Akif Hüseyinli / Müdriklərdən öyüdlər

      Share

      Sizə Allahdan qorxmağı və bir neçə pis xüsusiyyətlərdən uzaq olmağı tövsiyə edirəm, həmin pis xüsusiyyətlər bunlardır:

       - Həsəd. Hansı ki,  həsəd edilən şəxsin sahib olduğu neymətin onun əlinən çıxmasını istəməkdir.

       - Təkəbbür. Hansı ki, özünü başqalarından üstün görmək deməkdir.

       - Yalançılıq. Hansı ki, hadisənin əksinə söz uydurmaq və fayadasız, boş-boş danışmaqdır.

       - Qeybət. Hansı ki, insanların pisliyini onların olmadığı yerlərdə danışmaqdır.

       - Hərislik. Hansı ki, dünyadan gözü doymamaqdır.

       - Qəzəb. Hansı ki, intiqam duyğusuyla qanın qaynamasıdır.

       -  Riya. Hansı ki, elədiyi yaxşılığın Allahdan qeyrisinin qiymətləndirməsindən xoşu gəlməkdir.

       -  Zülm. Hansı ki, nəfsin istəklərini hərfiyyən yerinə yetirməkdir.

      Bu pis xüsusiyyətlərdən qorunduqdan sonra qorxuümid arasında olmağını tövsiyə edirəm.                                                                                                  

         Əhməd Ər-Rüfai

      ***

      Qorxu bildiyi günahından ötrü qəlbin Allahdan qorxmasıdır. Ümid isə Allahın vədindən ümidvar olub rahatlamaqdır.

       

      ***

       

      Dinin yaxşı qəbul etdiyi hər şeyi yerinə yetirə bilməsəniz də əmr bil-maruf (yaxşılığı əmr) etməyə davam edin.

      ***

      Dini qadağaların hamısından qoruna bilməzsəniz də  nəhy anil-münkər (pisliklərdən uzaqlaşdırmaq) vəzifəsindən əl çəkməyin.

      ***

      Hədisi-şərifdə belə buyurulur: “Hər kim səkkiz qrup insanla bərabər olarsa səkkiz xüsusiyyəti artar:

       - İdarəçilərlə bərabər olanların təkəbbürü və qəlbi qatılığı,

       -Varlılarla bərabər olanların dünyaya və dünyalıqlara hərisliyi,

       -Kasıblarla bərabər olanların Allahın bölgüsünə razılıq və təslimiyyəti,

       -Uşaqlarla bərabər olanların oyun və vaxt keçirmək arzusu,

       -Qadınlarla bərabər olanların cəhalət və şəhvəti,

       -Salehlərlə bərabər olanların ibadətə rəğbət və arzusu,

       -Alimlərlə bərabər olanların elm və irfan arzusu,

       -Fasiqlərlə bərabər olanların günahı və tövbəni gecikdirmək arzuları.”

       

      ***

       Tövbə ilə Allahın xoşuna gələcək əməllərlə məğfirət qapısına yaxınlaşmağa çalış.

       

      ***

       

      Günahları tərk edərərək Allahın cəza qapısından uzaqlaşmağa çalış.

      ***

       Həqiqi möminin ümidi qorxusu qədər olmalıdır.

      ***

      Ayağımızla tapdalayıb keçdiyimiz torpaq keçmişlərin üzləri, yanaqları, dilləri dodaqlarıdır. “Ey bəsirət sahibləri ibrət alın”. (Həşr, 2)

      ***

       Görmürsünüzmü? Uşaq dünyaya gəldiyi vaxt dünyaya olan hərisliyindəndir ki, əlləri nəyi isə tuturmuş kimi bağlıdır. Dünyadan gedərkən də ovuclarının içi boş olduğu üçün açıqdır.

       

      • Hits: 687 clicks

      Tecox component by www.teglo.info