155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    ÖMÜR NEÇƏ GÜNDÜR? / Sedat DEMİR

      Share

      Nədir zaman, nədir; bir sumu, bir quşmu?

      Nədir zaman, nədir; enişmi, yoxuşmu?

       

      İnsanın bu dünyaya gözünü açmasıyla birlikdə xərclənməyə başlayan və əsla geri gətirilməsi mümkün olmayan tək şeydir zaman… Bir çay kimidir; axıb gedər. Siz ya o axan suyun ardından baxa-baxa qalarsınız, ya da  əlverişli istifadə edib təcrübələrə çevirər və o təcrübələri yenə zaman içərisində daha məhsuldar sahələrə istiqamətləndirərsiniz. Ya da o sizi tərk edər və bir müddət sonra hələ nə olduğunu da dərk edə bilmədən gedərsiniz. Məhz bu səbəblə əllərinizin arasından axıb gedən və həyatın bəlkə də ən real həqiqəti olan zamanı ən məhsuldar bir şəkildə istifadə etmək insanın ən böyük idealı olmalıdır.

      Bəlkə zamanla yaqut, gümüş əldə edilə bilər, amma yaqut və gümüşlə geri alına bilməyəcək tək şeydir zaman...

      Tükənən hər an saralan yarpaq kimi ömür təqvimimizdən bir yarpaq aparmaqda… Ataların ifadəsi ilə zamanın irəliləməsi suyun axışına bənzədilir. Suyun axışını necə saxlaya bilmirik, axıb gedirsə, zaman da maneəsiz bir şəkildə axıb gedir.

      “Boş yerə yaradılmadın”, “başı boş buraxılacağınımı sandın” ...insanın hesaba çəkiləcəyi mövzulardan biri olan “ömrünü harada keçirdin” ilahi xəbərdarlıqlarla dolu sualları bəşərin həyatından və alıb-verdiyi nəfəsindən məsul tutulacağını xəbər verməklə birlikdə, zamanın məhsuldar şəkildə qiymətləndirilməsinin vacibliyini də xatırladır.

      Həyatda bəzi çox sandığımız, əslində az olduğunu öyrənincə çaşıb qaldığımız bəzi şeylər var. Məsələn, dünyanın üçdə ikisinin su olduğunu, ancaq içməli suların bu nisbətin yüzdə biri qədər olduğunu; zaman dediyimiz anlayışda belə dünyanın yaşını milyonla ifadə edərkən öz dünyamızın yaşını neçə illə ifadə edirik... Bir də bu dünyada faydalı olub olmadığımızı hesablasaq, bu müddət çox azalar hər halda.

      Bu sualları artıraraq ömürümüzün nə qədər olduğunu hesablaya bilərik. Şairin dediyi kimi:

      Dünən keçdi, bu gün varsan, sabah varmı?

      Ətrafına bir bax hələ ölənlər hey ixtiyarmı?

      Dünənə baxıb ah-nalə etməyin heç bir mənası yoxdur. Sabaha ümidlə baxmaq gözəldir, ancaq o da bizim üçün məchuldur. Bizə qalan isə bu gündür...

      Ömür neçə gündür?

      Bir gün!

      O da bu gündür!

      Lakin sabahlara qalmaq hər insanın idealıdır. Hər insanın idealı olmalıdır. Bəlkə də partanın üstünə adını yazan, qapı arxasına, yaş betona adını həkk edən insan ruhunda bu psixologiya hakimdir. Saylı ömür təqvimində yarpaqları artırmağın yolu sabaha qalmaqdan keçir.

      Həyatda ən çox şikayət etdiyimiz şeylərdən biri də zaman darlığı mövzusudur. Keçən günlərdən sonra...

      Yunuslar ölməz,

      Aşiqlər ölməz.

      “Zaman barəsində insan aldanmışdır” buyurur Qurani-Kərim. Ancaq iman edib əməlisaleh  sahibi olanlar xaric. Onlar xüsranda deyil. Ayeyi-kərimədə hər kəsin zərərdə olduğu, zaman barəsində aldandığı ifadə edildikdən sonra iman edən və saleh əməl sahibi olanlar istisna edilir. Bu isə insan oğlunun zamanın qiymətləndirmə xüsusunda acizlik göstərə biləcəyinə işarədir. Səhabələr buna görə də şairin aşağıda ifadə etdiyi kimi hər söhbətin sonunda “vəl-asr” surəsini oxuyaraq zamanın, keçən ömrün əhəmiyyətinə diqqət çəkmişlər.

      Hanı əshabi-kiram ayrılalım derlərkən,

      Mütləqa sureyi “vəl-asr”ı oxurmuş, bu nədən

      Çünki vardır o böyük surədə əsrari fəlah.

      Adı həyat olan bu macəranı boş, hesabı verilə bilməyəcək əməllərlə deyil, axirətdə önümüzə gözəl bir siluet olaraq çıxması ümidiylə saleh əməllərlə bəzədilməlidir. Bu həyatın nəticəsində şairin ifadə etdiyi kimi xoşbəxt və  üz ağlığı ilə köçə bilməkdir əsas məsələ...

      Yadındamı, doğulduğun zamanlar?

      Sən ağlar ikən gülərdi sənə aləm.

      Elə bir ömür yaşa ki, olsun ölümün

      Sənə bayram, aləmə matəm.

      • Hits: 1051 clicks

      Tecox component by www.teglo.info