməli olduğun işi edib-etməməyin üçün. çünki sən etməli olduğun bir tapşırıq varsa bunu həvəsin olmasa da, özünə inanmasan da, qorxsan da, çəkinsən də nə olursa-olsun edəcəksən çünki səninçün önəmli deyil uğursuzluğa düçar olmaq, başqalarının nə deyib nə düşünəcəyi, səhf etmək səninçün önəmli olan bir şey var nə qədər çətin, qorxulu, perspektivsiz , heç bir uğur ehtimalı olmamasına baxmayaraq sən cəsarətlə o hədəfə doğru getdin, yoxsa yox. Çünki ən böyük istedadlarını və maksimum gücünü açığa çıxaracaq olan qorxularının, komlekslərinin, şübhələrinin hamısından daha böyük Hədəflər seçib heç bir müvəffəqiyyət qarantiyası olmasada bu istiqamətdə bütün ürəyinlə işləməkdir. Səninçün maraqlı olmamalıdır bugünə kimi kim olmusan, həyatı olan bugündən başlayaraq kim olduğun və olacağındır”.

           "Dəyişmək istəyirsən, amma çətin gəlir, acı çəkirsənsə vazkeçmə və narahat olma, sən əslində illərdir üzərinə yapışdırılmış "bacarmazsan" tipli etiketlərdən təmizləyirsən özünü, və bu mənfi neqativ söz və ifadələrdən hörülmüş barieri dağıdırsan və keçiş yaşayırsan həqiqi özünə doğru. Hiss etdiyin acılara fokuslaşma, bunların nəticəsində həyatından rədd edəcəyin lazımsız, faydasız, neqativ vərdişlərin, inancların, xüsusiyyətlərin yoxluğunun yaşadacağı hissləri və onlarsız özünün necə olacağını təsəvvür et. Hardan gəldiyin, kim olduğun deyil, kim olmağı hədəflədiyin, hara getdiyin və bu yolda göstərdiyin Fədakarlığındır ən önəmli olan."

           Telefonu söndür, səssizə alma söndür, televizoru da həmçinin, kompüteri bağla, səsdən-küydən uzaqlaş, unut bütün bildiklərini, eşitdiklərini, uğurlarını, uğursuzluqlarını, kim olduğunla bağlı bütün inanc, düşüncə və təsəvvürlərini kənara bir yerə qoy və düşün, azad bir şəkildə düşün, məntiqinlə deyil, ruhunla ürəyinin səsinə qulaq verərək düşün bircə dəfə, sadəcə bircə dəfə Xəyalını təqib et və elə də düşün: Özünü kim olaraq görürsən, kim olduğuna, ola biləcəyinə inanırsan, edə biləcəklərinin maksimum limitini necə təyin etmisən, düşün, dərin düşün bunları…

           Hədəfn böyükdürsə dərdin çoxdur... və sayılan bütün bu neqativ təcrübələr səni nakaut edib üzüstü yerə sərdiyində məğlubiyyəti qəbul etmə, onlara cəsurca bax və sadəcə bunu de: Mən Qalib Deyiləmsə, Oyun Hələ Bitməyib!!!

      • Hits: 1236 clicks

      Tecox component by www.teglo.info