ÖLÜM / Ələddin SULTANOV

      Share

      ÖLÜM… bu sözün tələffüzü belə insanı dəhşətə salır. Çünkü o, bizi bilmədiyimiz bir dünyaya aparan qapıdır. Qurani-Kərim də ölümü belə xəbər verir:Hər bir kəs (canlı) ölümü dadacaqdır.”[1]. Yenə başqa bir ayədə belə buyurulur: Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq.”

      [2]  Peyğəmbərimiz (s.ə.s) də hədisi-şərifində buyurur ki: “Ləzzətləri yox edən ölümü çox xatırlayın.”[3] “Ölümü və öldükdən sonra sümüklərin və cəsədin çürüməsini xatırlayın. Axirət həyatını istəyən dünya həyatının bəzəyini tərk etsin.”[4] Digər bir hədisdə də Peyğəmbərimiz (s.ə.s) ölümün insana gəlməsini belə xəbər verir: “Allah bir qulunun bir məmləkətdə ölməsini təqdir edibsə, onu oraya (orada olan bir şeyə) möhtac qılar.”[5]

      Biz burada ölümün necə olacağı və ondan sonra nə olacağı üzərində durmaq istəmirik. Sadəcə olaraq ölümü xatırlamaqdan və bu ölümü hansı şəkildə xatırladığımızdan bəhs edəcəyik. Hər zaman vaizlərimiz və ya din xadimləri ölümü xatırlamağı tövsiyə edirlər. Görəsən ölümü xatırlamayan və ya onu düşünüb qorxmayan insan varmı ki, biz bunu tövsiyə edirik. Mənə görə insanların əksəriyyəti ölümü düşünür və xatırlayır. Bəlkə hər gün evdən işə gedərkən başına nə gələcəyini fikirləşir və ondan qorxur. Ancaq bu insanların qorxma səbəbi fərqlidir və buna görə də belə insanları iki qrupa ayırmalıyıq.

      Birinci qrupdakı insanlar ölümü xatırlayırlar və ondan qorxurlar. Niyə? Çünkü öldükdən sonra əllərindəki mal-mülk əldən çıxacaq, daddıqları dünya ləzzətindən məhrum olacaqlar və geridə qalan ailələri onların ölümünə çox  kədərlənəcəklər, bəlkə uşaqları yetim qalacaq və onlara baxan olmayacaq. Əgər belə olmasaydı və ölümü düşünməsəydilər varlı insanlar özlərinə cangüdən tutmazdılar. İnsanlar evlərinin mühafizəsinə fikir verməzdilər. Bəzi insanlar özlərini qorumaq üçün silah gəzdirməzdilər. Deməli, bizim çoxumuz yuxarıdakı səbəblərdən hər hansı biri üçün ölümü xatırlayırıq və ondan qaçma çarələri axtarırıq.

      İkinci qrupdakılara gəldikdə isə onlar da ölümü xatırlayırlar. Ancaq niyə? Çünki o insanlarda ölümdən sonra başlarına gələcək şeylərin qorxusu var. O dünyada Allahın qarşısında hesab verəcəkləri və günahlarından ötrü cəhənnəm əzabına düçar olma ehtimalı qorxusu var. Belə insanlar əlbəttə digər qrupdakılardan sayca azdırlar. Ancaq həqiqi ölümü düşünmək bu olmalıdır hər halda.

      İndi isə ölümü xatırlayıb onu sevənlərdən danışaq. Burada da mənim fikrimcə iki qrup insanlar vardır. Birinci qrupdakılar ölümü təmənni edirlər. Niyə? Çünki bəzilərinin ağır bir xəstəliyi vardır və ondan xilas olmaq istəyirlər. Acı çəkərək yaşamaqdansa ölməyi arzulayırlar. Ya da böyük bir cinayət törətmişdir və bunun nəticəsindən qorxduğu üçün ölməyi təmənni edirlər. Hər gün mətbuatdan öyrənirik ki, bir çox insan intihar edir. Bu intihar edən insanların səbəbləri fərqli də olsa hər biri özü üçün ölümü yaşamaqdan daha sevimli, ya da çıxış yolu olaraq görür. Nəticə olaraq bu insanlar dünyadakı əzabdan xilas olmaq üçün ölümü arzulayırlar.

      Ancaq ikinci bir qrup var ki, onlar da ölümü arzulayırlar. Çünki onlar aləmləri yaradan Uca Allaha (c.c) qovuşmağı təmənni edirlər. Onların Allah eşqi və inancı o qədər güclüdür ki, onlar üçün dünyanın naz-neməti heçdir. Bir an əvvəl Allaha qovuşmağı arzulayırlar. Bunlardan biri olan Mövlana Cəlaləddin Rumi həzrətləri ölümü “Şəbi Arus” yəni “toy gecəsi” olaraq ifadə edir. Yəni Allaha qovuşduğu bir gecə. Saleh əməl sahibləri bu gecəni

       


      [1]Ali-İmran, 3/185.

      [2] Nisa, 4/78.

      [3] Tirmizi, Zöhd 4, Qiyamə 26; Nəsai, Cənaiz 3; İbn Macə, Zöhd 31.

      [4] Tirmizi, Qiyamə, 24; Əhməd b. Hənbəl, I.

      [5] Tirmizi, Qədər 11, hədis: 2148.

       

      • Hits: 661 clicks

      Tecox component by www.teglo.info