Arif Həşimov / İnsanı Cənnətə Aparan Əsaslar

      Share

      İnsanın əsl məskəni cənnətdir. Ulu babamız Hz. Adəmin yaşadığı ilk yer cənnət olmuşdur. Cənnət əbədiyyət yurdu və zəhmətsiz bir yer olduğuna görə, Rəbbimiz bizi dünyada yaşadaraq imtahandan keçirib sonra cənnətə yerləşdirməyi istəmişdir. Elə isə Allaha və axirət gününə inanan bir möminin niyyəti daim Allah rizası, təqib etdiyi yol isə Onun peyğəmbərlərinin göstərdiyi olmalıdır ki, sonda qərar tutduğu yer cənnət olsun. Çünki Allah-Təala Hz. Adəmlə Hz. Həvvanı məlum zəllələri səbəbilə cənnətdən çıxaranda onlara belə buyurmuşdur:

      “Biz (onlara) dedik: “Hamınız buradan (yer üzünə) enin! Mənim tərəfimdən sizə bir hidayət (peyğəmbər və Kitab) gəldiyi zaman Mənim hidayətimə tabe olanlara (axirət əzabından) heç bir qorxu yoxdur və onlar (qiyamətdə) qəmgin olmazlar.” (əl-Bəqərə, 38)

      Biz də bu yazıda insanı cənnətə aparan mühüm əsasları – hidayəti xatırlatmağa qərar verdik:  

      Haris əl-Əşəridən (r.a): Hz. Peyğəmbər (s.ə.s) buyurmuşdur:

      “Allah-Təala Yəhya bin Zəkəriyyaya beş kəlmə ilə əməl etməyi və İsarail oğullarına da bunlarla əməl etməyi əmr etməsini buyurmuşdu. Yəhya (ə.s) bu məsələdə bir az ləng davrandı.

      İsa (ə.s) ona belə dedi:

      - Sən beş kəlmə ilə əməl etmək və İsrail oğullarına da onlarla əməl etməyi əmr etməklə əmr olunmusan. Onları ya sən təbliğ et, ya da mən təbliğ edim.

      Yəhya (ə.s) dedi:

      - Ey qardaşım, mən qorxuram ki, sənin cəld tərpənməyin səbəbilə mən ya əzaba düçar olum, ya da həlak olum. Yəhya bin Zəkəriyya (ə.s) İsrail oğullarını Beytülmüqəddəsə topladı, məscid ağzına kimi doldu. Yüksək bir yerə oturdu. Allaha həmd-səna etdikdən sonra dedi:

      “Allah-Təala mənə beş kəlmə ilə əməl etməyi və sizə də onlarla əməl etməyinizi əmr etməyimi əmr etdi:

      (Birincisi) Allaha heç bir şeyi şərik qoşmadan ibadət etməkdir. Bunun misalı o kəsin misalı kimidir ki, şəxsi malından olan pulu və qızılı ilə bir kölə satıb almışdır. Həmin kölə isə işləyir və əldə etdiyi qazancı ağasından başqasına aparıb verir. Sizdən hansınız kölənizin belə olmasını istəyər? Şübhəsiz Allah sizi yaratmışdır və ruzi ilə təmin edir. Ona ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın.

      (İkincisi) Allah sizə namaz qılmağı əmr edir. Şübhəsiz Allah Öz vəchini, qul o tərəfə bu tərəfə dönmədikcə onun üzünə doğru dikər. Namaz qıldığınız zaman o tərəfə bu tərəfə dönməyin.

      (Üçüncüsü) Allah sizə oruc tutmağı əmr edir. Bunun misalı o kəsin misalı kimidir ki, yanında bir müşk torbası vardır, rastlaşdığı hər kəs bu ətirdən qoxlayar. Şübhəsiz oruclunun ağız qoxusu Allah yanında müşk qoxusundan daha ətirlidir.

      (Dördüncüsü) Allah sizə sədəqə verməyi əmr edir. Bunun misalı o kəsin misalı kimidir ki, düşmənlərin əlinə əsir düşmüşdür. Onlar da onun əllərini boynuna bağlayıb kəlləsini vurmaq üçün aparırlar. O isə onlara belə deyir: Mən fidyə ödəyib özümü azad edə bilərəm? Az-cox fidyə ödəyib nəhayət özünü azad edir.

      (Beşincisi) Allah sizə Onu çox xatırlamğı əmr edir. Bunun misalı o kəsin misalı kimidir ki, düşmənlər onun izinə düşüb sürtələ axtarırlar. Həmin adam da sağlam bir qalaya girib orada qorunur. Şünhəsiz qul da Allahı zikr etdiyi zaman şeytandan sağlam şəkildə qorunar.”

      Sonra Hz. Peyğəmbər (s.ə.s) buyurdu:

      “Mən də sizə Allahın mənə əmr etdiyi beş şeyi əmr edirəm: Camaat, dinləmə, itaət, hicrət və Allah yolunda cihad etmək. Şübhəsiz camaatdan bir qarış uzaqlaşan İslamın kəməndini boynundan çıxartmış olar. Geri qayıdarsa, əvvəliki vəziyyətinə dönər. Kim cahiliyyətə çaığırış edərsə, o cəhənnəm yanacağıdır.”

      Əshabələr dedilər: Ey Allahın Rəsulu, oruc tutsa da, namaz qılsa da?

      (Hz. Peyğəmbər) buyurdu:

      “Namaz qılsa da, oruc tutsa da və özünün müsəlman olduğun zənn etsə də. Müsəlmanları qüdrətli və böyük Allahın adlandırdığı isimləri ilə çağırın: Müsəlmanlar, möminlər Allahın qullarıdır.” (Əhməd bin Hənbəl, 17833)

      İbn Ömərdən (r.anhumə): Allah Rəsulu -səllallahu əleyhi və səlləm- belə buyurmuşdur:

      “İslam beş əsas üzərində bina edilmişdir: Allahdan başqa heç bir ilahın olmadığına və Məhəmmədin Onun elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq.” (Buxari, İman, 2)

      • Hits: 767 clicks

      Tecox component by www.teglo.info