Kosmik Rəqs / Adem Şahin

      Share

      Gənc Qəzzali mədrəsənin bağçasında qarşıdakı dağı seyr edirdi. Ağlına birdən  “sən dağları hərəkətsiz görərsən, amma onlar buludların əksi kimi  axar” ayəsi gəlir və bunun mənasını dərin təfəkkürə dalır.

                  Peyğəmbərin (ə.s) ilk ibadətinin təfəkkür olması və namaza, oruca başlamadan əvvəl Hira mağarasında təfəkkürə dalmasına bənzər bir hal, gələcəkdə peyğəmbər varisi olacaq bu cavanda başlayır. Təfəkkürdə fətrətə düşür. Ancaq bir başqa ayənin ifadə etdiyi məna ilə fikrləri nurlanır. “Allah, onun yolunda səy göstərərkən bir binanın daşları kimi bir-birinə dəstək olanları sevər”. –Rəbbimiz burada möminləri bir binanın daşlarına bənzədərkən, niyə bəs xamlıqdan (cahillik və qəflətdən) qurtulmuş irfan sahibi insanlar dağlar kimi olmasın? Xamlıqdan qurtulmuş arif və kamil insanlar otursalar da, yatsalar da ruhları buludlar kimi hərəkətdə olmurmu məgər?- özlüyündə dedi.

      - Dünyanın bir yerində bir möminin ayağına batan tikanın ağrısını dünyanın başqa yerində olan möminin hiss etməsi cismən yoxsa ruhən olmalıdır?- deyə özlüyündə sual etdi.

      Gənc Qəzzali bu təfəkkür məhsulu düşüncələrini, fəxri kainat Hz. Peyğəmbərin (ə.s) həyatı ilə də doğrulamaq istədi. Ağlına, mübarək əshabı ilə söhbət edərkən uzaq məsafədən salam göndərən Hübeybin salamını almaslı rəvayəti ilə xütbədəykən yüzlərlə kilometr məsafədəki müsəlman ordusunu görən və “Ey Sariyə dağa çəkil,dağa” deyə səslənən Hz.Ömər gəldi.

      Gənc Qəzzali öz-özlüyündə dedi:-Kainatda böyük bir hərəkətlilik var və bu da çox möhtəşəm olmalıdır, elə deyilmi!? Rəbbimiz məgər buyurmur ki: “biz onlara kiçik və möhtəşəm bütün dəlillərimizi göstərəcəyik”. Sonra da  özü-özünə bu sualı soruşdu:-“Ruhundan xəbəri olan kimlər var? Bu dövrdə yaşayanlardan neçəsinin ruhu hərəkətdədir?”

      Bu suala cavab axtararkən əldə etdiyi sayının bir əlinin barmaqları ilə sayıla biləcəyi ona təsir etməyə başladı. Sonra özünü təskinləşdirdi;- “Mənim tanımadıqlarım da vardır. Rəbbimiz hədis-i qüdsidə buyurmurmu ki, “mənim dostlarım qübbələrimin altındadır, məndən qeyrisi onu bilməz.” Bu qüdsi kəlam gənc Qəzzalini sakitləşdirərkən mədrəsədəki müəllimi İbnul-Vəfa gəldi ağlına...Deyilənlərə görə müəllimi gecələri az yatarmış, hətta bəzi gecələr otağına çəkilər, amma sabah tezdən yatağı əvvəlki qaydada otaqdan çıxarmış. Qaranlıq gecədə səccadə üzərində oturan ağsaqqallı müəllimini düşündü;-Həqiqətən də dağlar kimi heybətli-dedi. Müəlliminin gecənin qaranlığını qartal baxışları ilə darmadağın etdiyini düşünərkən nəfəs almadığını hiss etdi. Dilindən bu sözlər töküldü:- Dağlar nə qədər bizə yaxın görünsə də, bizdən çox uzaqdırlar. Dağlar, yaxınlaşdıqca uzaqlaşan müəzzəm varlıqlar...

      Mədrəsədə kəlam müəllimi hərəkət dəlilindən bəhs edərkən dedi ki,- Kainatda böyük bir hərəkət var. Bu hərəkəti başladan biri olmalıdı! Hərəkətin özlüyündən olması mümkün deyil...

      İndi isə kürsüdə mədrəsənin həkimi var, izah edir... Amma bir cümlə dedi ki, gənc Qəzzalinin diqqətini cəlb etdi;-Bir uşaq öncə öz ətrafında dönməyi, nədənsə yapışaraq doğrulmağı, iməkləməyi, ayağa qalxmağı və nəhayət yeriməyi öyrənir. Gənc Qəzzali:-deməli ki, insanın ilk iradəli hərəkəti öz ətrafında dönməkdir-dedi özü-özünə...

      Təfsir müəllimi günəşin güllərə həyat verib onları açdırdığı bir gündə bunları dedi:- “Allah hər gün başqa bir işdədir”. Hər şey hərəkətdədir. “Hər varlıq yaradanına şükr edər, onu zikr edər”, leylək lak lak eləmir, əslində o lək lək (Sənin,Sənin) deyir, Allahı zikr edir.Yerdə və göydə bir hərəkət var, mərifət sahibi olanlara yer və göy ağlıyar.

      Siyər dərsinin müəlliminin Kus bin Saidədən sitat gətirdiyi:... “Yaşayan ölər, uşaqlar valideynlərinə yetişər, mövsümlər ötüşər... Ölüm irmağının girişi çox, çıxışı yox” cümlələri mədrəsənin palçıqdan divarlarında və gənc Qəzzalinin qulaqlarında əks-səda verdi.

                  Mədrəsəyə qonaq gələn fizika alimidə bu sözləri dedi:-Hər varlıq hərəkət edir, atomun proton,neytiron və elektronları soldan sağa dönür. Dünya da soldan sağa fırlanır, kainat soldan sağa axır..

                  Fiqh müəllimi də həcc mövzusunu izah edərkən “təvaf fırlanmaqdır, təvafı soldan sağa edirik-dedi.

      Təsəvvüf müəllimi də peyğəmbər varisi olacaq gənc Qəzzalinin ruh və ağıl aləmini nurlandırmaq məqsədi ilə o günki dərsində bu sözləri dedi:-... Hərəkət ölümdən sonra da davam edir. Qəbirdə münkər-nəkir mələkləri ruhən hərəkəti davam etdirdiyi kimi torpaq da öz növbəsində  cəsədi çürüdərək maddi hərəkəti təmin edir. Kainatdakı bu hərəkət hər varlığın istədiyi kimi yox soldan sağa baş verir. Ulu Rəbbimiz hərəkətin yəni kosmik rəqsin soldan sağa olamğını arzulamışdır. Əgər təvafı soldan sağa eləməsəydik, torpağa tapşırdığımız ölüləri sol tərəfə yatırsaydıq, salamlaşarkən, paltar geyinərkən, yemək yeyərkən, su içərkən sağ əlimizi istifadə etməsəydik kainatdakı varolmaya və milyardlarla varlığın hərəkət ritminə (kosmik rəqsinə) tərs hərəkət edərdik. İki günü bərabər keçirən zərərdə isə bu gün dünənə nisbətən daha çox zikr və ibadətlə keçməməlimi? Peyğəmbərimiz işsiz durana, bir şeylə məşğul olmayana salam verməmişdir, ancaq çöplə torpağı eşib düşünənə yəni zehni hərəkətdə olana salam vermişdir...

      Peyğəmbərlər Tarixi dərsi başlayır. Mövzu hərəkətdən düşür, müəllim sözə başalayır:-Kənddə yaşamış peyğəmbər yoxdur. Peyğəmbərlərin istisnasız hamısı şəhərdə yaşamışdır, çünki kütlə və hərəkət şəhərdədir. Təmbəl peyğəmbər də yoxdur; əlində sapanı ilə Adəm (ə.s), dərzilərin usdadı İdris (ə.s), əlində çəkic və mismarla Nuh (ə.s) və nəhayət Yəmən yollarinda ticarət karvanı ilə üfüqi hərəkət edərkən meracda şaquli hərəkətlə səmaya yüksələn yəni hərəkət edən Fəxri kainat Peyğəmbərimiz (ə.s)...

      Mədrəsəyə gələn ədəbiyyat müəllimnin də gənc Qəzzalinin yetişməsində bir töhfəsi olmali, bir atalar sözü ilə olsa da onun da hərəkətə aid fikri olmalıdır. Bir gün belə deyər:-hərəkət etmək lazımdır...”yayda başı bişməyənin qışda aşı bişməz”, baxın mənim rəngimə. Amma aşın əlası bizim kənddə, onun da əlası bizim evdə bişər.

      Gənc Qəzzalinin zehnində bir hərəkətlilik başlamışdır. Lakin nəfs və şeytan bu hərəkəti dayandırmaq üçün vəsvəsələr verir. “Bir az təmbəl ol, istirahət elə” kimi vəsvəsələrə qapılan Qəzzali kitablarını bir kənara qoyub yatmağa başlayır. Ona yaxşı bir ibrətamiz dərs vermək lazımdır. Bu ibrət dərsini də qarışqa verəcək...Bir qarışqanin dalaması ilə oyanır və baxir ki, üstündə və ətrafda yüzlərlə qarışqa müdhiş bir hərəkət içindədir.Tez qalxıb üstünü çırpdı. Qarışqa Qəzzaliyə bele səsləndi:-Bizdən də utanmırsan, sən peyğəmbər varisi olacaqsan. Bu gedişlə səndən ne höccəti-İslam, nə də zeynuddin olar! Qalx və hərəkətə (kosmik rəqsə) qoşul!..

      Gənc Qəzzali qarışqadan eşidmədiyi bu sözlərin başqa bir yolla qəlbinə axdığını hiss edirdi. Amma bu yolu nə olduğunu, haradan olduğunu və nə zaman açılıb, bağlandığını bilmirdi, hiss etməmişdi... Son yağiş damlasını göydən endirən mələk qarışqanın bu sözlərini eşidib mədrəsəyə tərəf gedən elm tələbəsi, peyğəmbər varisinin ayaqları altına qanadlarını sərdi...

      Gənc Qəzzali axşam dəftərinə bu cümlələri yazdı...

      1-     Zahiri hərəkət: Bunu heyvanlar da bacarır.

      2-     Batini hərəkət: Hz.İbrahimin “mən Rəbbimə gedirəm” cümləsinin mənası...(İhya Ulumiddin C.II, səfər ədəbi bölməsi)

       

      İllər sonra Yunus İmrə bu zahiri və batini səfərin (hərəkətin) səbəbini və çətinliklərini belə dilə gətirir:   

                              Mən yürürəm yanə,yanə

                              Eşq boyadı məni qanə

                              Gah əsərəm yellər kimi

                              Gah coşaram sellər kim

                              Mən yürürəm eldən-elə

                              Dost soraram dildən-dilə

                              Bu yol uzundur

                              Mənzili çoxdur

                              Keçidi yoxdur

                              Dərin sular var...Hay...

       

      • Hits: 724 clicks

      Tecox component by www.teglo.info