İsmayil Vəliyev / Öyrənilmiş Çarəsizlik

      Share

      Öyrənilmiş çarəsizlik bir neçə dəfə cəhd edib uğursuzluğa düçar olduqdan sonra, insanın özünə olan inamını itirməsidir. İnsanın artıq nə edirsə etsin gələcəkdə də  hər şeyin eyni olacağını və həyatında var olan istəmədikləri hər hansı bir şeyi dəyişdirə  bilməyəcəyini qəbul etməsi və buna uyğun yaşamağa başlamasıdır. Belə bir insanın yenidən cəhd etmək, bir dəfə də addım atmaq kimi heç bir istəyi olmur, çunki bunların nəyisə dəyişdirəcəyinə inanmır.

      Mümin Sekman “Hər şey səninlə başlar” adlı kitabında bunu cox yaxşı izah edir. 30 sm hündürlüyündə bir qabın içərisinə bir neçə həşərat salıb qabın ağzını şüşə ilə bağlayırlar və qabı altdan isitməyə başlayırlar. Qab isinib içəridəki həşəratları yandırmağa başladıqda onlar qabdan çıxıb canlarını qurtarmaq üçün yuxarıya doğru tullanmağa başlayırlar. Lakın bu cəhdlərində qabdan çıxa bilmirlər başları görə bilmədikləri bir şeyə dəyir və təkrar aşağı düşürlər. Bir müddət belə davam etdikdən sonra artıq nə edirlərsə etsinlər qabdan çıxmağın mümkün olmadığına inanıb məcbur yanmağa razı olub artıq tullanmırlar. Bir müddət sonra qabın ağzındakı şüşəni götürüb təkrar isitməyə başlayırlar və yenə həşəratları yanmağa başlayanda təkrar xilas ola bilmək üçün tullanmağa başlayırlar və maraqlı bir nəticə olur. İndi qabın ağzındakı şüşənin götürülməsinə və qabın ağzının açıq olmasına baxmayaraq həşəratlar yenə də çıxa bilmirlər, çünki maksimum yuxarıya tullana bilmə məsafələri yenə 30sm-dir. Bu onların əvvəlki cəhdlərdə başlarının təkrar-təkrar görə bilmədikləri bir əngələ dəyib  cıxa bilməmələri nəticəsində edə biləcəklərinin bu qədər olduğuna dair formalaşmış inanclarıdır. Yəni artıq bunlar bir öyrənilmiş çarəsizlik halı yaşayırlar.  İnsan da belədir keçmişdəki cəhdlərin  uğursuzluğa düçar olması və ətrafdakıların, “dostların” sevinərək “bax sənə demişdik sənlik deyil, edə bilməzsən” kimi öldürücü, amma cəfəng ifadələri də həmin insanın bunu qəbul etməsinə, razılaşmasına və həqiqətən də bacarıqsız, aciz insan olduğuna inanmasına və həyatına o cür dava etməsinə səbəb olur. Bu da o insanın artıq öyrənilmiş çarəsizlik tələsinə düşməsidir. Keçmişin uğursuz cəhdləri bizim üçün bir standart  formalaşdırır.  Bu standart bizim edə biləcəklərimizin son nöqtəsi olur. Bu, həqiqətən potensialımızın bir ölçüsü deyil, sadəcə olaraq  uğursuzluqları əsas almağımızın və bunlara baxaraq özümüzü dəyərləndirməmizin nəticəsində yaranan güclü, amma səhf və də baltalayıcı bir inancdır.  Çünki biz də seçdiyimiz  hər hasnı bir hədəfə çatmaq üçün dəfələrlə cəhd etdiyimiz halda uğursuzluğa düşmüşük, amma bu bizim potesialımızın bir nəticəsi deyil. Bizi də əngəlləyən görə bilmədiyimiz bir şüşə var. Bu şüşə ya seçdiyimiz metodun səhv olması, inancımızın zəifliyi və ya başqa səbəb ola bilər. Böyük nailiyyətlərə imza atmış və keçmişdə yaşamış həmçinin bu gün də lider olaraq qəbul etdiyimiz və uğurlu, istedadlı, dahi hesab etdiyimiz o şəxsiyyətlərin  hər birinin  həyatlarında  o insan olana qədər yaşadıqları saysız-hesabsız uğursuzluqlar və  problemlər olub. Amma onların bizdən fərqi sadəcə hədəflərindən dönməmələri idi.

      Əgər gələcəklə bağlı böyük düşüncələrin, hədəflərin varsa  uğursuzluq, problem, çətinliklərlə qarşılaşman qaçılmaz və danılmaz həqiqətlərdir. Amma  öyrənilmiş çarəsizliyə əsir olmamaq üçün Mümin Sekmanın adı çəkilən kitabında təklif etdyi metod son dərəcə effektlidir.

      Öyrənilmiş çarəsizliyə sürükləyən səbəblər bunlardır.

      ·        Problemi  əhatəli görmək

      ·        Şəxsi ilə əlaqələndirmək

      ·        Davamlı olduğunu düşünmək

      Hər-hansı bir sahədə bacarıqsız olan biri bunun bütün həyatını məhv etməsinə icazə verməməlidir. Məsələn, bir adamın danışıq qabiliyyəti yaxşı olmaya bilər. Bu zaman “mənim danışıq qabiliyyətim pisdir” deyib sadəcə onu düşünüb və bunun da bütün vaxtını almasına, zehnini məşğul etməsinə icazə verməkdənsə, bugünkü və keçmişdə yaşamış natiqlərin heç birinin anadangəlmə natiq olmadığını düşünmək daha doğru olardı.

      Bu kimi hallara yol verməmək üçün  hər hansı bir problem olduqda, bir səhvə yol verildikdə düşünmək lazımdır ki, bu cür səhfvəri sadəcə sən etmirsən hər kəs səhv edə bilər və əsas olan bu səhvdən ibrət almaq, bir daha təkrarlamamaqdır. Yoxsa öz-özünü günahlandırıb, durmadan deyinmək faydasız işdir.

       Başqa bir problem də insanın həaytda üzləşdiyi hər-hansı neqativ bir şeyin bütün həyatı boyu davam edəcəyini düşünməsidir. Bunu  hər uğursuzluğun, hətta hər uğurun  bir son istifadə tarixinin olduğu həqiqətini düşünməklə  zehnindən uzaqlaşdırmaq mümkündür. Məşhur söz var “Bu da keçər”. Əgər 10 il əvvələ baxıb düşünsən, o günlərdə səni qorxudan, üzən bir çox şeyin sənə indi gülünc gəldiyini görəcəksən. Hal belə ikən bir problemi hər gün durmadan düşünüb dərd çəkmək və vəziyyəti dəyişdirmək üçün heç bir şey etməməkdənsə nə isə etmək və ya dəyişdirə bilməyəcəklərini zamana buraxmaq ən yaxşı çarədir. 

      Bir də Allah-Təalanın bu buyuruğunu heç vaxt unutmamaq lazımdır: “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.” (əl-Bəqərə, 216)

      • Hits: 813 clicks

      Tecox component by www.teglo.info