155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    İRFANDAN / RAMAZANİ-ŞƏRİFİN FƏZİLƏT DƏRSLƏRİ

    PDF faylını alÇapE-poçt

      Share

      Ramazani-şərif sanki mənəvi təmayüllü xüsusi məktəbdir... Belə ki, könülləri zənginləşdirən, qəlblərə səviyyə qazandıran oruc, iftar, sahur, təravih, müqabələ, dua-zikr, fitrə-zəkat, etiqaf, min aydan xeyirli Qədr Gecəsi və bayram bu məktəbin əsas dərsləridir... Bütün bu dərsləri layiq olduğu şəkildə dərk edib imtahanlarından müvəffəqiyyətlə keçmək isə, ilahi əfv bayramına nail olaraq əbədi səadət bəraətini qazana bilmənin ən gözəl yoludur...

      Oruc

      Hər ibadət ruhun ayrı bir qidasıdır. Həqiqi mənada tutulan orucun verdiyi feyz və ruhaniyyət isə çox qiymətlidir. Orucun əsl həqiqəti onun mənəvi, əxlaqi və ictimai dəyərlərində gizlidir. Belə ki:

      Oruc - nemətlərin qədrini bildirərək könüllərdəki şükran duyğularını dərinləşdirir.

      Oruc - səbir təlimidir. Nəfsin istəklərini tənzimləyə bilmə iradəsinin qazanılmasıdır.

      Oruc - nəfsaniyyəti cilovlayaraq ruhaniyyətə səviyyə qazandırmaqdır.

      Oruc - gözəl əxlaq və təqva təlimidir.

      Oruc - ixlas təlimidir.

      Oruc - zöhd və riyazət təlimidir.

      Oruc - qayğıkeşlik təlimidir.

      Quran və Ramazan

      Allah-Təala buyurur:

      İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar...” (Bəqərə, 185)

      Ayeyi-kərimədə Quranın Ramazanda endirildiyi və onun haqq ilə batili, xeyir ilə şəri, yaxşı ilə pisi bir-birindən ayırd edəcək hikmət və həqiqət nurlarıyla dolu bir kitab olduğu bildirildikdən sonra bu mübarək aya qovuşanların Quran tərbiyəsi altında oruc tutmaqla mükəlləf olduqları bəyan edilir.

      Bu baxımdan Quran ilə Ramazan arasındaki dərin yaxınlıq və incə əlaqənin çox yaxşı dərk edilməsi lazımdır. Ramazani-Şərifin feyz və bərəkətindən layiq olduğu şəkildə istifadə edə bilmək üçün xüsuilə bu ayda Qurani-Kərim ilə daha çox həmhal olmalıyıq.

      Əsasən möminin hər iyirmi dört saatında mütləq yer tutmalı olan Quran tilavətini bu mübarək günlərdə daha da artırmağa çalışmalıyıq. Onun məna iqliminə girərək bəyanları ilə əməl etməyə, hal və hərəkətlərimizi bu ilahi təlimatlar qarşısında mizan edərək əskiklərimizi tamamlamağa çalışmalıyıq. 

      Çünki fərdin və cəmiyyətin səadəti Quranın ruhani həyatına daxil olmaqla mümkündür. Quran möminin zahiri və batini dünyasını aydınladan ilahi bir nurdur. İnsanı ibrətlər, hikmətlər və qissələrlə irşad edərək Haqqa vasil edən əbədi bir səadət rəhbəridir.

      Həyat və istiqbalın məchulları içində sıxılan, qarışıq fəlsəfələrin qaranlıqları ilə sarsılan “əbədiyyət yolçusu”na səadət, təmkin və tətminedici irşad səsi Qurani-Kərimdən başqa nə ola bilər?!

      Qədr Gecəsi

      Qədr gecəsi Allah-Təalanın ümmətlər içində yalnız ümməti- Muhəmmədə məxsus bir ikramı olaraq lütf ettiyi, ən zəngin mənəvi xəzinələrdən biridir. Onun ehtişam və əzəməti, qiymət və əhəmmiyyəti müstəqil bir sureyi-cəlilə və bir çox hədisi-şəriflərlə müjdələnmişdir. Rəbbimiz bu gecənin şanını belə bəyan buyurur:

      Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik! (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?! Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh (Cəbrayıl) Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır (əmin-amanlıqdır).” (Qədr, 1-5)

      Qədr gecəsi Quran endirilməklə nurlanmış, başda Cebrayıl (ə.s) olmaqla saysız mələklərin axın-axın yer üzünə enməsi ilə feyzlənmiş bir gecədir. Mömin könüllərə görünməz varlıqlar tərəfindən salamlar verilən, Rəbbinə dua və tövbə ilə əl açanlara salamatlıq (əmin-amanlıq) və məğfirət saçılan, feyz və bərəkətlə dolu, min aydan xeyirli bir ilahi lütf gecəsidir.

      Qədr gecəsinin bu saysız fəziləti səbəbiylədir ki, Rəsulullah (s.ə.s) həmin gecəni Ramazan gecələri arasında şəxsən axtarmış və axtarılması xüsusunda da ümmətinə əmr və tövsiyə etmişdir.

      Səksən üç ildən daha xeyirli olan Qədr gecəsinin vaxtının dəqiq olaraq bildirilməməsinin də ayrı bir hikməti vardır. Hədisi-şəriflərin bəyan etdiyinə görə Qədr gecəsi Ramazan ayının son on günündəki tək gecələrdə və xüsusən iyirmi yeddinci gecəsində axtarılmalıdır. Lakin bu hökm, o gecenin dəqiq olaraq bu günlər içində olduğu mənasına da gelmir. Belə ki, İbn Məsud (r.a): “Kim bütün ili əhya edərsə,Qədr gecəsinə qovuşar”, -buyurmuşdur.

       

      Bayram

      Bayram gün və gecələri də incə ruhların qavraya biləcəyi dərin və həssas könüllərin sezə biləcəyi nurani təcəllilərlə doludur. Hədisi-şərifdə buyurulur:

      “Ramazan və Qurban bayramı gecələrini savabını Allahdan umaraq ibadətlə əhya edənlərin qəlbi -bütün qəlblərin öldüyü gündə- ölməyəcəkdir.” (İbn Macə, Sıyam, 68)

      Ramazan bir təqva məktəbi, bayram isə onun ruhani şəhadətnaməsidir. Bayram möminlərin təqva imtahanından müvəffəqiyyətlə ilahi hüzura çıxdıqları o məsud vüslət günündən bir təcəllini hələ bu dünyada ikən yaşadan mübarək bir gündür.

      Həqiqi bayram Haqqın bizdən razı olmasıdır. Elə buna görə də, xüsusən bu sevincli günlərdə yetim, kimsəsiz, kasıb və möhtacları sevindirək ki, ilahi rəhmət və mərhəmət təcəllilərindən nəsib ala bilək.

      Nəhayət, unutmayaq ki, böyük bir qazanc mövsümü olan Ramazanda edilən ibadətlər yalnız bu aya məxsus bir vərdiş və ya adət-ənənənin gərəyi olaraq deyil, Allah-Təalaya səmimi bir qulluq şüuruyla ifa edilməlidir. Əks halda ibadətlərin ruhaniyyəti hədər olar; tutulan oruclar pərhiz; sürətlə qılınan təravihlər isə həzim vasitəsi olmaqdan başqa bir işə yaramaz.  

      • Hits: 1124 clicks

      Tecox component by www.teglo.info