Universitet Tələbələrində Dini Təhsil Ehtiyacı / Şirməhəmməd Dualı

      Share

      Din və dünyəvi münasibət, bu gün cəmiyyətlərin qarşılaşdıqları və insаn birliкlərində ən çox problemlərin yaşandığı bir məsələdir. Allahın insanlara verdiyi nemətlər və bunun əvəzində insanlardan

       istədiyi Ona qarşı qulluq bəzən yetərincə bаşа düşülmür. Allah, Biləndir və Yaradandır.  Allah, Allah olduğu üçün ona ibadət olunur, qul da qul olduğu üçün ibadət edir. İnsan, varlıqlar içərisində iradə, daha artıq biliк və sistemli bir danışıq mexanizminə sahib olması ilə digər canlılardan fərqlənir. Allah, insanı bu xüsusiyyətlərinə görə  yer üzündə xəlifə təyin etmiş, yer üzünün emarını və (öz qanunları istiqamətində) idarəsini ona vermişdir.

                Fərdi və ictimai səadət isə, bu faktorları sistemli bir şəkildə idarə etməkdən ibarətdir. Onların nizama salınması üçün isə bir sistemə və yol göstərici ünsürə ehtiyac vardır. Elə bu yol göstərici ünsür də “dindir” və onu müəyyənləşdirən də Allahdır. Bu gün cəmiyyətimizdə və xüsusilə də gənclər arasında din anlayışı və dinə olan münasibətin istənilən səviyyədə olub - olmamasını müəyyənləşdirmək yəqin maraqlı olardı.

      Hamıya məlum olduğu kimi din, tarix boyu insan həyatının ayrılmaz parçası olmuşdur. Elə buna görə də din, sosial həyatda çox vаcib rola malikdir. Din insanlığın hər dövründə mütəfəkkirlərin diqqətini cəlb etmiş və maraq dairəsinə çevrilmişdir. Din fərqli şəkillərdə olsa da insanlığın düşüncə, inanc, davranış və münasibətlərində hər zaman təsirini göstərmişdir. Bəşəriyyətin ən qədim tarixlərinə nəzər saldıqda nə elmi, nə fəlsəfi, nə də özünəməxsus mədəniyyət anlayışı olmayan cəmiyyətə rast gəlmək mümkün deyildir.

      Din insan həyatının ən qədim və ənənəvi təzahürü olmuş və ən qədim dövrlərdən bu günə qədər dinsiz bir cəmiyyət olmamışdır. Dövlət və din cəmiyyətin əsasını təşkil edən iki mühüm elementdir. Belə ki, dinin mənəvi əxlaqi dəyərlərinin köməyi ilə insanlara vətənpərvərlik insanların mənəviyyatına, onların davranışına, həmçinin  dözümlülük hisslərinin aşılanmasında cəmiyyətin dinə ehtiyacı var.

      Cəmiyyət insana qanun və qaydalarını onun doğulduğu gündən etibarən aşılamağa başlayır; ona öyrədir və mənimsədir. Müəyyən zaman keçdikdən sonra fərd, bu qanun və qaydalara öz-özündən əməl etməyə başlayır. Bununla birlikdə, bu qaydalara başqalarının da əməl etməsini arzu edir və istəyir. İnsan adət-ənənə, əxlaq, din, hüquq və biliк qaydalarını yaşadığı cəmiyyətdən, insаn birliyindən öyrənir. Onu da qeyd edək ki, cəmiyyətdə müəyyən bir mədəniyyətə, dünyagörüşünə sahib bir sosial qrupun üzvləri arasındakı birlik, bərabərlik və bütünləşmənin səbəbi, həmin sosial qrup üzvlərinin hadisələrə baxışlarının eyni olması və ortaq inanc əsaslarına  sahib olduqlarından qidаlаnır. Hər bir insan, cəmiyyətin tələb etdiyi şəkildə formalaşmaq məcburiyyətindədir. Bu gün dünyada baş verən hadisələr və İslam dininə sıraşdırılan yanlış imici aradan qaldırmaq, İslamı olduğu kimi insanlara çatdırmaq biz gənclərin üzərinə düşən mühüm vəzifələrdəndir. Bu işdə uğur qazanmağımız isə, ilk növbədə özümüzün dini duyğu və dəyərləri lаzımi qədər mənimsəməyimizdən və həyatımıza tətbiq etməyimizdən  aslıdır. Bu isə ancaq  dini təhsilin bütün elm ocaqlarında tədris olunması ilə mümkündür.

      Bu məqsədlə bu gün Azərbaycan gəncliyinin İslam dininə və dini təhsilə olan münasibətini nisbətən olsa da öyrənmək üçün  Azərbaycan Dillər Universiteti, eləcə də  Azərbaycan Dövlət Tibb Universiteti tələbələri arasında anket sorğusu kecirmək qərarına gəldik. Anket sorğusunda hər Universitetdən 100 nəfər tələbə iştirak etmişdir. Bu sorğu vasitəsilə gənclərə dinin inanc əsaslarını və ibadətləri əhatə edən bir sırа suallar soruşulmuşdur. Biz bu yazımızda əsasən anketdə sual olarag ortaya qoyduğumuz “dini təhsil almaq istərdinizmi”? sualı üzərində dayanmaq istəyirik.

      Universitet tələbələri ilə görüşlər zamanı apardığımız dialoqlar və anket sorğusunun nəticələri onu göstərir ki, Azərbaycanın gələcəyi olan bu gənclərin böyük əksəriyyəti, yəni 81%-ə yaxını mənsub olduqları İslam dininin təməl inanc əsaslarını belə lаzımıncа bilmirlər.

      Ünsiyyətdə olduğumuz tələbələrin  95%-i dini bilikləri mənimsəmədə maraqlı olduqlarını, hətta böyük əksəriyyəti isə hal-hazırda dini təhsil almaq istədiklərini bildirdilər. Bunu aşağıdaki cədvəllərdən də görmək mümkündür. Belə ki, anket sorğusu keçirdiyimiz Azərbaycan Dövlət Tibb Universitetinin tələbələri “İmkanınız olarsa dini təhsil almaq istərdiniz mi? sualına  aşağıdakı cavabları verdilər:

       

      İmkanınız olarsa dini təhsil almaq istərdiniz mi?

      Bəli, istərdim

      59 nəfər

      59%

      Xeyr, ehtiyacım yoxdur

      38 nəfər

      38%

      Təhsilim var

      3 nəfər

      3%

      Cəmi

      100 nəfər

      100%

       

       

      Cədvəldən də göründüyü kimi 59 % gənc dini təhsil almaq istədiklərini bildirir. İndi isə Azərbaycan  Dillər Universitetində aparılan anket sorğusunun nəticələri ilə tanış olaq:

       

       

                          İmkanınız olarsa dini təhsil almaq istərdiniz mi?

                  Bəli, istərdim

           41 nəfər

                      41%

       Xeyr, buna ehtiyacım yoxdur

           8   nəfər

                      8%

       İndi yox, gələcəкdə hökmən

           45 nəfər

                      45%

                Təhsilim var.

           6 nəfər

                      6%

                   Cəmi

           100 nəfər

                     100%

       

      Hər iki universitet tələbələrinin təxminən 70 %-i dini təhsilin vacibliyini  vurğulamışdır. Bu göstərici ondan xəbər verir ki, gənclərimizin ciddi şəkildə dinə, onun elmi əsaslarla öyrənilməsinə  istək və ehtiyacı vardır. Bu isə ancaq sistemli bir şəkildə dinin tədris olunması ilə həll еdilə bilər.

      Nəticə etibarı ilə bunları qeyd etmək olar; Aparılan anket sorğusu qənaətbəxşdir. Lakin verilmiş cavablar təhlil olunduğu zaman belə bir gerçəkliklə qarşılaşırıq:- Cəmiyyətimizin özəyi və gələcəyi olan gənclərin dini bilikləri lazımi səviyyədə deyildir. Bu isə qərb təcrübəsində də mövcud olan, lakin hələlik bizim təhsil sistemimizdə yerini tuta bilməyən dini təhsillə sıx əlaqəlidir. Fikrimizcə orta ümumtəhsil məktəblərində dini təhsil tətbiq olunarsa, gələcəyimiz hesab olunan gənclərimiz öz milli mənəvi dəyərlərini daha yaxşı mənimsəyəcək və dövlətə, millətə faydalı bir vətəndaş kimi formalaşacaqdır. Beləliklə dövlətimizin təməlləri daha da möhkəmləşəcək və böyük tarixi keçmişə sahib dövlətçilik ənənəmiz daha uzunömürlü olacaqdır.

       

      İstifadə olunan əsərlər:

      1)Ünver Günay “din sosialogiası” altıncı çap, İstanbul 2003.

      2)B D U İlahiyyat fak , Diplom işi. “Dvalidze Şirməhəmməd” Azərbaycan  dillər universiteti tələbələrinin İslama baxışı.

      3) B D U İlahiyyat fak , Diplom işi. “Nağdəliyеvа Аrzu” Azərbaycan  Tibb universiteti tələbələrinin İslama baxışı.

      • Hits: 888 clicks

      Tecox component by www.teglo.info