155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    HƏYAT DƏFTƏRİNDƏN / Niyazi YUSİFOV

      Share

          İTİLƏNMİŞ BALTA

      Bir meşədə iki dost ağac kəsirdi. Birinci dost hər səhər tezdən qalxır, ağac kəsməyə başlayır, birini kəsdikdən sonra istirahət etmədən başqalarını kəsməyə gedirdi. Bütün gün ərzində istirahət etmir, aclığını aradan qaldırmaq üçün də özünə vaxt ayırmırdı. 

      Axşam da dostundan bir neçə saat sonra ağac kəsməyi bitirib evinə gedirdi. O biri dostu isə istirahət edərək ağacını kəsir, hava qaralmağa başlayanda isə evinə gedirdi. Bir həftədən sonra hər ikisi nə qədər ağac kəsdiklərini saymağa başlayırlar. Sayıb qurtardıqdan sonra görürlər ki, ikinci dostun kəsdiyi ağaclar daha çoxdur. Birinci dost özündən çıxır: “Bu necə ola bilər? Mən daha çox işlədim. Səndən daha tez işə başladım, səndən daha gec bitirdim. Amma sən daha çox ağac kəsmisən. Bunun sirri nədir?” İkinci dost təbəssümlə: “Ortada hər hansı bir sirr yoxdur. Sən istirahət etmədən işlədiyin zaman, mən arada istirahət edib baltamı itiləyirdim. Kəskin baltayla, daha az güc sərf etməklə daha çox ağac kəsdim” deyə cavab verir.

      Özümüzü yetişdirmək, baltamızı itiləməkdir. Özümüzə vaxt ayırıb, həyatımıza, yaşayışımıza nəzər yetirməkdir. Zəif hiss etdiyimiz tərəflərimizi gücləndirmək üçün çalışmaqdır. Bu, zehnimizin, ruhumuzun, xarakterimizin güclənməsi üçün vazkeçilməz bir şərtdir.

         YAXŞILIĞI DÜŞÜNMƏK ETMƏK KİMİ SAVABDIR

      Keçmiş peyğəmbərlərdən birinin zamanında ortaya çıxan şiddətli bir qıtlıq insanları məhv edirdi. Aclıq elə bir həddə çatmışdı ki, hətta bir loğma çörək tapmaq, bir kisə qızıl tapmaqdan daha sevindirici idi. İnsanların çəkdiyi aclıq mərhəmət sahibi insanların ürəklərini parçalayırdı.

      Belə bir şəraitdə yoxsul bir dərviş, çöldə yolçuluq etdiyi zaman dağ kimi bir qum yığınına rast gəlir. Qum yığınının qabağında durub: “Ey Rəbbim, nə olardı bu qum yığınının yerində un yığını olardı, mən də onu böyük bir həvəs və comərdliklə ac insanlara paylayardım” deyə içindən keçirdi. Bunu o qədər səmimi olaraq arzu etmişdi ki, Allah-Təala o dövrün peyğəmbərinə belə vəhy etdi: “Filan dərvişə xəbər ver ki, onun xalisanə niyyəti, o gördüyü qum yığınının un yığınına çevrilərək aclara paylamış kimi mənim ona savab yazmama vəsilə oldu.”

       

      • Hits: 668 clicks

      Tecox component by www.teglo.info