155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Kamran Məmmədov / ƏMƏLLƏRİN ƏRŞİ-ƏLAYA ÇATMASI ÜÇÜN

      Share

      Sədi Şirazi belə nəql deyir:

      “Uşaqlıq illərimdə zöhdə, riyazətə, gecə ibadətinə düşkün idim. Bir gecə atamın yanında oturmuşdum. Bütün gecəni gözümü yummamış, Qurani-Kərimi əlimdən yerə qoymamışdım. Ətrafımızda olan bir çox insansa yatmışdı. Atama:

      “- Bunların heç biri başını qaldırıb iki rükət təhəccüd namazı qılmır, hamısı ölü kimi yatır.” –dedim. Bu sözümü eşidən atam qaşlarını çatdı və:

      “- Oğlum! Kaş, başqalarının arxasınca danışmaqdansa sən də onlar kimi yataydın! (Çünki sənin xor gördüklərin bu an nazil olan ilahi rəhmətdən məhrum olsalar da, Kiramən-Katibin mələkləri onlara heç bir günah yazmır. Sənin əməl dəftərinə isə din qardaşlarını xor görmək və qeybət günahı yazıldı) –dedi.”

      Xülasə, işlədiyimiz əməllərin Ərşi-Əlaya çata bilməsi üçün başqalarının iltifatlarına etibar etməmək və əməllərimizin bizi ucüb və təkəbbürə sürükləməsinə fürsət verməməliyik.

       

       

      YÜKÜNÜ QOY, SONRA KEÇ!

      Əməlisalehlərdən biri belə demişdir:

      “Yuxuda özümü cəhənnəm körpülərinin üstündə dayanmış olaraq gördüm. Dəhşətli qorxu və təlaşla ora baxdım. Öz-özümə:

      “- Bunların üstündən necə keçəcəyəm?” deyirdim ki, bir nəfər mənə:

      “- Ey Allahın bəndəsi! Yükünü qoy, sonra keç!” dedi.

      Ona:

      “- Mənim yüküm nədir ki?” –dediyim zaman bu cavabı verdi:

      “- Dünyanı tərk et!” (Ruhul-Bəyan II, 470)

       

      QƏLBLƏR ÖLMƏSİN

      Mövlana həzrətləri Məsnəvisində bir qafilin halını belə ifadə edir:

      “Bir gün Həzrət İsa -əleyhissalam- bir adamla səfərə çıxmışdı. Birlikdə gedərkən bu adam bir küncdə sümüklər görür və Həzrət İsaya yalvarır:

      “- Nə olar, ya İsa! Bildiyin ismi-əzəmi mənə öyrət ki bu sümükləri dirildim.”

      Həzrət İsa belə cavab verir:

      “- O iş sənin karın deyil. İsmi-əzəmi oxuyub ölünü diriltmək üçün yağışdan daha təmiz bir nəfəs sahibi, qulluqda mələklərdən daha anlayışlı bir insan olmalısan. İsmi-əzəm pak dil və təmiz qəlb istər. Yəni, elə bir kəs ki, nəfsi haram ilə bəslənməsin və mələklər kimi üsyandan və günahdan pak olsun. Çünki bir adamın nəfsi pak olarsa, onun duası məqbul olar. Haqq-Təala o adamı xəzinələrinin əmini edər.

      Məsələn, fərz edək ki, sən Həzrət Musanın əsasını əlində tuta bilirsən. Amma Musadakı qüvvə səndə varmı ki, onu əjdahaya çevirə biləsən və zəbt etməyə qadir olasan? Hətta Musanın əsası əjdaha olduğu zaman özü də qorxmuşdu. Allah-Təala ona “Qorxma, ya Musa!” (ən-Nəml, 10) buyurmuşdu.

      Eynilə bunun kimi səndə İsanın nəfəsi olmadıqca ismi-əzəmi oxuyub əzbərləməyinin sənə nə faydası ola bilər?” –dedi.

      Lakin qafil yenə dayanmadı və:

      “- Ya İsa! Bu qabiliyyət məndə yoxdursa, heç olmasa o sümüklərə sən oxu!” –dedi.

      Həzrət İsa bu axmağın sözünə cavab olaraq:

      “Ya Rəbbi! Bu sirrin hikməti nədir? Bu axmağın bu qədər israrının səbəbi nədir? Öz qəlbi ölü olduğu halda başqasının cəsədini diriltməyə çalışır. Halbuki onun vəzifəsi ölü olan qəlbini diriltməkdir. Özünü diriltmək üçün dua etməkdənsə başqalarını diriltməyə çalışır. Bu nə qəflətdir!” –deyərək heyrətini ifadə etdi.

      YIĞDIQLARIN DÜNYADA QALACAQ

      Bir Allah dostu ibrət nəzəriylə seyr etdiyi bir mənzərə qarşısında insan oğlunun ehtirasını belə ifadə edir:

      “Günlərin birində bir ağacın altında oturub istirahət edirdim. Bir qarışqa diqqətimi çəkdi. Özündən böyük bir çörək qırıntısını sürüyə-sürüyə aparırdı. Bəzən kiçicik su gölməçəsi ilə qarşılaşır və ətrafından fırlanır, bəzən də otlara ilişən çörək qırıntısını dartıb aparmaq üçün çırpınırdı. Amma nə çörək qırıntısını əldən qoyur, nə də rahat daşıya bilmək üçün çörəyi xırdalamağa razı olurdu. O isti gündə bu minvalla çörək qırıntısını uzaq məsafəyə daşıdı. Nəhayət yuvasına çatdı. Lakin yuvasına gedən dəhliz dar, çörək qırıntısı isə böyük idi. Min bir zəhmətlə yuvasının ağzına gətirdiyi çörəyi heç cür içəri sala bilmirdi. Çörək qırıntısının ətrafında fırlanır, gah o tərəfə, gah da bu tərəfə çevirərək içəri salmağa çalışırdı, lakin heç cür istədiyinə nail olmurdu.

      Bu mənzərə məni öz halımı düşünməyə sövq etdi. Ömrüm boyu toplayıb yığdığım dünyalıqları nə cür qəbir qapısından keçirməyə çalışacağımı düşündüm. Halbuki dünyada yığdığımız bu əşyaların, zinət və sərvətlərin qat-qat gözəlləri bizi axirət həyatında gözləyir. Təbii ki, əvvəlcədən ora göndərmişiksə. Haqqın lütf etdiyi nemətlərin necə sərf ediləcəyini bilmişiksə!..”

      • Hits: 686 clicks

      Tecox component by www.teglo.info