Kamran Məmmədov / İBRƏTLƏR

      Share

      "Məni Qəssabın Əlindən Qurtar"

      Mövlana həzrətlərinin sağlığında bir qəssab, kəsmək üçün öküz aldı. Öküzün ayaqlarını bağlayıb yatırtmaq istədiyi vaxt öküz ipləri qırıb qaçdı. Qəssab arxasınca tutmaq üçün qaçsa da çata bilmədi. Öküz Mövlananın atasının məzarının yaxınlığına gəldi. O əsnada məzarın başında Mövlana Qurani-Kərim oxuyurdu. Hal diliylə ona;

      “Məni bu qəssabın əlindən qurtar”, -dedi. Mövlana əlini öküzün üstünə qoyub oxşadı; “Kədərlənmə, Allah hər şeyə qadirdir”, -buyurdu. Bu zaman qəssab əlində kəndir və bıçaq olduğu halda təngnəfəs özünü yetirdi. Mövlana gələn qəssaba, öküzün azad edilməsini istədi. Qəssab da Mövlana həzrətlərinin xətrinə öküzü azad etdi. Qəssab gedəndən sonra Mövlana mübarək əlini öküzün üzərinə qoyub dua etdi və o gündən sonra bir daha o öküzü görən olmadı. Bunun üzərinə Mövlana; “Bu öküz kəsilib bişiriləcək zamana gəlmiş ikən, bizim tərəfimizə gəlmək surətiylə, kəsilib parçalanmaqdan xilas oldu. Məhz bunun kimi bir insan da Allah-Təalanın övliyasına cani-könüldən təslim olub əmrlərinə uyğun yaşayar, ona tələbə olarsa, qiyamət günündə cəhənnəmə aparan mələklərin əlindən xilas olar.” buyurdu.

      Müsəlmanlığını isbat edəcək sənəd gətir

      Hz Peyğəmbərin (s.ə.s) soyundan gələn yoxsul bir qadın qızlarıyla birlikdə Səmərqənd şəhərinə köçmüşdü. Şəhərə yeni gəldikləri üçün heç kimi tanımırdılar. Əvvəlcə bir məscidə gedib yorğunluqlarını çıxdılar.

      Anaları qızlarını məsciddə qoyub yemək tədarükü üçün çölə çıxdı. Şəhərin əmirinə müraciət etdi. Halını ona ərz etdi. Peyğəmbər soyundan olduğunu söylədi. Özlərinə bir gecəlik ərzaq verməsini istədi. O isə kömək etməyə yanaşmadığı kimi qadından yoxsul olduğuna və Peyğəmbər soyundan gəldiyinə dair bir sənəd gətirməsini istədi. Qadın yad  biri olduğunu, şəhərdə onu heç kimin tanımadığını, bu səbəbdən sənəd gətirə bilməyəcəyini söyləyincə, əmir ondan üz çevirdi və heç nə vermədi.

      Bundan sonra qadın bir atəşpərəstlə qarşılaşdı, vəziyyətini ona izah etdi. Atəşpərəst dediklərinə inanıb sözlərini təsdiqlədi. Ona kömək etdi, adamlarından biriylə yemək və əşya göndərdi. Onlara qalacaqları bir yer təşkil etdi.

      Əmir gecə yuxusunda qiyamətin qopduğunu, Rəsulullahın (s.ə.s) yaşıl zümrüddən böyük bir köşkün yanında Livaul-Həmd (Həmd bayrağının) yanında dayandığını gördü. Bu köşkün kimə aid olduğunu soruşdu. Rəsulullah (s.ə.s) tövhid əhli müsəlman bir kimsəyə aid olduğunu söylədi. Əmir:

      “Mən Allahın birliyinə inanan bir müsəlmanam!” dedi.

      Rəsulullah (s.ə.s) Allahın birliyinə inanan müsəlman olduğunu isbat edəcək bir sənəd gətir!” dedikdə əmir təəccübləndi. Dəhşət içində oyandı. Qadına qarşı etdiyindən peşman oldu, ağlayıb saçını-başını yoldu. Gedib həmin yoxsulları axtarmağa başladı. Atəşpərəstin evində olduqlarını öyrənincə onları atəşpərəstdən istədi, lakin atəşpərəst qonaqları vermədi. Əmir:

      “Sənə min qızıl verim. Yetər ki, onları mənə ver” deyə xahiş edincə, atəşpərəst bunları söylədi:

      “Mən və ailəm bunların bərəkətiylə axşam müsəlman olduq. Sənin bu gecə görmüş olduğun yuxunun eynisini mən də gördüm. Rəsulullah (s.ə.s) mənə:

      “Cənnətdəki bu köşk sənin və ailənindir!” buyurdu...

      • Hits: 664 clicks

      Tecox component by www.teglo.info