155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Adəm Şahin ./ ACIDƏRƏ ÇAYI-2

      Share

      Acıdərə çayı Bakı-Şamaxı arasındakı şəhidliyin yanından axır. Həyat başdan-sona sevincli və ya tam tərsi, acılarla dolu deyildir. Cənnət və cəhənnəmdə acı ilə şirinin, yaxşı ilə pisin bir-birindən tamamən ayrılması yaşanacaqdır.

      Həyat acı-şirin, eniş-yoxuş, yaxşı-pis, gecə və gündüz olaraq davam edər. Qəbələ-İsmayıllı arasındakı Ax-Ox çayı bu həqiqəti dörd hərflə ifadə edərək axıb gedir.

      Həyatın üçdə ikisini əhatə edən evlilik qurumu yaxşı və pis gündə, xəstəlikdə və sağlıqda birlikdə olmaq üzrə bağlanan müqavilədir. Evlilikdə yaşanan söz-söhbət və davalar ailənin duzu-istiotudur. Yeməkdə duzun və istiotun miqdarının az olması kimi davaların və anlaşılmazlıqların da qədərində olması lazımdır. Çörək kimi bezmədən və hər yeməkdə vaz keçilmədən yeyilən nemətin belə duzsuz bişirilməsi mümkün deyil. Həyatda da acısız, qovğasız günlər, anlar olmasın.

      Duz kimi üz turşudan bir nemətin ləzzəti artıran və tamamlayan bir ünsür halına gətirən insanın hər cür anlaşmazlığı və problemi də həyatda duz kimi üz turşudan deyil, qardaşlığı gücləndirən, yeni başlanğıclara səbəb olan motivasiya ünsürü halına gətirməlidir.

      Həyatın acılığı su üçün duz qavramı ilə ifadə edilir. İnsan acı su dadını xəstəlik səbəbiylə ağzında hiss edə bilər, lakin dənizlər və okeanlar üçün acılıq duzdan başqa bir sözlə ifadə edilə bilməz.

      Dünyanın dörddə üçü sudur. İnsan bədənindəki su nisbəti də demək olar ki, eynidir. Dünyadakı acı su (duzlu su) miqdarı dəniz və okeanları nəzərdə tutsaq 96% dən artıqdır. İçilə bilən və istifadəyə yararlı şirin su miqdarı isə 1% dir. Həzrət Adəmin xəmirinə yaradılışı əsnasında 39 il hüzn yağmuru, 1 il də sevinc yağmuru yağdığı rəvayət edilir. Hüzn yağmurları duzlu, başqa sözlə desək Acıdərənin suyuna bərabər, sevinc yağmurlarının qırxda birlik faizi də dünyadakı yüzdə bir olan şirin suya bərabərdir.    

      Həyatda yaşanan acı hadisələrin insana təsir edib-etməməsi haqqında danışılan duz hekayəsi ilə sözə davam edək:

      Müdrik bir müəllimin tələbəsi daima hər şeydən şikayət edirdi. Müdrik bir gün ona dərs vermək istəyərək əlinə aldığı duzu bir stəkan suya qarışdırır. Tələbəsinin içməsini istəyir. Tələbənin ağzına aldığı suyu içməsiylə tüpürməsi bir olur. Səbəbini soruşduqda tələbə acı olduğunu ifadə edir.

      Ertəsi gün müdrik müəllim tələbəsini göl kənarına aparır və eyni miqdarda duzu gölə atır. Göldən bir stəkan su alıb tələbəyə içirir. Suyun necə olduğunu soruşduqda isə “çox dadlı” cavabını alır.

      Müdrik insan bu izahla sözlərini bitirir:

      “Həyatdakı çətinliklər bir çimdik duz kimidir, duzun varlığından şikayət etməkdənsə duzu stəkana, yoxsa gölə tökdüyünə bax. Unutma ki, sarayda kədərli olmaq da, zindanda xoşbəxt olmaq da insanın öz əlindədir.”

      İslam dinində səbir qavramının varlığı həyatdakı duz və acılığın varlığının isbatıdır. Dua edərkən əlləri açmaq insanın üzünü turşudub ağzını yandıracaq olan duzu stəkandan gölə doğru atmaqdır. Təvəkkül edərək Allaha həvalə etmək, hansı xeyirlidir o olsun demək də stəkanın sərhədlərini aşaraq duzun acılığını əritmək mənasına gəlir.

      Stəkandakı duzlu suyun zamanla stəkanın rəngini ağardacağını və divarlarını xarab edəcəyini görəcəyik. Yaşadığı hər bir dərd və sıxıntını, zahiri varlığı təxminən  bir stəkan qədər olan ürəkdə həbs edənlərin də aqibəti sağlamlıq baxımından heç də yaxşı olmayacaqdır.

      Sevgi və eşq bütün pislikləri və acıları ortadan qaldıran səmavi iksirdir. Səhabədən Hübeyb həzrətlərinin müşriklər tərəfindən edam edilməzdən əvvəl iki rükət namaz qılması və namazı qısa tutaraq “ölümdən qorxduğu üçün namazı uzatdı deməyəsiniz deyə qısa qıldım” deməsində də ölüm acısına meydan oxuma var. Ölümə meydan oxumağın və ölümdən qorxmamağın yeganə yolu ölümü v həyatı yaradanla qurulan əlaqələrin sağlamlığında gizlidir.

      Həzrət Peyğəmbər (s.ə.s) in yaşamış olduğu iztirablı və məşəqqətli zamanlarında dərhal namaza durduğu rəvayət edilir. İbadətlərin duzu azaldan və acıları xəfiflədən təsirini Hz. Əlinin ayağına girən oxu namaz əsnasında çıxarmalarını istəməsində görə bilirik.

      Bir insanın ətrafında fitrəti göl kimi bərəkətli, geniş təbiətli və sirr tutmağı bilən insanın olması şükrə dəyər nemətlərdəndir. Onlar həyatın gündəlik axışı içərisində heç fərqində olmadan acıları və kədərləri bir stəkan suda udumlamağa çalışarkən qarşımıza çıxarlar. Əlimizdən ata bilmədiyimiz və udaraq aradan çıxara bilmədiyimiz acıları və kədərləri paylaşaraq bizi rahatladarlar.

      Nəticə olaraq deyə bilərik ki, itdən xilas olmağın ən yaxşı yolu sahibi vasitəsiylədir. Acılardan uzaqlaşmağın yolu da duzu, istiotu və acını yaradana sığınmaqdır. Türkcədə “duzu quru” deyimi var. İşləri yolunda olan, problemsiz insanlar üçün işlənir.

      Ən bədbəxt insan dünyada duzu quru olub, axirətdə nəm duza sahib olandır. Hər iki dünyada duzu qurulardan olmaq duasıyla…

      • Hits: 714 clicks

      Tecox component by www.teglo.info