İstanbul / Salih Zeki MERİÇ

      Share

      Ruhumu qamçılayan ülvi nəfəslər

      Minarələrdən yüksələn səslər

      Eyüp, Fatih,Üsküdar  məni gözləyər

      Nəğməsi düşdü dilimə İstanbulun

      Yağmuru düşdü gülümə İstanbulun...

           Bu yazı nə ilk olacaq nə də soncu İstanbul vəsf edən... Bu cümlələr –hər  nə qədər qüsursuz bir gözəlliyin qarşısında aciz qalsa da- İstanbulun əngin ruhunun ona verdiyi tərifsiz duyğuların bir təzahürüdür yazan üçün.

                  Son dövrün, İstanbulu ən gözəl vəsf edən  müstəsna ədibi və şairi Yahya Kemala soruşurlar :

      -Ustad Ankaranın ən çox nəyini sevirsinız?

      Usatad da ustalıqla verib cavabı:

      -İstanbula qaydışını...

                  Bəlkə də içində olduğumuz zaman və şərtlər bizə İstanbula qayıtmağa imkan vermir. Ancaq İstanbulda qaldığımız qısa zaman kəsiyində damarlarımıza qədər, ciyərlərimizin ən ucqar nöqtəsinə dək, İstanbulu tələffüz eləmək, onunla qidalanmaq istəyirik. İstanbulun həqiqətən həsrətin çəkirik. Bəzən bir rəsmdə, bəzən bir nitqdə İstanbul tərənnüm olunsa: damarlarımızda axan həsrət selləri sakitləşər... donar... “Ah İstanbul”-deyə fəryadu-fəğan edərik.          

                  Gebzedəki fabriklərin bacalarından çıxan karbondioksidi tələffüz edərək uzun və yorucu bir səfərdən sonra, Haremdə avtobusdan enirəm. Harem -Üsküdar arasındakı bir xeyli məsafəyə baxmayaraq sərnişin nəqliyyatindan istifadə etmədən, sahildən piyada getməyi üstün tuturam. Bir azcıq olsa da İstanbulun gözəlliyindən nəsibimi almaq üçün.

                  İstidə ara-sıra dənizdən gələn sərin hava axıntısının fərahlığı ilə, sağ tərəfimə Üsküdarın dənizə boylanan gözəl evlərini, sol tərəfimə isə  qarşıda  Sultanahmet məscidinin, Sarayburnunun və Topkapı Sarayının ehtişamlı duruşunu alaraq səkilərin daşlarını sayarcasına addımlayıram.

      İlk dəfədir ki, İstanbulu belə mehriban bir sevgi ilə qucaqlayıram.

                  İstanbul boğazının sərin sularında dənizlə qolboyun olaraq ahəstə-ahəstə gedən sərnişin gəmisi, keçmişin bütün qəminin fəryadı kimi fit verir. Bu gəmilər elə bil bərzəxin sularını deyil, mənim könlümü yara-yara irəlləyirlər. Röyalar aləmindəyəm sanki, ən gözəl və ən dərin röyalar aləmində... Qağayılar gəmidən parça-parça simit atan balaca qızcığazın əlində ruzilərini tapırlar elə bil.

      “Ey uca Rəbbim! Qüdrətini nümayiş etdirmək sənin üçün nə qədər də asandir..!”

                  Qürub çağı qarşıda Sultanahmet, Ayasofya  və yeni məscid günəşi yola salarkən, axşamın qızılı örtüyünü örtür üstünə, sevənlərini də alıb qoynuna...

      Kim demiş istanbulun göydələnləri var.

      Kim demiş istanbulun qüllələri var.

      Kim demiş istanbulun yeddi təpəsi var.

      İstanbulun məscidləri var...

      İstanbulun minarələri var...

      İstanbu’un qbbələri var...

      İstanbulun möminləri var...

      Və İstanbulu İstanbul eləyən   görmədiyimiz bilmədiyimiz mənəvi Sultanlar, Ərlər var.

                  Avqustun qızmar istisində addımları ilə asfaltı yoğurakən, dalğaların enib qalxışı ürəyimdə də enib qalxmalara səbəb olur. 

      Ah gözəl İstanbul!

      Demək ki, nahaq yerə adına o qədər nəğmə bəslənməyib...

      Demək ki, nahaq yerə baxmayıb şair sən təvazökarlıqla  təpədən...

      Və görmədiyi gəzmədiyi yerlərinin qalmaması nahaq yerə deyilmiş demək ki!..

      Üsküdara yaxınlaşdıqca bir həyəcan sarır vücudumu. Bir yanda insanların yaşadığı keşməkeş, bir yanda  Atikali məscidinin minarəsindən  yüksələn davudi əzan səsi və diğər  bir yanda da İstanbula şəfqət nəzəriylə baxan Əziz Mahmud Hüdayinin məzar-ı şərifi. Hansından içim görəsən feyz sularını!.. Hansında isladım qurumuş dodaqlarımı!..

                  Mihrimah Sultan məscidindən yüksələn əzan səsi bir maqinit kimi çəkir məni özünə. Bilal Habeşi qısqanardı mı eşitsəydi bu səmanın ən gözəl cəvahiratını? 

                  Gözlərimdən, əllərimdən tənə tənə günahlarımın töküldüyünü hiss edərək dəstnamaz alır və misq-əmbər qoxulu məscidə girirəm. Və təkrar hər şeydən çox  ‘’Müsəlman  kimi doğulduğuma’’ şükr edirəm. ‘’Allahım! Sənə minlərlə  şükrlər olsun ki, məni müsəlman olaraq xəlq etmisən”-deyə dualar edirəm sonsuz ümidləri ürəyimdə bəsləyərək.

       

                  Bu İstanbulu insan gəzmyə belə qıymır. Eminönünə keçmək üçün bir sərnişin gəmisinə minirəm. İstanbulun ən  gözəl yeri qarşımda. Ecazkar bir mənzərə! Dalğaların səsinin müşaətində, sərin bir havada İstanbulun gözəlliyi qarşısında sizcə neyləmək mümkündür? Bir stəkan çayı udumlayaraq təfəkkür. Çayımı udumlayarkən Eminönünə nə .... çatdığımın fərqində belə olmadım.

                  Abu həyatı içmək təsiri bağışlayır mənə İstanbulda yaşamaq. Şah-ı Rəsulun mçjdəsi təcəlla edərkən Eyüpdə. Eyubu, Eyüp edən də o müjdəyə vasil olabilmə həvəsi və Sultanlar Sultanının muştuluğuna nail olma əzmi deyil mi? İstanbulun müxtəlif  yerlərində uyuyan onlarla səhabə və yüzlərlə övliyanın ruhudur İstanbulu bizə sevdirən. Mən  İstanbulun sirklərinə görə deyil, böyük Roma arenalarını xatırladan olimpiyada sahələri ilə deyil, insanövladının qəlbində bir Hubel kimi, Lat kimi bütləşən  göydələnləri ilə deyil, mən  İstanbulun Fatihiylə, Eyüp Sultanıyla, Topkapı Sarayıyla, Sultanahmeti ilə, Yuşa təpəsi ilə, Hüdayisi ilə və bu müqəddəs torpaqda məftun digər mənəvi  dərinliyə  sahib  dəyərləri ilə həsrətin çəkmək istəyirəm.

                  Mən İstanbulu kimsəsizlərə qol-qanad açmış vəqfləri ilə, qürurun və şəxsiyyətin inciməməsi üçün düşünülən sədəqə daşları ilə xatırlamaq istəyirəm.

                  İstanbulun vüslətini yaşamaq deyil  məqsədim. İstanbul ilə  fərağı yaşayıb həmişə həsrətinin həzzini duymaq istəyirəm.

       

      salihzekimeric@yahoo.com

      • Hits: 968 clicks

      Tecox component by www.teglo.info