İftixar LƏTİFOV/ AĞILLA SEÇİLƏN AĞILLI DOSTLAR

    PDF faylını alÇapE-poçt

      Share

      Allah (c.c.) insana bütün varlıqlardan fərqli olaraq daha üstün xüsusiyyətlər verib. Hər bir insan da digər varlıqlara baxdıqda özündə olan bu xüsusiyyətləri daha aydın, daha da açıq şəkildə dərk edir. Bunların ən gözəli insanın ağıllı olaraq yaradılmasıdır.

      Ağıl nədir? -Ağıl doğru ilə yanlışı ayırd etmə, hər hansı bir mövzuda fikir yürütmə və münasibət bildirmə qabiliyyətidir.

      Qurani-Kərimdə də Allah (c.c.) ağıldan istifadə etməyi dəfələrlə bizlərə xatırladır.

      Bəs bizim ağlımız necə? Ağlımız hər bir düşüncəmizdə, xəyalımızda, sözlərimizdə, hərəkətlərimizdə və s-də bizimlə bərabər olurmu?

      Hər bir insan gündəlik həyatında bir çox insanlarla qarşılaşır. Bu insanlardan bəziləri dostumuz olur. Onu özümüzə yaxın bilərik, dərdimizi açarıq, dərdini dinləyərik və sair...

      Dost nədir? -Dost, tez-tez görüşdüyün, ən çox etibar etdiyin, inandığın və eyni davranışı ondan gözlədiyin adamdır.

      Qurani-Kərimə baxdığımız zaman dostluqla əlaqəli bir neçə ayələrin olduğunu görərik.

      Bəs bizim dostlarımız necə? Dostlarımız güvəniləcək şəxslərdirmi? Dostlarımız səhv yolda olduğumuz zaman bizi bu yoldan uzaqlaşdırırlarmı? –Yoxsa özləri də səhv yoldadırlar. Özümüz dostumuzun güvənini qazanmışıqmı? –Yoxsa “nə vaxtsa işim düşər” qorxusu ilə əlaqəni kəsmirik. Dostumuz bizə dərdini açanda, o dərdə çarə axtarırıqmı? –Yoxsa “yəqin məndən maddi kömək gözləyir deyə bunları mənə danışır” fikrinə düşürük.

      Biz  dostlarımızı seçərkən ağıldan istifadə edirikmi? Onunla yoldaşlıq edəndə onu təmiz süzgəcdən keçiririkmi? Gəlin uşaq vaxtımızı yada salaq! Pis uşaqlarla dostluq edəndə  valideynlərimiz onlarla dostluq etməməyimizi istəyirdilər. Çünki, onlar böyükdürlər, ağıllı insandırlar hər şeyi bizdən daha yaxşı dərk edirlər, hər şeyi bizdən daha yaxşı ayırd edirlər. Biz uşaq olduğumuz üçün əyləncəmiz ağlımıza fürsət vermirdiki onlarla dostluq etməyin düzgün olmadığını anlayaq.

      Biz indi necə? -Bəli böyüdük, ağlımızla bir çox məsələni həll etdik. Yəqin ki dostluq məsələmizi də ağılla həll etmişik.

      Unutmayaq! “Ağıllı dost axtarırsansa, ağılla dost seçməlisən.”

      • Hits: 1032 clicks

      Tecox component by www.teglo.info