155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    İstiqlal Xatirəmiz / Alican TATLI

      Share

      Hadisələr insanların mövqelərinə görə dəyər qazanır. Bundan ötrü Rəbbilə əlaqəsinin necə olması, insanın öz mövqeyində ən çox diqqət edəcəyi əsas məsələdir. Bizim mövgeyimiz hardadır, sualına verəcəyimiz cavab,

       məhz bu fani dünya həyatını deyil, əbədi axirət həyatımıza da təsir edəcəkdir. Buna görə və hər insanın: "Mənim Yaradanla münasibətlərim necədir? Qəlbimdəki Yaradan necədir? sualını öz-özünə soruşması xüsusi əhəmiyyət kəsb ədir.

      Hər şeydən əvvəl bunu dəqiqləşdirmək lazımdır ki, biz yaradanıq, yoxsa yaradılanıq? Əlbəttə, biz yaradılanıq. Elə isə Yaradanımızı bilmək, tanımaq və Ona görə bir mövge seçməliyik.

      Çünki "Yaradan yaratdığını heç bilməz mi?"-(Mülk surəsi, 14) buyuran Rəbbimizin, bizi və bütün yaratdıqlarını çox yaxşı tanıdığı məlum olur.

      Həyatda bəzi planları olan insanın birinci hədəfi:

      "Necə olur ki, mən bu həyatı qəlbən Rəbbimlə keçirirəm, Onunla görüşürəm" qayğısını daşımaq olmalıdır. İnsanın hər işinə "Bismillah" ilə başlaması əslində bu deməkdir. Bundan başqa bismillah da  Allah-Təalanın qullarına "Əgər mənim adımı zikr edirsənsə, bunun fərqində ol" təlqini vardır. Beləliklə "bismillah" deyib Onun iradə və əmrlərinə uyğun olmayan işlər görmək, yəni halala, harama diqqət etməmək, müasir dillə ifadə etsək, qırmızı xətti keçmək,  böyük bir qaçışdan başqa bir şey deyildir.

      Bütün bu qaçışlar, Rəbbimizdən qopduğumuz zaman, Onun bizə daim nəzarət etdiyini və gördüyünü unutduğumuz an başlayır. Amma həyatda Yaradandan gizli qalan heç bir anımız yox və bizə daima nəzarət edir. (Fəcr, 14)

      Qurani-Kərim bizə, həyatdakı mövgeyimizi və necə olmağımızı müəyyən edən bir gələcək, istiqbal xəritəmizi verir. Dünyada, qəbirdə, məhşərdə, axirətdə, harada olmaq istəyirik, məhz bu sualların cavıbını verir. Bu keçidlərdə əmin və təhlükəsiz bir halda qalmağın yollarını öyrədir. Həyatımızı Onun istəklərinə görə nizamlamağımızı istəyir.

      İnsanın, "bu həyat mənimdir; bildiyim kimi yaşayaram" - demək haqqına sahib odmadığını xatıladır.Bu cür düşünənlərə axır nəfəslərini verirkən elə bil ki, belə səslənilir: "Bu həyat mənimdir - deyirdin, elə isə, gücün çatırsa çıxan canını geri qaytar! Həyatını davam etdirə bilirsənsə -etdir. Son nəfəsinin bitməsini saxla görüm, necə saxlayırsın." Halbuki həyatın, ölümün və hər şeyin sahibi yalnız Allah olduğundan, o bəndənin bunların heç birinə gücü çatmaz və mütləq iradəyə təslim olmaq məcburiyətində qalır.

      İnsanın gənclikdə qazanmadığı mübarizəni qocalıqda qazanmasının olduqca çətin olduğunu deyir gələcək xəritəmiz. Buna görə də hər yaşda nəfsinə qarşı bir müdafiə xətti qurması lazım olan insanın, özünü, Rəbbindən uzaqlaşdıracaq ən böyük düşməni olan nəfsinə qarşı, xüsusilə gənc yaşda mübarizkar olmağa vərdiş etdirməsi xatırladılır. Bununla birlikdə  onun nəfsinə qarşı  qurduğu birinci müdafiə xəttini itirdiyində, ikincisini də asanlıqla itirəcəyini, bundan ötrü günahlara qarşı birinci dəfə möhkəm dayanmağın və geri addım atmamağın vacibliyini, geri addım atdıqca qalanların bir-bir itiriləcəyini heç vaxt unutmaması öyrədilir.

      İstiqbal xəritəmiz, keçmişimizdə "kaş" sözünün çox istifadə edilməsini yaxşı qəbul etmir. Keçmişimizin "kaş" məzarlığı halına dönməsini istəmir. Bizlərə: "Son anınız bu həsrət sözü ilə bitməsin!"- deyə çox təlqin edilir. Öldüyümüz vaxt Rəbbimizdən bizə bir az da vaxt verməsini istəyəcəyimizi və bu vaxt ərzində "...sədəqə verib salehlərdən olsam!" (Münafiqun 10) deyərək "sədəqə vermə" və "salehlərdən olma" arzusu kimi iki şeyin böyük bir həsrət və peşmançılığı içində olacağımızı bildirir. Bundan ötrü xəritəmiz bizə, həyatın insana bir dəfə verilmiş bir imkan olduğunu, bunun üçün vaxta, saata qiymət verməyimizi xatırladır. Keçmişimizdəki "kaş"ları azaldan formulun isə "Bu gün Allah üçün nə etdin" sualını özümüzə  tez-tez soruşmaqdan keçdiyini öyrədir. 

      Gələcək xəritəmizin bizə xatırlatdığı başqa bir məsələ, bəndənin daima bir acizlik içində olması və bunu heç vaxt yaddan  çıxarmamasıdır. Ondan Allah-Təalanın qüdrətini hər şeydə görə biləcək vəziyyətə gəlməsini tələb edir. Çünki O, sənətinin əçəmətli görüntülərini insanın və kainatın  yaradılışında bütün möhtəşəmliyi ilə göstərdiyindən, bəndəsinin də bunu görüb Ona təslim olmasını istəyir. Buna kor, kar və lal qalmağın nemətlərə qarşı böyük bir hörmətsizlik olacağını ifadə edir.

      Yenə o, ən böyük düşmənin sərhədlərdəki yox, içimizdəki düşmən olduğunu öyrədir. Buna görə bizdən, nəfsimizi təmizləməyimizi, qəlb dünyamıza əhəmiyyət verməyimizi istəyir. Çünki Allah-Təalanın, əməllərimizi buna görə dəyərləndirəcəyini, qurtuluşumuzun ancaq buna bağlı olduğunu deyir, bu yol xəritəmiz.

      Gələcək xəritəmiz xüsusilə gəncliyin əhəmiyyətli bir nemət və fürsət olduğunu, bunun qiymətinin çox yaxşı bilinməsinin vacibliyini, Cəfəri Təyyarın Həbəşistana hicrət edəndə, Müsab bin Umeyrin nurlu Mədinəyə müəllim kimi göndəriləndə, Üsamə bin Zeyd ordunun rəhhərliyinə  təyin ediləndə, Fatih Sultan Məhmədin İstanbulu  fəth etdiyində gənc olduqlarını xatırladır bizə...

      Xülasə, istiqbal xəritəmiz olan Qurani-Kərim, doğru yolu da göstərir, əyri yolu da...

       

      • Hits: 790 clicks

      Tecox component by www.teglo.info