Adəm ŞAHİN/ METABOLİZMANI SÜRƏTLƏNDİRMƏ YALANI

    PDF faylını alÇapE-poçt

      Share

      Bir çox mömin Hz. Peyğəmbərin sirkəni sevdiyini və “sirkə nə gözəl yavanlıqdır” dediyini yaxşı bilir. Onun təbəssüm və iltifatından sirkə də öz nəsibini almışdır. Sirkəyə iltifat sirkə dadında və sirkə kimi olub halvalaşmağı bacarmayan, sevənlərini “bizə də bir iltifat, bir təbəssüm” ümidiylə həyəcanlandırmışdır.

      Kaseti əvvələ qaytarırmış kimi bu sözün əvvəlinə baxmaq lazımdır. Hz. Cabir (r.a) nəql edir: “Rəsulullah (s.ə.s) xanımlarından yavanlıq istəmişdi. “Yanımızda sirkədən başqa heç nə yoxdur”,- dedilər. Rəsulullah sirkəni istədi və gətirdikləri zaman yeməyə başladı. Həm yeyir, həm də: “Sirkə nə gözəl yavanlıqdır! Sirkə nə gözəl yavanlıqdır! Sirkə nə gözəl yavanlıqdır!”,-deyirdi. (Müslim)

      Ac olduğu halda “sirkədən başqa heç nə yoxdur” sözünü eşidəndə üz-gözünü bürüşdürmədən, sirkəni rədd etmədən və üç dəfə ardarda onun necə də gözəl yavanlıq olduğunu dilə gətirmək ali bir əxlaqa sahib olmağın nəticəsidir. Sirkəyə iltifatdan çıxarılacaq dərs:

      - sirkənin belə üzü turşutmayıb halva rəftarı gördüyü kamilliyə qovuşmaq, nəfis yeməkləri və nemətləri görəndə üzünü sirkə kimi turşudan insanlardan olmamaqdır.

      - siyər kitablarında Rəsulullah (s.ə.s)-in qoyunun qabaq budunu sevdiyi qeyd olunur. Xeybər günü sui-qəsdlə zəhərlənmək üçün zəhər qoyunun qabaq buduna qoyularaq təqdim edilmişdi.

      - Hz. Peyğəmbər vəfat etdiyi gün belə zəhərin təsirini hiss etdiyini söyləmişdi.

      Başqa cür desək, Rəsulullah (s.ə.s) zərbəni sevdiyindən almışdır. Bu hadisədən çıxarılacaq dərs “zərbənin sevdiyindən gəlməsi, imtahanın seviləndən olmasıdır”.

      Yeyib-içmək insanlar tərəfindən sevilməkdə və çox vaxt nəzarətdən çıxmaqdadır. Rəsulullah (s.ə.s)-in zəhərin təsirini vəfat edənə qədər hiss etməsi kimi insanlar da yeyib-içməkdən qaynaqlanan köklük və artıq çəkilərdən qaynaqlanan xroniki xəstəliklərin təsirini ölənə qədər hiss etməyə başlamışdır.

      “Yemə, yanında yat” fəlsəfəsi “ye, yanında yat” ilə yer dəyişdi. Reklamlar və dəyişən həyat şərtləri ilə insanlar yemək-içmək, kilo almaq və zəifləmək cəhdi kimi çıxılmaz yola girdi. Arıqlamaqda nailiyyət əldə edilə bilmədiyi halda yeyib-içmək və kökəlmək xüsusunda ciddi irəliləmələr qət edildi. Artıq yatmazdan əvvəl soyuducu yoxlanmağa başlandı. Canı istəyən hür insanların yerinə canı istənilən və şüuraltı (subliminal) reklam bombardımanına tutulmuş, özünü azad zənn edən insanlar gəldi.

      İnsanlara yemək öynələrinin sayını artıraraq maddələr mübadiləsini sürətləndirmələri təlqin edildi. Pəhriz, idman və maddələr mübadiləsini sürətləndirmək kimi ifadələr yeddidən yetmişə insanların dilinə düşdü. Maddələr mübadiləsini sürətləndirmək üçün əsas üç öynə və bol su qəbul etmək kimi yalanlarla israf və çox yeməyə təşviq edildi.

      Maşının benzin çəni ağzına kimi doludursa və bir az sonra təkrar benzin dolduracaqsa, ediləcək iki şey var:

      1. Maşının benzin tutumunu sıfırlamaq

      2. Maşının durmadan çalışması ilə çəndəki benzini azaltmaq.

      Pəhriz mütəxəssislərinin bir çoxu maddələr mübadiləsinin sürətlənərək maşının dayanmadan işləməsi ilə benzinin qurtarması tərəfdarıdırlar. Bunun da yolu guya mədəni boş saxlamamaqdan keçirmiş. Gündə 3 əsas, 3 ara öynə yeyən insanın həzm sistemi yaxşı çalışırmış.

      Formula-1 yarışlarında yüksək dövrlə çalışan maşınların ömrü 1000 km.dən artıq deyil. Yüksək dövr səbəbilə xarab olan motorun detalı yarışdan dərhal sonra çıxarılıb atılır, yerinə yenisi qoyulur. İnsan metobolizması insana enerji verən motor kimidir. Bu motorun sürətli çalışması düşünüldiyündən fərqli olaraq insanı zəiflədir və müqavimətini qırır. Heyvanlar aləmində maddələr mübadiləsi ən yavaş çalışan canlı olan tısbağanın ömrü uzundur. Metobolizma ömür verən deyil, əmr quludur.

      Əvvəlcə yedirmyə və kökəltməyə çalışanlar daha sonra kilo vermək üçün çalışırlar. Çox vaxt arıqlamaq məsələsində “istədiyin kimi ye-iç, sonra bunları ye, bu dərmanı iç və zəiflə” kimi parlaq düsturlarla çıxış edirlər.

      Bəyaz önlüklülər xəstəlikdən sonrasının çarəsini düşünürlər. İslam dinində isə qoruyucu həkimlik ön plandadır. İslam dini kökəltməməyə, müasir tibb isə zəiflətməyə çalışır. İslam yanğının baş verməməsini, müasir tibb isə yanğının söndürülməsini planlaşdırır. Həzrət Peyğəmbər bir çox hədisi-şərifdə az yeməyin, süfrədən doymamış qalxmağın və yaxşı-yaxşı çeynədikdən sonra udmağın əhəmiyyətinə vurğu edərkən sağlamlığı qorumaqdan bəhs edən xəbərdarlıqlarında da xəstəlikləri ortaya çıxmadan önləmək məqsədi güdürdü.

      Böyük və müasir xəstəxanalar açmaq öyünüləcək iş deyil. Dərmanların sayının artması, xəstəxanaların çoxalması, addımbaşı apteklərin olması insana “hara gedirik” sualını verdirməlidir.

      Əliabadın ağsaqqallarından Abdurrahman dayı da “vaxtilə bu şəhərdə bir-iki aptek vardı, indi hər yer apteklə doludur. Hamı xəstə olub, bu gedişin sonu haradır belə?”, -deyir. Abdurrahman dayının bu təsbitinə necə reaksiya verəcəyimizi Hz. Ömər bu sözü ilə bildirir:

      “İsraf olaraq insana ürəyinin istədiyi hər şeyi yeməsi kifayətdir”.

      Ürəyinin istədiyi hər şeyi yeməyənlər və ağlına gələn hər şeyi deməyənlər necə də xoşbəxtdirlər.

      Mətbəxdə sirkə varmı?

      • Hits: 1061 clicks

      Tecox component by www.teglo.info