155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Arif HƏŞİMZADƏ / Peyğəmbər Təbəssümü

      Share

      İslam gündəlik həyatla uzlaşan dindir. Xəyal dünyasında qanad çırpıb uçmaz. O, insanla həqiqi, real həyatda birgə addımlayar…

      İnsanlara mələk gözüylə deyil, yeyib-içən və bazarlarda alış-veriş edən insan övladı kimi baxar. Buna görə də İslam insanların bütün sözlərinin zikr olmasını və boş vaxtlarının hamısını məsciddə keçirmələrini fərz qılmaz, onları Allahın xəlq etdiyi fitrətdən ayırmaz. Allah insanı deyib-gülən, təbəssüm edən və sevincini paylayaşan bir xarakterdə xəlq etmişdir. Məhz bu baxımdan Hz. Peyğəmbərin (s.ə.s) həyatı ideal insanlıq üçün parlaq bir nümunədir. 

      Hz. Peyğəmbər (s.ə.s) yalnız olduğu zamanlarda namazını uzun qılar və ağlayardı. Hətta qiyamda durmaqdan ayaqları şişərdi. Heç kəsi Allah haqqının önünə keçirməzdi. Allahın hüququ onun həyatında birinci dərəcəli idi. Ancaq insanlarla bərabər olduğu zaman onlar kimi bir insan idi. Onlarla birgə sevinər, dərdlərinə ortaq olar, haqq olmaq şərtilə zarafat edib təbəssüm edərdi. Bu səbəblə də Hz. Peyğəmbərin (s.ə.s) həyatının bəzi anlarında içində yalan olamayan zarafatlar edib təbəssüm buyurması təəccüblü qarşılanmamalıdır.

      Hz. Peyğəmbər (s.ə.s) həyatında heç zaman, ən ağır anlarda belə qaba, qəliz və sərt ürəkli olmamışdır.[1]

      Hz. Peyğəmbərin -səllallahu əleyhi və səlləm- zarafatları həqiqətdən ibarət olardı.

      Burada İslam alimlərinin zarafat etmək haqqında olan fikirlərini qeyd etmək yerində olar:

       İmam Qəzali bu haqda belə demişdir: Sən sual verə bilərsən ki, Hz. Peyğəmbər (s.ə.s) və əshabələrinin zarafat etməsi haqqında rəvayətlər vardır. Elə isə nə üçün bu qadağan edilir? Cavbım belədir: Əgər sən də Hz. Peyğəmbər (s.ə.s) və yoldaşları kimi özünə hakim olmağı bacarırsansa, yəni zarafatının ancaq həqiqətdən ibarət olacağına, bir qəlbi incitməməyə, ifrata qaçmamağa diqqət edəcəksənsə və zarafatı nadir hallarda edəcəksənsə, sənin üçün də zarafat etməkdə bir problem (günah) yoxdur. Ancaq inasanın davamlı olaraq zarafat etməsi, bunda ifrata qaçmağı peşə halına gətirməsi və sonra da bu hərəkətini Hz. Peyğəmbərin (s.ə.s) əməli ilə dəlilləndirməsi böyük bir xətadır…

      İmam İbn Həcər Heysəmi demişdir: “Zarafatlaşmaq şəri çərçivədə olduğu təqdirdə kamilliyə zidd deyildir, əksinə, onun əsəri və tamamlayıcısıdır. Belə ki, edilən zarafat doğru və haqq olmaq şərtilə zəif qəlblərə ülfət və əlac olacaq, onlara fərəh və dostluq qatacaqdır. Hz. Peyğəmərin (s.ə.s) zarafatları da məhz belə idi. Bəzi səhbələri ilə daha da yaxın olmaq üçün aralarında zarafatlaşmalar müşahidə olunardı... ”

      ***

      Əbu Hüreyrədən (r.a):

      Bir dəfə səhabələr Hz. Peyğəmbərə (s.ə.s) dedilər: “Ey Allahın Peyğəmbəri, sən də bizimlə zarafat edirsən?!” Buyurdu ki: “Mən zarafat edəndə də yalnız haqqı söyləyirəm.”[2] Burada Hz. Peyğəmbərin zarafatlarından birini sizinlə paylaşırıq.

      ***

                  Ənəs ibn Malikdən (r.a):

      Səhrada yaşayan və Hz. Peyğəmbərə (s.ə.s) tez-tez hədiyyə göndərən Zahir ibn Həram adlı bir şəxs vardı. Sima olaraq bir o qədər də xoşagəlimli deyildi. Hz. Peyğəmbərin (s.ə.s) isə ona məhəbbəti vardı. Bir gün Zahir bazarda mal satarkən Hz. Peyğəmbər (s.ə.s) ona arxadan yaxınlaşıb gözlərini (əlləri ilə) bağladı. Zahir dedi: Ey, kimsən? Burax məni! Arxaya çevrildiyində bunu edənin Hz. Peyğəmbər (s.ə.s) olduğunu gördü. Tanıyan kimi də, belini Hz. Peyğəmbərin (s.ə.s) sinəsindən ayırmadı. Hz. Peyğəmbər (s.ə.s) belə deyirdi: “Bu köləni kim satın alar? Zahir isə: Ey Allahın Rəsulu, mən yaxşı qiymətə satılmayan bir malam, deyirdi. Hz. Peyğəbər (s.ə.s) isə ona belə deyirdi: “Xeyr, sən Allah qatında çox qiymətlisən.”[3]


      [1] Ali-İmran, 159

      [2] Tirmizi, Birr vəs-Sıla, 1990; Əhməd ibn Hənbəl, Müsnəd, 8462.

      [3] Əhməd ibn Hənbəl, Müsnəd, 12669; Əbu Yəla,  Müsnəd, 3456; Əbdurrəzzaq, Müsənnəf, 19688.

       

      • Hits: 806 clicks

      Tecox component by www.teglo.info