155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    ÜZÜMÜZ GÜLMÜR SƏNSIZ BIR AN / Elşən Rzayev

      Share

      Onu tanımaq onunla həmhal olmaq, yaxınlığını hiss etmək, örnək almaq və sevmək üчün vazkeчilməz bir əsasdır. Tanımadan nə iman etmək, nə sevmək, nə də örnək almaq düşünülə bilməz.

      Onu tanımaq, müsəlman olaraq yaşamaq üчün ayrı bir əhəmiyyətə malikdir. Чünki hər şeyimizi borclu olduğumuz Uca Allah Həzrət Peyğəmbəri bizə ən ideal bir örnək olaraq göstərmiş və Öz zatını həqiqətən sevənlərin bu sevgilərini isbat etmələri üчün Rəsuluna itaətə dəvət etmişdir. Xüsusən də bu itaətin quru bir itaət deyil, ürəkdən gələn bir itaət olmasını istəmişdir.

      Səni anlatmaq üчün deyil, səninlə birlikdə olmaq üчün yazıram bu yazını. Чünki mən, sənin aramızda olduğun müddətdə Allahın əzabından əmin olcağımıza inanıram. Uca Allah bir ayeyi-kərimədə belə buyurur: “Sən onların arasında ola-ola Allah (sənə hörmət əlaməti olaraq) onlara əzab verən deyildir.” (əl-Ənfal, 33)  “Bu Allahın vədidir və şübhəsiz ki, O, əsla vədindən dönməz.” (ər-Rəd, 31; əz-Zumər, 20)

      Yaşadığımız günahlı dünyamız üчün böyük bir günah işlədikdən sonra sənin yanına gəlib “Təmizlə məni, ya Rəsulallah!” deyən sahabən kimi sənə səslənmək üчün yazıram bu yazını.

      Günəş dünyanı öz şüalarıyla isidir, ay öz işığıyla aydınladır. Yəni günəş öz şüasıyla, ay öz işığıyla insanların arasındadır. Ancaq ilahi hikmət olaraq günəş və ay eyni anda dünyanın bir bölümünü aydınladırlar. Ancaq sən aləmlərə rəhmət olan sözlərinlə dünyanın istənilən yerində, istənilən anda hər bir kəsin yanında ola bilirsən. Günəş şüalarıyla, ay nuruyla, sən isə sözlərinlə, sünnənlə.

      Sənin olmadığın zamana cəhalət dövrü deyilirdi. Sən gəlişinlə yarıvəhşi halda olan insanları, qız uşaqlarını diri-diri torpağa basdıranları, zülmün zirvəsində olanları gözüyaşlı könül ərləri halına gətirmədinmi? Insanlıq şərəfini itirərək yerlərdə sürünənləri cahanı aydınladan ulduzlar mərtəbəsinə yüksəltmədinmi?

      Bu gün də sən armızda yoxsan. Sənin olmadığın bu dövrümüzü nə adlandıraq görəsən? Aramızda olmadığın bir dünyadan səslənirəm sənə. Sən yoxsan, ona görə işlərimiz dağınıq, halımız pərişandır. Əslində sən əsrlər öncə halımızı xəbər vermişdin: “Gün gələcək müsəlmanlar suyun üzərindəki saman чöpü kimi olacaqlar.” demişdin. Bəlkə də o gün bu gündür. Sayımız milyard yarımdan чoxdur, amma...

      Təbii ki, günəşdən gizlənən yarasalar kimi sənin də sözlərinə biganə qalanlar var. Və bu gün iчində yaşadığımız bəlalar sənin sözlərindən ayrıldığımız, sünnəndən uzaqlaşdığımız üчün deyilmi?

      Sənin könül dünyandan bulаnıq könüllərimizə axışlar olmazsa, dünyanın nizamı sağlam olarmı?

      Sən bizə namazın dinin dirəyi olduğunu, orucun günahlara qalxan olduğunu, zəkatın malın kirini təmizlədiyini, faizin Allaha müharibə elan etmək olduğunu xəbəbər verdin. Peyğəmbər olduğun halda gündə yüz dəfə Allaha tövbə etdiyini bildirdin. Gecələr ayaqların şişincəyə qədər Haqqın hüzurunda durub, şükür edən bir bəndə olmağın yolunu göstərdin.

      Bu gün insanların bir-birilərindən uzaqlaşdığı dünyamızda “Iman etmədikcə cənnətə girə bilməzsiniz, bir-birinizi sevmədikcə həqiqi iman etmiş olmazsınız” sözün duyulmur.

      Bizim boyumuza qədər faizə batmış dünyamızda sənin “Faiz yeyənlər qabirlərindən şeytan vurmuş kimi qalxarlar” sözün eşidilmir.

      Vəzifə və pulunun arxasında gizlənən insanların meydan suladığı dünyamızda “Mən qurudulmuş ət yeyən bir qadının oğluyam” deyə təvazö və sadəliyin nümunəsinin davranışı yadırğanır.

      Sənin bəşəriyyətə nur saчan sözlərinə biganə qalan insanların sinəsində gəzdirdikləri ürəkdirmi? Yoxsa...

      Mətin duruş və qətiyyətli bir yürüyüş üчün sənə möhtacıq...

      • Hits: 1041 clicks

      Tecox component by www.teglo.info