Kitab Təqdimi / Azər İbrahimov

      Share

      VƏQF, İNFAQ, XİDMƏT 

      Oxuyacağınız bu kitab, Osmanlı Dövlətini son dərəcə heyranlıqla tədqiq edən bir insanın könül dünyasından süzülüb gəlmişdir.

       “VƏQF İNFAQ (özünün ehtiyacı olduğu halda din qardaşına vermək.) XİDMƏT” adıyla tərənnüm etdiyi bu əsər zəmanəmizin insanlarına bələdçilik edəcək mahiyyətdədir.

      Mənfəət qovğasının tüğyan etdiyi dünyamızda sevgiyə və mərhəmətə susamış insan oğlunun ürəyinə su səpir, o, Yaradana görə yaradılana mərhəməti aşılayır.  Bu kitabda, Osmanlının yuxarıda qeyd olunan fəlsəfə çərçivəsində, insanlığa xidmətdə açdığı xeyirli cığırı yenidən bərpa etməyin həyəcanını görə bilərsiniz: Öşürü, çoxdan unudulmuş sədəqə daşlarını, quş evciklərini, xəstələnən heyvanlara yardım üçün qurulan xeyir qurumlarını, evlənə bilməyən yoxsullara cehiz təşkil etmək məqsədiylə qurulmuş xeyriyyə müəssisələrini... Hətta əcdadlarımıza layiq olmaq üçün hansı yolu getməli olduğumuzu görürük. Kitab, nadir və xoş rayihəli çiçəklərdən hazırlanmış buket kimi xüsusi həssaslıqla seçilmiş cümlələrdən ibarətdir, öz axıcılığı ilə oxucunu yormur və bir oxunuşda kitabın sonuna gəldiyinizi görəcək, daxili aləminizdə insanlara xidmət sevgisinin cuşa gəldiyini hiss edəcəksiniz. Bu kitab oxunduqca, yer üzündə yaxşılıq və xeyir əməllər yarışının yeni bir mərhələyə qədəm qoyacağı heç şübhəsizdir. Kitabla əlaqəli digər sevindirici hal da ondan ibarətdir ki, kitabın azəri türkçəsinə uyğunlaşdırılmış nəşri çox yaxın günlərdə işıq üzü görəcəkdir.

                               ...Belə bir dəyərli kitabla bizi baş-başa buraxan müəllifə sonsuz təşəkkürlər...

       


      HƏZRƏT-İ MƏHƏMMƏD MUSTAFA (s.ə.s.)                      

       Osman Nuri Topbaş bəyəfəndinin qələmindən oxucusuna növbəti töhfəsi olan “Həzrət-i Məhəməməd Mustafa” kitabı “Ərqam” mətbəəsində çap edilmişdir.

      Yüz iyirmi dörd min peyğəmbər və onlardakı saysız hesabsız təcəssüm və ilahi təcəlla axışları, sanki bərəkətli yağış buludları kimi yüksək səviyyədə işba (doymuşluq) halına gəldikdən sonra bəşəriyyətin könül torpağına boşaldı. Və bərəkətli bir hidayət şəlaləsi halındakı nəbilər silsiləsi, aləmlərə rəhmət olaraq göndərilən Həzrət-i Məhəmməd Mustafa –səlləllahu əleyhi və səlləm-in təzahür etməsinin sanki bir iqbal və bahar müjdəçisi oldu...

      Beləliklə bütün peyğəmbərlərin və insanlığın əbədi nuru olaraq cahanı şərəfləndirən o parlaq günəşin Məkkə Dövrü, şirklə kirlənmiş könülləri tövhid-i ilahi çərçivəsində uca etiqad ilə təmizləmək, küfrlə qurumuş budaqları iman və həqiqət bulaqlarıyla yaşıllaşdırmaq, nəfsləri və zülmləri səbəbiylə kal meyvə halına gəlmiş bəşəriyyəti, ruhani və Nur-u Məhəmmədi ilə yetişdirmək fəaliyyətiylə keçdi.

      Onun xarici tərbiyəsi və daxili təsiri könüllərə elə bir məlhəm oldu ki, daha əvvəl yarı vəhşi, çoxlarının insanlıqdan belə xəbəri olmayan cəhalət cəmiyyətini, insanlıq tarixinin hələ də qibtə etdiyi “səhabə” şəxsiyyətiylə xəyal edilməz bir mərtəbəyə çatdırdı. Onları, dünya tarixində “fəzilətdə zirvə insanlar” halına gətirdi.

      Bununla da ədalə, mərhəmət, məhəbbət və iman dolu bir insanlıq baxımından müasir bir cəhalət dövrü yaşayan bu axır zamanın, yeganə qurtuluş yolu da, ebediyyət günəşinin Nur-u Məhəmmədisində təcəlla edən ülvi sirlərdən bir qismət alabilməkdir.

      Şəfaət səndən ya Rəsulallah!

       


      İSLAM MƏDƏNİYYƏTİ

      GYF-nin Şəki İslam Mədrəsəsində yerləşən “TƏMƏR” –Təlif Tərcümə Mərkəzinin rəhbəri Hacı Arif Heydəroğlunun müəllifliyi ilə hazırlanmış və “Nurlar” Nəşriyyat və Poliqrafiya Mərkəzi tərəfindən çap olunmuş “İslam Mədəniyyəti” kitabı ən mütərəqqi (və əsl ilahi) mədəniyyətə ciddi ehtiyac olan zəmanəmizdə həmin ehtiyacı qismən də olsa ödəmək məramına xidmət edir.

      Kitabda İslam mədəniyyəti, onun mənşəyi, inkişafı, həmçinin ümumbəşəri din olan İslamın öz çoğrafiyasını genişləndirməsində (Bu hökmü verən Allahu Təalaya həmd və sənalar olsun!) bu mədəniyyətin rolundan qəti, dəqiq, aydın və konkret dəlillərlə söhbət açılır və oxucuda İslamın gələcəyi haqqında ümumi təsəvvür oyadır.

      Əsərdə, İslam mədəniyyətinin ayrı-ayrı xalqların, millətlərin, eləcə də ümumbəşəri mədəniyyətə müstəsna mütərəqqi təsirindən də maraqlı şəkildə söhbət açılır.

      14 fəsil, 4 əlavə və 320 səhifədən ibarət olan və dini təhsil müəssisələri üçün dərs vəsaiti kimi nəzərdə tutulan bu kitabdan geniş oxucu kütləsi də istifadə edə bilər.


      MÜXTƏSƏR ELMİHAL

      GYF-nin Şəki İslam Mədrəsəsində yerləşən “TƏMƏR” –Təlif Tərcümə Mərkəzinin rəhbəri Hacı Arif Heydəroğlunun dindarlar üçün yazılmış və ümumiyyətlə hər bir müsəlmanın da bələdçisi olması məramı ilə tərtib etdiyi bu kitab da “Nurlar” Nəşriyyat –Poliqrafiya Mərkəzi tərəfindən buraxılmışdır.

      İslam, bu günki müsəlmançılıq, onun kökləri, yad ünsürlərdən qorunması, insanların ibadətləri, İslam dəyərləri və İslami həyatı yaşayanların Allah Təala qarşısında vəzifələri, hər bir müsəlmanın gündəlik həyatdakı vəzifələri, onların yerinə yetirilməsi, İslamın bənzərsiz gözəlliyi, nəhəngliyi və ilahiliyi haqqında müxtəsər, ancaq çox anlaşılan bir şəkildə tərtib edilmiş və hamı üçün faydalı olan bu kitab giriş, 2 bölmə, əlavələr və ümumi sayı 31 fəsildən ibarət olub 512 səhifədir.

      Kitabda şəkillərlə namaza da ayrıca yer verilmişdir.

       


      ZÜHD BAXIMINDAN DÜNYA VƏ NEMƏTLƏRİ                 

        Əlican Tatlı

      Əlican Tatlı Bəyin “Ərqam” mətbəəsində yenicə işıq üzü görmüş “Zühd Baxımından Dünya və Nemətləri” kitabı dünya və nemətləri mövzusunu “zühd” baxımından şərh etməyə çalışır. Bu araşdırmanın çərçivəsi “zühd” anlayışıyla məhdudlaşdırılmışdır. Ancaq mövzunun daha yaxşı qavranılması üçün bəzən bu çərçivənin kənarında qalan nüansların açıqlanması da vacib olmuşdur. Araşdırma bir hədis çalışması olsa da, əhəmiyyətinə görə Quran-i Kərimdə çox yerdə qeyd olunan dünya nemətləriylə əlaqəli ayətlərdən də istifadə edilmişdir. Bununla əlaqədar olaraq ayətlərin şərhləri üçün müraciət edilən bəzi təfsir qaynaqları əsərə işıq tutmuşdur. Habelə mövzuyla əlaqəli ayət və hədislərin şərhlərində İslam alimlərinin fikirlərinə yer vermək şərtiylə bəzi nöqtələr vurğulanmış və analizlər edilmişdir.

       

      • Hits: 721 clicks

      Tecox component by www.teglo.info