Kamran Məmmədov / MƏSNƏVİDƏN

      Share

      İnsanın kamilləşməsinə əngəl olanlar

      Mənəvi cəhətdən yol kəsən dörd quş bütün insanların könlünü yurd  etmişdir.

      Bu quşlar: Qaz, tovuz, quzğun və xoruzdur. Bu quşların insanın içində olan dörd bənzəri insandakı dörd xasiyyətdir.

      Qaz: insandakı ehtirasdır...

      Xoruz: insandakı şəhvətdir...

      Tovuz: insandakı mövqe (vəzifə) ehtirasıdır...

      Quzğun isə: insandakı arzu-istəkdir...

      Quzğunun istəyi; əbədi olmaq, yaxud da uzun bir ömürə qovuşmaqdır, insan durmadan bunu ümid edər...

      Ehtiras qazı nə tapsa yeyər, sanki Allahın (c.c) “yeyin” hökmündən başqa hökmünü eşitməmişdir. Yaxşı-pis nə tapsa toplayar, dağarcığını doldurar.

       

       

      İBRƏTLƏR

      Gözəl dəvətin gözəl nəticəsi

       

      Qüreyşlilər çox ehtiram göstərdikləri Husaynın yanına gedərək:

      - Bu adamla bizim adımızdan danış. O tanrılarımıza dil uzadır, onlara nalayiq sözlər deyir.  -dedilər və onunla birlikdə Allah Rəsulunun qapısına qədər gəldilər. Müşriklər qapıya yaxın bir yerə oturaraq  gözləməyə başladılar. Husayn isə içəri girdi. Rəsulullah -səllallahu əleyhi və səlləm-:

      - Qocaya yer verin! -buyurdu. Husaynın müsəlman olan oğlu İmran və dostları olduqca qələbəlik bir camaat halında Allah Rəsulunun yanında idilər. Husayn Həzrət Peyğəmbərə:

      - Sənin haqqında bu eşitdiklərimiz nədir? Tanrılarımızı rədd edir, onları təhqir edirsənmiş. Halbuki Sənin atan ağıllı və xeyirxah bir insan idi. -dedi.

         Allah Rəsulu -səllallahu əleyhi və səlləm- belə cavab verdi:

         - Ey Husayn, neçə tanrıya sitayiş edirsən?

         - Yeddisi yerdə, biri göydə olmaqla səkkiz tanrıya.

         - Sənə bir zərər dəyəndə hansına yalvarırsan?

         - Göydəkinə.

         - Malın tələf olanda kimə yalvarırsan?

         - Göydəkinə.

         - Sənin istəklərinə cavab verən yalnız bir ilah olduğu halda nə üçün başqalarını Ona şərik qoşursan? Şükür edərək onları razı salacağını zənn edirsən, yoxsa səni həlak etmələrindən qorxursan?

         - Hər iki səbəbdən də deyil.

         Husayn o günə qədər heç vaxt Peyğəmbər -səllallahu əleyhi və səlləm- kimi bir şəxs ilə danışmadığını rəvayət etmişdir.

         Peyğəmbər -səllallahu əleyhi və səlləm-:

         - Ey Husayn! Müsəlman ol, əmin-amanlığa nail olarsan. -buyurdu.

         Husayn:

         - Qövmümə və yaxınlarıma nə deyim?  -deyə soruşduqda, Peyğəmbər -səllallahu əleyhi və səlləm-:

         - Allahım! İşimi kamilliyə çatdırmağım üçün Səndən hidayət istəyirəm. Mənə faydalı olan elmimi artır, de! -buyurdu.

         Husayn bu duanı etdi və qısa bir müddətdən sonra müsəlman oldu. Ayağa qalxanda oğlu İmran sevincindən atasının başını, əllərini və ayaqlarını öpürdü.

         Peyğəmbər -səllallahu əleyhi və səlləm- bu hadisədən kövrələrək ağladı və:

         - İmranın etdiyinə ağladım. Atası Husayn kafir olaraq içəri girdikdə İmran ayağa qalxmadı, hətta onun üzünə belə baxmadı. Amma İslamı qəbul etdikdən sonra haqqını ödədi. Məhz bu nəzakətə görə kövrəldim. -buyurdu.

         Husayn ayrılıb getmək istəyərkən Allah Rəsulu əshabına:

         - Qalxın, onu evinə qədər yola salın!  -buyurdu.

         Onun yanındakı camaatla (qələbəliklə) çıxdığını görən Qüreyş müşrikləri:

         - Husayn da dinini tərk etdi. -deyərək onunla görüşmədən dağılıb getdilər.

       

      Ağız Allahı zikr etmək üçündür

       

      İbrahim bin Ədhəm həzrətləri, bir sərxoşun üfunət qoxulu və çirkli ağzını yumuş və bunu nə üçün etdiyini soruşanlara da:

         - Əgər Şanı Uca Allahın adını zikr etmək üçün yaradılan dil və ağızı çirkli halda buraxsaydım, hörmətsizlik olardı... -demişdir.

         Həmin adam ayıldığı zaman ona:

         - Xorasan zahidi İbrahim bin Ədhəm sənin ağzını yudu... -dedilər.

         Bu hadisədən xəcalət çəkən sərxoşun könlü oyandı və:

         - Elə isə mən də tövbə etdim... -dedi.

         Belə bir hadisəyə vəsilə olan İbrahim bin Ədhəm həzrətlərinə Haqqın dərgahından belə nida edildi:

         - Sən bizim üçün onun ağzını yudun! Biz də sənin üçün onun qəlbini təmizlədik!

       

      Haqqa dəvətin önəmi

      Zeynəb binti Cahş -radiyallahu anhə- belə rəvayət edir:

         Rəsulullah -səllallahu əleyhi və səlləm- bir gün qorxudan titrəyərək yanıma gəldi və:

         - Allahdan başqa ilah yoxdur. Yaxınlaşan şərdən ötrü vay ərəbin halına! Bu gün Yəcuc və Məcuc səddindən bu qədər yer açıldı. -buyuraraq baş barmağı ilə şəhadət barmağını birləşdirib halqa halına gətirdi. Sonra mən:

         - Ey Allahın Rəsulu! Aramızdakı yaxşılar da olduğu halda həlak olacağıqmı? -deyə soruşduqda, Rəsulullah -səllallahu əleyhi və səlləm-:

         - Pislik və günahların çoxaldığı zaman bəli. -buyurdu. (Buxari, Fitən, 4, 28, Ənbiya, 7, Mənaqib, 25; Müslim, Fitən, 1. Bax. Əbu Davud, Fitən, 1; Tirmizi, Fitən, 23; İbn Macə, Fitən, 9)

      • Hits: 651 clicks

      Tecox component by www.teglo.info