Ağlayan kötük / Kamran Məmmədov

      Share

      Həz. Peyğambər (s.ə.s)in əshabıbir gün:

      -“Ya Rəsulallah, camaat çoxaldı, vaaz (moizə) etdiyiniz zaman üzünüzü görə bilmirik” dedilər.

      Bunun üçün (üç pilləli) bir minbər inşa edildi. Daha əvvəl həz. Peyğambər (s.ə.s)in dayanıb vazaz etdiyi xurma kötüyü ağıl sahibləri kimi ağlayıb inildəməyə başladı. Orada olan sahabə-yi kiram Peyğambər (s.ə.s)in ayrılıq acısına dayana bilməyən kötüyün inilti və ağlayışını eşitdilər. Allah Rəsulu (s.ə.s):

      -“ Ey xurma kötüyü, nə istəyirsən?”  dedi.

      -“Mənə söykənirdin, indi məni tərk etdin” deyərək cavab verdi o xurma kötüyü.

      Peyğambər (s.ə.s):

      -“ İstəyirsən səni salxımlarla dolu bir ağac edim, yaxud, Allah təala səni axirətdə bir ağac eyləsin, əbədiyyən yeni və yam-yaşıl qal!”

      -“Əbədi olanı istəyirəm” dedi xurma kötüyü.

      Peyğambər (s.ə.s) qiyamət günü insanlar kimi yenidən dirilməsi üçün o ağacı yerə basdırdı.

       

      İnsan bəzən acıqlandığı zaman birisinə kötük deyəbilir, amma unutmamaq lazımdır ki, peyğambər ayrılığı ilə ağlayan kötük də var. “ Allah Rəsulunu xatırlamaqda xurma kötüyü qədər belə ola bilmədik!” (Hasan Basri).

       

      Bilal Həbəşi (r.a)ın ölümü.

      Bilal Həbəşi (r.a) zəiflikdən incələşmiş, üzünə ölümün kölgəsi düşmüşdü. Xanımı ona baxıb:

      -“Ah bu nə ələm (acı), bu nə kədər!” deyirdi

      Bilal (r.a) isə:

      -“Bu zamana qədər həyatdan acı duyurdum, ölümün necə bir zövq olduğunu sən haradan billəcəksən?!” dedi.

       Sözlərinin doğruluğuna üzünün parıltısı, gözlərinin nuru şahidlik edirdi.

      -“Ah ayrılıq!” dedi xanımı.

      -“Xeyr, vuslat, qovuşmaq” deyə cavab verdi Bilal (r.a).

      -“Yaxınlarından ayrılısan” dedi xanımı.

      -“Xeyr! Qürbətdən vətənimə dönürəm” dedi Bilal (r.a).

      -“Sənin üzünü birdə harada görəcəyik?!” ah cəkdi xanımı.

      -“Allah dostlarının halqasında” cavab verdi Bilal (r.a).

      -“Ah! Bu ev yıxıldı artıq!” dedi xanımı.

      -“Allah daha gözəl hala çevirmək üçün yıxır” deyə cavab verdi o böyük sahabi.

       

      Ölüm zahirdə nə qədər ayrılıq kimi görünsə də, həqiqətdə əsl vətənə dönmək, dünya sıxıntılarından qurtulmaq deməkdir. Dünya isə istirahət məkanı deyil, ibadət və itaət məkanıır. Etdiklərimizi görmək üçün, qazandıqlarımızı xərcləmək üçün yenidən diriləcəyik. Ona görə də, nə etdiyimizə və nələr qazandığımıza diqqət etmək məcburiyyətindəyik.

                                                    Şeytanın vəsvəsəsi.

       

      Bir adam hər gecə Allahı zikr edər və bu zikrində zövq alardı. Bir gecə şeytan ona vəsvəsə verərək qulağına belə pıçıldadı:

      -“Bu qədər zamandır “Allah” deməyinə rağmən “O”nun “Ləbbeyk” (buyur) deməsini heç duydunmu? Nə vaxta qədər “Allah” deyib duracaqsan?”

       Adam bu vəsvəsədən təsirləndi, acılar çəkməyə başladı, zikri tərk edib başını yerə qoyub yatdı. Yuxuda Xızır (a.s) yaşıl paltar geyinmiş olaraq ona göründü. O adama:

      -“Niyə zikri tərketdin? Niyə bu gözəllikdən əl çəkdin?” dedi.

       Adam:

      -“Ləbbeyk səsi gəlmir, qapıdan qovulmaqdan qorxuram” dedi.

      -“Sənin o “Allah” deməyin, sənə “ləbbeyk” deyilməsidir. Sənin o dərdə düşüb. çarələr axtarmağın qapıya qəbul edilməyindir. Hər dəfə “Allah” deyəndə sənə gizlicə “Ləbbeyk, buyur!” deyilir.

       

      Kimə dua qapısı açılmışsa, ona rəhmət, bərəkət, hikmət və qəbul qapısı da açılmışdır.

       

      Xoşbəxt olmanın sirrini Peyğambər Əfəndimiz (s.ə.s)dən öyrən. Allah sənə nə verirsə ona razı ol. Başına gələn dərdə, bəlaya razı olar, səs çıxarmazsan, o anda, həmən sənə cənnət qapısı açılar. Əgər gəm elçisi sənə gəlirsə, tanış bir dost kimi qarşıla, onu qucaqla. Əslində o sənə yad deyildir, onunla tanışlığın vardır. Sevgilidən gələn cəfaya qarşı qətiyyən üzünü turşutma, onu nəşə ilə qarşıla, mərhaba, xoş gəldin de. Onu gülər üzlə, dadlı sözlə qarşıla ki, könül alıcı o bənzərsiz varlıq xoşa gəlməyən pərdəsini üstündən atsın da gözəlliği ortaya çıxsın.

      • Hits: 801 clicks

      Tecox component by www.teglo.info