Alpay ƏHMƏD. Tarix elmləri üzrə fəlsəfə elmləri doktoru / İSALAMOFOBİYA FENOMENİ

    PDF faylını alÇapE-poçt

      Share

      İslamofobiya nə Avropada, nə də Amerikada yeni fenomen deyil. Artlq İslama nifrət zəminində baş verən zorakılıqların ən pis nümunəsinin Asiya ölkəsi olan Myanmada şahidi olmaqdayıq.

      Hər il Qərdbə, elə Şərqdə də onlarla beynəlxalq konfranslar, seminarlar, treyninqlər keçirilir, mərkəzlər yaradılır, sənədlər qəbul edilir, amma fakt faktlığında qalır, - dinə həqarət halları davam etməkdə, bəzən artmaqda, bəzən də səngiməkdədir.

      Bununla bağlı, biz hər dəfə sanki hansısa işlək mexanizm çərçivəsində hadisələr baş verdiyinin şahidi olmaqdayıq. Kimsə dinin simvollarını təhqir edir, - karikatura ya film çəkir, müsəlman ölkələrində, eləcə də müsəlmanların yaşadığı Qərbdə minlərlə adam etiraz nümayişləri keçirir, ən bibarçısı, müsəlman ölkələrində olan etiraz dalğası insan itkiləri, zorakılıqlarla müşayiət olunur. 

      Bunun ardınca yuxarıda qeyd edildiyi kimi, bəyanatlar, sözdən əmələ keçməyən bəyannamə xarakterli sənədlərin qəbulu və sairə və sairə.

                  Biz artıq neçə illərdir ki, islamofobiyaya yanaşma məsələsində həmişə ziddiyyət təşkil edən iki fəlsəfi prinsipin tərəfdarları arasında həmişə ortaq məxrəcə çətin gəlinəsi debatlarla üzləşməkdəyik. Söz və vicdan azalığı prinsipini dəstəkləyən liberallar hesab edir ki, karikatura, film, bir sözlə, istənilən dinin simvoluna qarşı rişxənd, ironiya təhqir sayıla bilməz və istər xristianlar, istərsə də müsəlmanlar, elə digər dinlərin mənsubları belə şeylərə qarşı dözümlü olmalıdır. Və ya bununla bağlı onların tez-tez verdiyi suallardan biri budur: “Niyə Qərbdə xristianlığa ironik yanaşma, sataşma kəskin əks-reaksiya doğurmur?” Yəni bir növ liberallar ritorik sual verməklə İslam təəssübşkeşlərinə mesaj çatdırmaq istəyirlər: sizlər bu məsələdə ən azından susma mövqeyini tuta bilərsiz.

      Onu da qeyd etmək lazımdır ki, liberallar ümumiyyətlə, hanısısa dəyərin müqəddəsliyini rədd edirlər. Konservativ düşüncə sahibləri isə, - yeri gəlmişkən, onların arasında demokratiya tərəfdarları heç də az deyil, - dözümlülük prinsipinə üstünlük verərək ifrat liberalları qınayır və hesab edirlər ki, azadlıq nə qədər vacib olsa da, həddi olan dəyərlər kateqoriyasına aiddir. Çünki ifrat azadlığın sonda ifrata, anarxiyaya çevrilmək təhlükəsi var. Bu sahədə keçirilmiş beynəlxalq konfransların iştirakçısı kimi deməliyəm ki, dini dözümlülük məsələsində avropalı demokratlar bir çox hallarda demək olar, dindarların fikirlərini bölüşürlər.

                  Bu tipli məsələləri dəyərləndirəndə adətən, yaxşı və ya ən az pis olan varianta üstünlük verilir. Lap fərz edək ki, konservatorların prioritet hesab etdiyi dözümlülük ən az pis olandır. Məgər belə olanda bundan liberallar azmı faydalanacaq. Guya onlar dinə sataşmamaqla, onun simvollarını söyməməklə nəysə itirəcəklər ki? Məgər dindarlar demokratiyanın, söz azadlığının boğulmasını istəyir ki? Sürətlə qloballaşan dünyada belə bir şeyin olması axı mümkün olan şey deyil. Bu baxımdan, təzadlı səslənsə də, dini təhqir edənlərin özləri elə totalitar və anarxist təfəkkürün tərəfdarları kimi görünmüş olurlar.

                  Bir tərəfdən, Qərbdə ifrat azadlıq baxışın tərəfdarlarının marginallar olduğunu fikirləşəndə sevinirsən. Digər tərəfdənsə, bu marginalların cəmiyyətdə səs-küy yaratmaq bacarığının şahidi olanda istər-istəməz problemin heç də kiçikmiqyaslı olmadığı qənaətinə gəlirsən. Əgər beş ekstremist ölümlə nəticələnməsə belə bir məscid, ya içində müsəlmanlar olan məktəb yandırırsa, faciənin doğurduğu reaksiya istənilən halda neqativ olur və çox zaman əks-reaksiya doğrurur.

                  İslamofobiya zəminində baş verən hadisələrin baş verməsində müsəlmanların günahı varmı? Sözsüz ki, var, hətta bəzən onların yersiz hərəkətləri İslamofobiyaya ocağına benzin tökməyə bənzəyir. Məsələ burasındadır ki, bəzi İslam təəssübkeşləri saytlarda, sosial şəbəkələrdə mövzu ilə bağlı gedən debatlarda sanki pusqu vəziyyətində dururmuş kimi belə hallar baş verəndə məsələnin tam mahiyyətini bilmədən həvəslə Qərbi birtərəfli şəkildə söyməyə başlayırlar.

                  Məsələn, məni həmişə bir sual düşündürüb, - nədən bu təəssübkeşlər Avropanın inkişaf etmiş ölkələrində müsəlmanların kompakt yaşadığı kvartallarda şəriət qanunlarını tətbiq etməyə, Qərbə qarşı dırnaqarası cihada çağıranları qınamırlar? Etiraf edək ki, islamofobiya hallarının yaranmasında ekstremistlərin də rolu az deyil və yeri gəlmişkən, onların İslam dininə aid olmadıqları fikrini deyənlərə də opponetlik edirəm. İstəsək də, istəməsək də, onlar müsəlmandırlar və bizim məqsədimiz onların ekstrmist olduğuna görə bu dinə aid olmadığını sübut etmək yox, belələrinin islah olunmasına nail olmaqdır.

                  Əslində islamofoblarla radikal müsəlmanlar bir medalın iki tərəfidir. Hər iki tərəfi təmsil edənlərin xislətində sanki bir qısasçılıq, nifrət və cığallıq kompleksləri var. Əlbəttə, lap fərz etsək ki, müsəlman ekstremistlərin bu dünyada sayı lap azdır, terror aktlarının sayı minimuma enib, bu halda belə İslama nifrət zəminində hadisələrin tam aradan qalxacağına inanmaq sadəlövhlükdür.

                  İndiki halda mötədil müsəlmanlarla tolerantlıq tərəfdarı olan demokratlar qarşılıqlı maraqlara cavab verən proqramlar çərçivəsində birgə effektiv addımlar atmağa davam etməlidirlər. Fikrimizcə, bu tipli layihələr islamofobiya fenomenini tam aradan qaldırmasa da, ən azından, prosesin tempini müəyyən qədər aşağı sala bilər. Hər halda Avropa ölkələrinin neofaşistlərlə mübarizədə uğur qazanmaq təcrübələri var.

                  Və təkrar da olsa qeyd edək ki, yaşadığımız Azərbaycan tolerantlıq nümunəsi kimi islamofobiya ilə mübarizədə effektiv ideoloji vasitə rolunu oynaya bilər.

                    

                 

       

      • Hits: 985 clicks

      Tecox component by www.teglo.info