Ülvi MƏMMƏDOV /MƏHŞURLARDAN NÜANSLAR

      Share

      AĞSAQQAL

      Varna döyüşündən sonra müharibə meydanında gəzən II. Murad düşmən əsgərlərinin tamamının gənc olduğunu görür. Komandirlərindən birindən soruşur:

      - Qəribədir, bu qədər ölünün içində heç bir dənə də olsun ağsaqqal görmədim. Hamısı cavandır.

      Komandir cavab verir:

      - Padşahım! İçlərində bir ağsaqqal olsaydı, başlarına bu fəlakət gələrdimi?

      BƏXŞİŞ

      Şair Əbu Dəllamə ilə Xəlifə Mehdi arasında belə bir hadisə olmuşdu. Əbu Dəllamə Abbasi hökmdarlarına bir qəsidə yazaraq xəlifəyə təqdim edir. Xəlifə qəsidəni çox bəyənir və:

      - Sənə bu qəsidə üçün nə bəxşiş verim? –deyə soruşur.

      - Mən sizdən sadəcə bir ov tulası istəyirəm.

      - Bu qədər gözəl bir qəsidənin bəxşişi bir ov tulası olarmı?

      - Sultanım, köləniz belə istəyir.

      Xəlifə bu işə məəttəl qalır, amma şairin sözünü də yerə salmaq istəmir:

      - Yaxşı, sən deyən olsun, sənə bir ov tulası versinlər.

      - Amma padşahım, mən ova nə ilə gedəcəyəm?

      - Haqlısan, bir dənə də at versinlər.

      - Bəs ata nə ilə minəcəyəm?

      - Doğrudur, gözəl bir yəhər-yüyən də versinlər.

      - Sultanım, ata kim baxacaq?

      - Haqlısan,  bir kölə də versinlər.

      - Bəs yaxşı, mən atı harda saxlayım?

      - Bir dənə də axır versinlər.

      - Köləni harda yatırım bəs?

      - Bir ev versinlər.

      - Bu qədər camaatı nə ilə dolandıracağam bəs?

      - Min qızıl da xərclik versinlər.

      - Sultanım...

      Xəlifə Mehdi şairin sözünü kəsir:

      Əgər gəlirləri idarə etməyə bir kəndxuda, hesabları tutmağa bir katib istəsən tulanı geri alaram ha!..

       

      YAXŞI ÇOBAN ODUR Kİ...

      Qədim Romada əyalət valilərindən biri Qeysər Tiberə vergilərin artırılmasını təklif edincə bu cavabı alır:

      - Yaxşı çoban odur ki, qoyunların yununu qırxa, amma dərisini üzməyə.

       

      SİRR

      Yavuz Sultan Səlim bir çox Osmanlı padşahı kimi səfərə çıxacağı yerləri gizli saxlayarmış bir səfər hazırlığı əsnasında vəzirlərindən biri israrla səfərin hansı ölkəyə planlandığını soruşur. Yavuz ondan:

      - Sən sirr tuta bilirsən? –deyə soruşur.

      Vəzir:

      - Bəli, padşahım, bilirəm. –dedikdə Yavuz cavabını verir:

      - Əla. Mən də bilirəm.

       

      FATEH SULTAN

      Fateh Sultan Mehmed adamları ilə gəzərkən yanına yaxınlaşan dilənçiyə bir qızıl verir. Dilənçi pulu götürüb:

      - Aman, Sultanım! Bu boyda sultan qardaşına bu qədər az pul verərmi?

      Fatih hardan qardaş olduqlarını soruşunca dilənçi:

      - İkimiz də Həzrət Adəmin övladları deyilikmi? Deməli, qardaşıq, –deyir.

      Fatih Sultan Mehmed gelemsəyərək belə cavab verir:

      - Bunu əsla başqalarına söyləmə. O biri qardaşlarımız da pay istəsə sənə bir quruş da çatmayacaq.

      ÜZÜK

      Sultan III. Əhməd özünə hədiyyə edilən çox bahalı zümrüd üzüyü bir gün divan toplantısında vəzirlərə göstərib:

      - Əcəba, bundan daha qiymətlisi varmı? –deyə soruşur. Toplantıda iştirak edənlər:

      - Xeyr, Əfəndim! Sağlıqla işlədin. Bundan daha dəyərli nə ola bilər ki? –deyə cavab verirlər. Ancaq Nevşəhərli İbrahim Paşa etiraz edir:

      - Bundan da qiymətli şey var, padşahım! Padşah gözləmədiyi cavab qarşısında:

      - Nədir? –deyə soruşur. İbrahim Paşa cavab verir:

      - O üzüyün taxıldığı barmaq.

       

       

      • Hits: 642 clicks

      Tecox component by www.teglo.info