157-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Eldar KƏRİMOV / SİRR

    PDF faylını alÇapE-poçt

      Share

      “Bir il əvvəl həyatım alt-üst olmuşdu. Mən yorulub, əldən düşənəcən işləyirdim, qəflətən atamı itirdim, sevdiklərim və həmkarlarımla münasibətlərim isə tamamilə korlanmışdı. O zaman mən təsəvvür edə bilməzdim ki, mənim bu çarəsizliyim əvəzsiz bir töhfənin, hədiyyənin başlanğıcı olacaq.

      Mən möhtəşəm bir sirri- yaşam Sirrini öyrəndim. Ona aid ilk işarəyə, qızım Heylenin mənə verdiyi yüzillik bir kitabda rast gəldim və mən bəşəriyyət tarixində Sirrin izlərini aramağa başladım. Kimlərin bunu bildiyini aşkar edəndə isə, heç inana bilmədim. Çünki onlar tarixin nəhəngləri idilər: Platon, Şekspir, Nyuton, Hüqo, Bethoven, Linkoln, Emerson, Edison və Eynşteyn.”

      Bu cümlələri oxuyarkən sizin hiss etdiklərinizi mən də hiss etmişəm əziz oxucularımız. Mən də bu hissəni oxuduğum zaman dünyanın bütün sirrlərindən agah olduğumu zənn etmişdim. Amma çox keçmədi ki, fikirlərimdə yanılmağa başladım. Kitabın yarısına qədər oxuduqda anladım ki bunlar hamısı cəfəngiyyatdır. Çox maraqlıdır hər birimiz daim yaşadığımız dünyanın və başımıza gələn hadisələrin sirrini axtarırıq. Bəlkə də sirr elə bizim özümüzdədir deyib özümüzün sirrini açmaq istəyirik.

      Məqaləmi The Secret (Sirr) kitabının ilk səhifəsində yazılan fikirlərlə başlamağıma təəccüblənmədiniz hər halda. Yəqin ki siz də mənimlə razılaşarsınız ki, indi satışda olan kitabların əksəriyyəti maraqlı şəkillərlə dizayn edilib sehrli ifadələrlə bəzədilərək oxuculara təqdim edilir. Yazıq oxucu da mənim kimi bəzəyinə aldanıb aldığı kitabı oxuyub sonuna çatanda görür ki, kitabın adından və dırnaqarası maraqlı şəkillərindən başqa yadında bir şey qalmayıb. Mən bütün bu reallıqlardan deyil, kitabda bəhs edilən sirrin nə olduğundan bəhs etmək istəyirəm.

      Dünyada xöşbəxt yaşam sirrini tapdığını iddia edən psixoloqlara görə Sirr ondan ibarətdir ki, siz hər bir şeyə malik ola bilərsiniz, istədiyinizi edə bilərsiniz və kim olmaq istəyirsinizsə onu da ola bilərsiniz. Bunun sadə bir yolu var o da olmaq istədiyinizi səmimi qəlbdən istəməkdir. Təbiət sizi başa düşəcək və əgər siz yaxşı bir şey istəmisinizsə yaxşıları, pis bir şey düşünüb istəmisinizsə pisləri sizin qarşınıza çıxaracaq.

      Hətta The Secret (Sirr)  kitabının müəllifinə görə Sirrə yiyələnən qədim hökmdarlar öz hakimiyyətlərini qorumaq üçün onu gizlədirdilər. Onlar cahil və nadan insanları Sirdən uzaq tuturdular. İnsanlar tezdən işə gedir, əldən düşənəcən işləyir, evə qayıdırdılar və başqa bir həyat tərzi yaşamırdılar.

      Kitabda yer alan və müəllifin insanlara aşılamq istədiyi ən əsas fikirə gəlincə. Bu çox sadədir. Biz hamımız hədsiz və hüdudsuz gücün qarşılıqlı təsiri sahəsində yaşayırıq. Hamımız bir adam kimi eyni qanuna tabeyik. Kainatın təbii qanunauyğunluqları o qədər dəqiqdir ki, biz xüsusi çətinlik çəkmədən kosmik gəmilər düzəldirik insanı Aya göndəririk və gəminin Ay səthinə enmə zamanını saniyələrinə qədər əvvəlcədən dəqiq hesablayırıq. Harada olmağımızdan asılı olmayaraq biz eyni güclə üzləşirik. Bir böyük qanunla bu cazibə qüvvəsidir. Həyatın sirri-cazibə qüvvəsindədir. Siz həyatınıza daxil olan hər şeyi özünüz-özünüzə cəzb edirsiniz. Daima ağlınızda saxladığınız obrazları özünüzə cəlb edirsiniz. Bunlar sizin həyat haqqında düşündüklərinizdir. Deməli, ağlınıza gələn hər şeyi özünüzə cəzb edirsiniz. “Sizin hər bir fikiriniz gerçəkdir – güc budur.”    

      Deməli, bu kitabı oxuyan yazıq bəndələr nəticə etibarı ilə elə bir qərara gəlir ki, hər şey mənin istəyimlə ola bilər. Və kitabı bir kənara qoyub dərin xəyallar içərisində oturub istəməyə başlayırlar ki hələ mənim qədər ağıla sahib olmayan təbiət nə zamansa məni başa düşəcək və mənim istəklərimi yerinə yetirəcək. Bu qətiyyən mümkün deyildir. Müəllif xanım Ronda Bernin həyatın sirrini qızının ona təqdim etdiyi yüzillik kitabda tapdığını iddia edir. Bəlkə də ona Qurani-Kərim təqdim edilsəydi dünyanın həqiqi sirrini daha tez tapardı. Mənim sözüm onda deyil, hər kəs istədiyini istədiyi yerdə tapa bilər amma bir problem vardır ki bizim əlimizdə sirlərlə dolu bir kitab var ancaq biz onun üzünə belə baxmırıq. Bir şeyi də unutmayaq bizim sirrimizi bizi yaradan Allahdan yaxşı bilən çətin ki olsun. Ona görə də Onun bizə göndərdiyi sirlərlə dolu kitabında öz sirrlərimizi axtarmağa tələsmək ümidilə sizi sirlə baş-başa qoyuram....

      • Hits: 1058 clicks

      Tecox component by www.teglo.info