Texnoloji Xəbərlər

      Share

      Texnologiya Dünyasına Nəzər

      Sizlərə bu sayıda bəzi lazımi internet adreslerini təqdim etmək niyyətindəyik.

       Beləliklə Azərbaycan Resbublikası Gəncliyə Yardım Fondunun rəsmi internet saytı: www.gyf.org.az siz bu sayt vasitəsiylə Azərbaycan Resbublikası Gəncliyə Yardım Fondu haqqında maraqlandığınız məlumatları əldə edə, Fond haqqında xəbərləri izləyə, Fondla əlaqə saxlaya və başqa xidmətlərdən istifadə edə bilərsiniz.

      Növbəti adresimiz Azərbaycanda ilk və tək olan Elektron kitabxana şəbəkəsinin internet adresidir: www.kitab.az siz bu sayt vasitəsiylə bir çox kitab, məqalə və elmi əsərlərin elektron variantını izləyə bilərsiniz.

      İş axtaranlar və müasir standartlarda öz beşəsi istiqamətində iş seçmək istəyənlər üçün də internet adresləri var: www.azinka.orG, www.azerweb.com adreslərindən siz elan edilən iş yerləri haqqında mütəmadi məlumat əldə edə bilərsiniz.

      Müasir elmin kəşf etdiyi yeniliklərin əslində 1400 il əvvəl Qurani Kərimdə bildirildiyi və müasir elmin hələ indi kəşf etdiyi yenilikləri biz müqəddəs kitabımızda görməktəyik. www.kuranvebilim.com saytı Qurani Kərim və müasir elm arasında əlaqə qurur və əslində bunların kəşf olmadığını bildirir.

      Məşhur insanların, dünya tarixində əhəmiyyətli işlər görmüş şəxsiyyətlərin avtobiyoqrafiyaları yəqin ki, çoxlarımız üçün maraqlı olardı. www.biograbhy.com 2500 ün üzərində tanınmış insanların biyoqrafiyalarını bizlərə təqdim edir.

       

      Şofersiz Mikroavtobuslar

      Hollandiyanın Rotterdam şəhərində fəaliyyətə başlayan "Bark Shuttle" adlı şofersiz mikroavtobuslar, sərnişinnəqliyyatda yeni dövrün başlanğıcı kimi göstərilir. İlkin mərhələdə 6 ədəd sürücüsüz mikroavtobus istifadəyə verilib.

      Mikroavtobuslar dörd dayanacaqlı 8 km məsafəni 20 dəqiqə ərzində başa çatdırıb. Saatda 34 km sürətlə hərəkət edən maksimum 20 sərnişin daşıyan mikroavtobuslar, doqquz ayrı yerdə quraşdırılan təhlükəsizlik kameraları vasitəsiylə bir mərkəzdən kontrol edilir.

       

      Kosmos Turizmi

      İngilis sərgüzəştbərəst milyarder Riçard Bransonun kosmos turizmi üçün qurduğu Virgin Galaktik şirkəti ABŞın Nyu Mexiko ştatında 200 milyon dollar məbləğində bir kosmik liman inşa edəcək. Şirkət qərargahını və uçuş-nəzarət mərkəzini Nyu Mexikonun cənubunda, 90-% i yer altında nəzərdə tutulan, 27 hektar əraziyə yerləşdirməyi blanlayır.

      Kosmik limandan Mikrosoftun qurucularından Baul Allenin şirkəti Mojave Aerosbeys Venturs tərəfindən tərtib edilən, dünyanın ilk xüsusi təkrarən istifadə edilə bilən kosmik gəmisi "SbaceShibOne" ticari kosmik səyahətlər üçün istifadə ediləcək.

      Virgin Galaktik şirkətinin səyahətlərindən birində iştirak etmək üçün 126 ölkədən 38 min nəfər debosit köçürmüş, 100 nəfər isə bir kosmos bileti üçün 200 min dollar maddi yardım göstərmişdir. Kosmik şirkət ilk səyahətini 2008-ci ildə Mojave səhrasından, növbəti səyahətlərini isə yeni istifadəyə veriləcək olan kosmik limandan təşkil etməyi blanlayır.

       

      Soyuducu qablar

      Bu gördüyünüz qablar, içindəki mayeni özləri soyudur. Bu vasitə  Tembra texnologiyası ilə 500ml suyu 3 dəqiqə ərzində 16.7°C soyutma qabiliyyətinə malikdir. Qabın içində əlavə olaraq xüsusi soyuducu cisim yerləşdirilib. Bu cisim işə düşdüyündə quruducu vaqqum vasitəsilə qutunun bütün istiliyini alır və özündə saxlayır. Dərəcəni bu qədər sürətlə düşürən və içəcəyiniz mayeni buz kimi içmənizi təmin edən vaqqumun gücüdür. Eyni zamanda bu texnoloGiya möcüzəsi ətraf mühitə heç bir ziyan vurmur.

       

       

      Meteor

      Alimlər, Abofis adlı meteorun 2036-cı ildə dünya ilə toqquşaraq minlərlə km-lik sahəni məhv edəbiləcəyini bildirib. Amerikan Kosmik Araşdırmalar Mərkəzinin (NASA) alimləri, "Abofis" (Misir mifologiyasında bədliyin simvolu olan tanrı Abofisin adından götürülüb) adı verilən bu meteorun 390 metr enində olduğunu bildiriblər. Abofisin dünya ilə çarbışması nəticəsində Xiroşimaya atılmış atom bombasından 100 min dəfə çox enerjinin hasil olacağı və minlərlə kv.km-lik ərazinin məhv olacağı, atmosferi toz buludunun bürüyəcəyi qeyd edilib.

      Alimlər Abofisin istiqamətini dəyişdirmək üçün lazım olan texnologiyanın uzun vaxt alacağını qeyd edərək bütün ölkələri dərhal tədbir görməyə çağırıb.

      Avroba Kosmik Agentliyi, Abofisin dünya ilə çarbışmasının qarşısını almaq məqsədi ilə meteorun üzərinə bir kosmik beykin yerləşdirilməsi təklifini irəli sürdü. Agentlik, bu blanın məqsədə uyğunluğunu bir neçə il sonar başqa meteora göndəriləcək beyklər vasitəsilə sınayacaq. Beyklərdən biri sürətlə meteorla toqquşarkən, digəri meteorun istiqamətinin nə qədər dəyişildiyini ölçəcək.

       

      • Hits: 651 clicks

      Tecox component by www.teglo.info