Hasan Enes ÜNLÜ / Müdir Səni Çağırır

      Share

      Bu yaxınlarda qəzetə bir xəbər hazırlamaq üçün xəbərlərə göz gəzdirərkən birdən müxatəb olduğum şöbə müdirinin adımı zikr etdiyini eşitdim. Yerimdən qalxdım və yanına getdim. İşlə əlaqədar bir neçə söz söylədikdən sonra gedə bilərsən dedi. Gündəlik iş həyatında çox normal olan bu hadisəni təcrübə keçdiyim müddət içərisində davamlı yaşadım.

      Bu hadisədən 2 gün sonra məhəllədə uşaqlarla söhbət edərkən küçənin bir başından digər başındakı dostuna səslənən adam onun dərhal yanına gəlməsini söylədi. Bunu eşidən dostu isə hörmətdən, ya da çağıranın ondan böyük olmasındandır (vəzifə olaraq), ya nədir iti addımlarla çağıranın yanına getdi.

      Eyni günün axşamı eyvanda anamla meyvə yeyərkən birdən axşam azanı oxunmağa başladı. Mən və anam azana hörmətimiz səbəbilə özümüzü yığışdırdıq. Qarşı eyvanda oturan, daha doğrusu uzanan adam isə heç rahatlığını pozmadı və azan bitənə qədər ayaqlarını uzatmış vəziyyətdə televizor seyr etməyə davam etdi. Allahın azan vasitəsi ilə bizi namaza çağırışına heç qulaq asmaması bir yana, hörmətdə dinləmir və özünü yığışdırmırdı. Halbuki bu adam 3-4 saat əvvəl sıravi bir insanın qarşısında, bəlkə hörmətə layiq biri olmamasına baxmayaraq əli bağlı şəkildə belini büküb dayanırdı. Onun əmrlərini başıyla təsdiqləyərək “baş üstə”, “oldu” deyirdi.

      Burada azandan bəhs etmək kimi bir niyyətim yox idi. Hamınızın az-çox məlumat sahibi olduğunu düşünürəm. Ancaq azana hörmət göstərməyən bu insanı və onun rəftarlarını görəndə fikrim dəyişdi. Ona görə də azandan bir az bəhs etməyi özümə borc bildim.

      Azan İslam dinində namaz vaxtının gəldiyini insanlara bildirmək üçün oxunan sözlərdir.

      Namaz üçün azan oxumaq vacib qüvvətində müəkkəd sünnədir. Azan bir ibadət şəkli deyil. Lakin azan oxunarkən hörmət əlaməti olaraq özünü yığışdırmaq lazımdır.

      Əbu Umeyr bin Ənəs ənsardan olan əmisindən nəql edir: “Rəsulullah (s.ə.s) camaatı namaza necə çağıracağı məsələsini müzakirə edirdi. Ona: “Namaz vaxtı olduqda bir bayraq dik, onu görən hər kəs bir-birinə xəbər versin.” deyildi. Bu, Peyğəmbərimizin xoşuna gəlmədi. Başqa biri buynuz çalmağı təklif etdi. Bu, yəhudilərin şeypuru idi. Peyğəmbərimiz onu da qəbul etmədi və hətta: “Bu yəhudi işidir!”-dedi. Başqa bir nəfər zəng çalmağı təklif etdi. Peyğəmbərimiz: “Bu xristianların işidir.”-dedi. Uzun müzakirələrdən sonra Abdullah bin Zeyd əl-Ənsari Rəsulullahın dərdini ürəyinə salaraq oradan ayrıldı. Axşam yuxuda azan ona öyrədildi.

      Hz. Ömər (r.a): “'Bir nəfər çıxarın, namazı elan etsin!”-dedi. Rəsulullah (s.ə.s): “Ey Bilal! Qalx! Namazı elan et!”-dedi.”

      Hər birimiz çox vaxt gündəlik həyatdakı söhbətlərimizdə azana hörmət mövzusunu danışmışıq və ya televiziya kanallarında azana hörmətdən bəhs edən filmləri, verlişləri seyr etmişik. Bunlardan bəzilərində azan oxuyarkən hərəkət etməyən adamı görmüşük, bu mədəniyyət tamaşaçıya aşılanıb; kimilərində azan oxunarkən danışmamaq, azanı dinləmək nümayiş etdirilib. Bu qədər həssas davranmanın əhəmiyyəti dəfələrlə izah edilərkən, bəzimizin azanı eşitdikdə özünü yığışdırmaması həqiqətən böyük bir ayıbdır. Fani olan dünya varlıqlarına hörmət etdiyimiz kimi əbədi olan azana hörmət göstərək.

      Yazımı Arif Nihat Asyanın bizim gündəlik namazlarımızdan sonra etməli olduğumuz duasıyla bitirirəm.

      Biz, batıq səslərik… Minarələri,

      Sən, azansız buraxma Allahım!

      Müsəlmanlıqla yoğurulan yurdu,

      Müsəlmansız buraxma Allahım!

      Rəsulullah (s.ə.s) belə buyurdu: “Kim azanı eşitdiyi zaman azan duasını oxusa, qiyamət günündə o kimsəyə şəfaətim vacib olar.”

      Azan duası: “Ey bu əskiksiz dəvətin və qılınacaq namazın rəbbi olan Allahım! Məhəmmədə vəsiləni və fəziləti ver. Onu, vəd etdiyin məqami-mahmuda qovuşdur.”

      • Hits: 650 clicks

      Tecox component by www.teglo.info