155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Qarabağ Münaqişəsinin Beynəlxalq Hüquqi Aspektləri və Xarici mətbuat / Mehparə SULTANOVA

      Share

      90-cı illərin əvvəllərində keçmiş sovet məkanında siyasi və iqtisadi durumun kəskin dəyişməsi Qarabağ münaqişəsinin həllinə də təsirini göstərdi. 1991-ci ilin sonunda sovet imperiyasının süqutuna səbəb olan milli-azadlıq hərəkatlarının yüksəlişi,

       uçun illərdən bəri formalaşmış əlaqələrin kəsilməsi ilə meydana çıxan iqtisadi çətinliklər problemin çözülməsində qarşıya bir sıra problemlər çıxardı. Bir biri ilə sıx bağlı olan bu problemlərin fonunda konfliktə yeni baxış tələb olunurdu. Belə bir vəziyyətdə 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqının gərgin mübarizəsi hesabına, müxalifət qüvvələrin təzyiqi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konsititusiya aktı qəbul edildi.

      Bundan sonra dövlətimiz müstəqil xarici siyasi xətt yeritməyə başladı. Azərbaycan Respublikası dünya dövlətləri tərəfindən de-fakto və de-yure tanınaraq onlarla diplomatik münasibətlər qurdu. Münaqişənin beynəlxalq təşkilatlar səviyyəsində müzakirəsi meydana gəldi. Eyni zamanda bu münaqişə yeni müstəqillik əldə etmiş Azərbaycan və Ermənistanla bərabər hüquqlu münasibətlər yaradan BMT üzvü olan dövlətləri, başlıca olaraq inkişaf etmiş dünya dövlətlərini də narahat etməyə bilməzdi. ATƏT-in Minsk qrupunda ABŞ-ın nümayəndəsi olan Con Presel Nümayəndələr Palatası beynəlxalq münasibətlər komitəsində Qafqazda konfliktlər barədə çıxış edərkən qeyd etmişdi ki, "münaqişənin davam etməsi dövlətlərin müstəqilliyi və suverenliyi, eləcə də bölgədə ABŞ maraqları üçün ən böyük təhlükədir. Məhz buna görə də dünyanının uzaq bir guşəsində olan konflikt ABŞ üçün bu qədər əhəmiyyətlidir" (ABŞ Konqresinin məlumatı, 30 iyul 1996)

      Müstəqillik əldə etdikdən sonra həm Azərbaycan, həm də Ermənistan Respublikaları beynəlxalq hüququn subyektinə çevrildilər. Beynəlxalq təcrübəyə uyğun olaraq beynəlxalq hüquq subyektləri arasında yaranan konfliktlər beynəlxalq hüququn prinsipləri əsasında həll edilməlidir. Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də ümumixalq referendumu ilə qəbul edilmiş Konsititusiyanın 10-cu maddəsində deyilir: "Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur". Beynəlxalq prinsiplər beynəlxalq münasibətlər sisteminin bütün subyektləri üçün yerinə yetirilməsi məcburi olan normalardır. Onları ayrı-ayrı dövlətlər və dövlətlər qrupu dəyişdirə bilməzlər.

      Bu prinsiplərin səciyyəvi cəhəti onların universal olmasıdır. Onlardan birinin pozulması avtomatik olaraq beynəlxalq münasibətlər sisteminin digər iştirakçılarının mənafeyinə toxunur. Bu prinsiplər beynəlxalq qayda-qanunların təməlini təşkil edir. Beynəlxalq hüquq prinsipləri BMT Nizamnaməsində əks olunmuşdur. 1988-ci ildən indiyə qədər 10 il ərzində Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq və BMT prinsiplərinin pozulması ilə müşaiyiət olunmuşdur. Ermənilərin öz müqəddəratlarını təyin etmək bəhanəsi ilə Dağlıq Qarabağı Ermənistana birləşdirmək cəhdi beynəlxalq hüquq prinsiplərinin kobudcasına pozulmasıdır.

      Dövlət müstəqilliyi əldə etdikdən sonra Ermənistan Respublikası Dağlıq Qarabağ probleminə başqa formada yanaşmağa başladı. Hal-hazırda Ermənistan liderləri bəyan edirlər ki, Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur, Dağlıq Qarabağ Azərbaycanın daxili problemidir və erməni əhalisinin öz müqədərratını təyin etməsi ilə bağlıdır. Ermənistanın problemə rəsmi yanaşma forması dəyişsə belə, Ermənistan Ali Sovetinin DQMV-nin Ermənistana birləşməsi haqda 1 dekabr 1989-cu il qərarı dəyişməz olaraq qalır. Amerikada nəşr edilən "Azərbaycan interneşnl" úurnalı yazır ki, Ermənistan rəsmiləri bu qərarın qüvvədə olmadığını bildirirlər, lakin indiyə qədər ləğv olunmadığına görə o rəsmi olaraq mövcuddur. Dağlıq Qarabağdan seçilən deputatlar hələ də Ermənistan Parlamentinin üzvləridir və Ermənistan vətəndaşları hələ də Azərbaycan ərazisində onun vətəndaşlarına qarşı vuruşurlar".

      Faktlar təsdiq edir ki, problemdə mövqeyinin dəyişməsinə baxmayaraq Ermənistan siyasi və hərbi yollarla Azərbaycanın daxili işlərinə müdaxilə etməkdə davam edir. Münaqişənin bu mərhələsində Dağlıq Qarabağ erməniləri də öz mövqelərini dəyişdirdilər. İndi onlar Ermənistana birləşmək istəmir, əksinə, millətlərin öz müqədərratın təyin etməsi prinsipinə əsaslanaraq müstəqil dövlət yaratmaq istəyirlər. Elə bu məqsədlə də 1991-ci ilin dekabrında Dağlıq Qarabağın erməni əhalisi referendum keçirərək müstəqil Dağlıq Qarabağ Respublikasını (DQR) elan etdilər. Bir halda ki, Ermənistan liderləri 1 dekabr 1989-cu il qərarının qüvvədə olmadığını bildirirlər, demək, o halda Dağlıq Qarabağ Azərbaycan Respublikasının qanuni ərazisi olaraq qalır.

      Bundan başqa, keçmiş Azərbaycan prezidenti Ayaz Mütəllibov 1991-ci il noyabrın 26-da DQMV-nin ləğv olunması haqda fərman vermişdi. Bu fərmana görə Azərbaycan ərazisində Naxçıvan MR-dan başqa digər federasiya subyekti yoxdur və Dağlıq Qarabağ birbaşa Azərbaycan hökumətinə və Konsititusiyasına tabedir. Millətlərin öz müqədərratını təyin etməsi prinsipi BMT Nizamnaməsinin 1-ci maddəsinin 2-ci bəndində, 1960-cı ildə qəbul edilmiş müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında bəyaəmnamədə, 1966-cı ildə qəbul edilmiş "Insan haqları haqqında" paktda, 1970-ci ildə qəbul edilmiş "Beynəlxalq hüququn prinsipləri haqqında" bəyamnamədə, ATƏT-in yekun sənədində və b. ifadə olunmuşdur.

      Heç bir şübhə yoxdur ki, Azərbaycanda və digər postsovet respublikalarında yaşayan ermənilər milli azlıqdır. Bu səbəbdən də ancaq məskunlaşdıqları dövlətin daxilində öz statusların müəyyən edə bilərlər, dövlətdən ayrılmaq isə yolverilməzdir. Ermənilərin milli azlıq oalraq yalnız Azərbaycan daxilində öz müqədərratların təyin etmə hüququ vardır.

      Nəzərdən keçirdiyimiz mətbuatda Dağlıq Qarabağ əsasən Azərbaycan ərazisi kimi göstərilir. "Çikaqo Tribyun" isə onu "Cənubi Qafqaz dağlarında yerləşmiş, Azərbaycan tərəfindən nəzarət edilən erməni ərazisi" adlandırır. "Vaşinqton Tayms" qəzeti belə yazırdı: "Tamamilə müsəlman Azərbaycanın hüdudları daxilində yerləşmiş, əhalisinin çox hissəsini xristian ermənilər təşkil edən Dağlıq Qarabağ 80-ci illərin sonlarından Bakının idarəsindən ayrılmışdır".

      Ölkədən ayrılmaq mürəkkəb qərar olmaqla bərabər, ən son, lakin öz müqədərratını təyin etmənin ən nadir hallarında mümkün ola bilən məqsədlərdən biridir. Xalqın öz müqədərratını təyin etməsi hüqununun məqsədlərinə aşağıdakılar daxil ola bilər: mövcud dövlətlə inteqrasiya olmaq; xüsusi imtiyazlar əldə etmək; milli dildə təhsil almaq; milli dilin rəsmi dil kimi tanınmasına və istifadəsinə nail olmaq; xalq və ya milli azlıq kimi rəsmi tanınmaya nail olmaq; dövlət daxilində yerli muxtariyyət almaq; dövlət daxilində müəyyən ərazi muxtariyyəti almaq və s. "Faynenşl tayms" qəzeti yazır: "Qarabağ ermənilərinin Azərbaycandan ayrılıb qonşu Ermənistana birləşmək haqda qərara səs vermələri müharibənin başlanmasına səbəb oldu".

      Beynəlxalq sənədlərə görə milli azlıq öz müqədərratını təyin edə bilər, amma müstəqillik formasında yox. Digər tərəfdən, müstəmləkə və torpaqları işğal edilmiş xalqlar müstəqillik elan edə bilərlər.

      Müstəqil dövlətin ərazisində yaşayan xalqların isə belə hüququ yoxdur. Qarabağ problemi Azərbaycan üçün yeni problem deyildir. Əsrin əvvəllərində və ortalarında bir neçə dəfə ortaya atılan bu problem 1988-ci ildə növbəti dəfə Azərbaycan xalqını "erməni məsələsi"nə cəlb etdi. Bu dəfə də onun motivlərini  əsassız ərazi iddiaları təşkil edirdi. 1988-ci ildə Ermənistan tərəfindən ortaya atılan DQ problemi yalnız Azərbaycan BMT-yə, Avropada təhlükəsizlik və əməkdaşlıq məsələləri üzrə təşkilata-ATƏT-ə üzv qəbul edildikdən sonra beynəlxalq əhəmiyyətli məsələyə çevrildi. Beləliklə də SSRİ-nin daxili işi hesab olunan bu məsələ beynəlxalq mətbuatda işıq üzü görməyə başladı. Dünya siyasətində qüvvələr nisbəti dəyişdiyi bir vaxtda ortaya atılan ərazi iddiaları dünya mətbuatını cəlb etməyə bilməzdi.

      Məhz ona görə Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən və dünya ölkələri tərəfindən tanındıqdan sonra bu münaqişə xarici mətbuatda öz əksini tapmağa başladı. Bu münaqişə xüsusilə “Çikaqo Tribyun”, “Vaşinqton Tayms”, “Azərbaycan interneyşnl”, “Interneşnl heral tribyun”, “Faynenşl tayms”, “Nyu-York Tayms” və başqa mətbuat orqanlarında öz əksini tapıb. Həmin mətbu orqanların bəzilərinin yazdıqlarından göründüyü kimi əvvəlcə beynəlxalq aləmdə məsələyə müxtəlif yanaşma tərzi var. Lakin getdikcə məsələyə münasibət dəyişir və yazılarda obyektivlik özünə yer alır. Artıq bir sıra dövlətlər Dağlıq Qarabağ probleminin mahiyyəti barədə dolğun təsəvvürə malikdirlər. Bu məsələnin regionda qeyri-stabil vəziyyətin yaranmasına xidmət etdiyini başa düşür və onun beynəlxalq hüquq prinsiplərinə uyğun həllinin tapılmasında daha obyektiv mövqe tutmağa çalışırlar. Dəfələrlə vurğulanıb ki, problemin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupuna həmsədr olan dövlətlərin maraqlarının toqquşması məsələnin çözülməsinə mane olan amillərdir.

      Hər bir dövlət məsələnin həllinə öz maraqlarından yanaşaraq, digər dövlətin irəli sürdüyü təkliflərə normal münasibət bildirməkdən çətinlik çəkir. Regionda maraqları günbəgün artan ABŞ Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı ümumilikdə Cənubi Qafqazda mövcud olan digər problemlərin də ədalətli həllinə həmişə çalışır. Azərbaycanın terrorizmlə bağlı mövqeyini yüksək qiymətləndirən ABŞ dövləti 2001-ci il 11 sentyabr hadisələrindən sonra ölkəmizin işğala məruz qalması faktını təsdiqlədi, Ermənistanın işğalçı dövlət olduğunu bəyan etdi. Bütün bu faktlar da ingilis dilli mətbuatda öz əksini tapır və göründüyü kimi Qarabağ münaqişəsinin əsas mahiyyəti ilə bağlı beynəlxalq aləmdə dolğun təsəvvür yaranır.

       

      • Hits: 1167 clicks

      Tecox component by www.teglo.info