155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    İrfan Bizim Canımız / Eşref TANDOĞAN

      Share

      Birnöv bilik demək olan mərifət və irfan, əslində bilikdən fərqlidir.

      Mərifət-yaşayaraq, görərək, hiss edərək təcrübə ilə əldə edilən bilikdir. Mənbəyi də qəlb, ruh, sirr, ilham və kəşfdir. Biliyin mənbəyi isə ağıl işlətmək, duyğu orqanları, araşdırma və nəqldir. Maddi elmləri mənimsəyənləri alim, daxili aləm, qəlbi bilik və mərifət sahiblərini arif adlandırmışlar.

      Keçmişlərimiz "elm və irfan" sahibi deyirdilər. Elmi başa düşdük, yaxşı bəs irfan nə deməkdir? Eyniylə yediyimiz bir almanın bədənimizdə güc halına gəlməsi kimi. Almaya yalnız sahib olmaq yetməz, onu qaydalarına uyğun; məsələn: çürüməmiş halda yeyərək vücuda qida və güc olaraq bağışlamaq lazımdır.

      Deməli, insanın canlılığını davam etdirən xüsus, qidaya sahib olmaq işi  deyil, əksinə, onu qəbul və həzm etmə prossesidir.

      Həqiqətən də, sağlam biliyi həzm etməyən cəmiyyətlər xəstə, ac və ölü cəmiyyətlərdir.

      Günümüzdə müasir insan, həddən artıq biliyə sahibdir. Ancaq, bu biliyi nəinki insanlığın, hətta özünün belə faydası üçün istifadə etməsində o qədər də nailiyyət əldə edə bilməmişdir. Bir çox maddənin zərərli oduğunu bilməsinə baxmayaraq, bilməyənlərdən daha çox istifadə edir.

      Uca Peyğəmbərimiz (s.ə.s) faydasız elmdən Allaha sığınmışdır: "Allahım, faydasız elmdən sənə sığınıram" - dediyi kimi; "Allahım, səndən faydalı elm istəyirəm" -deyə də dua etmişdir.

      Heç bir savadı olmadığı halda, halalı bilib haramdan şiddətlə qaçan, gözəli seçib çirkini rədd edən, xeyiri tövsiyə edib şərdən çəkindirən insanlar var. Bu insanlar irfan və istiqamət sahibidirlər. Bildikləri çox az şeylə əməl edərək bilmədiklərini qəlb təmizliyi ilə əldə edərlər.

      Məscidlərdə əllərini açıb "Allahı görürmüş kimi" dua edən, Ondan nə isə istəyən insanlara rast gəlirik. Bu insanlar, nəfsini tanıyan, ağlının həddini bilənlərdir. Çünki Hz. Peyğəmbər (s.ə.s) belə buyurur: "Nəfsini tanıyan, Rəbbini tanıyar". Belə yerdə Yunus Imrənin ləzzətli misralarını xatırlamamaq mümkündürmü?

      Elm, elm bilməkdir

      Elm, özün bilməkdir

      Sən özünü bilməzsən

      Bu necə oxumaqdır.

      Mərifət, irfan və kəşf üçün qəlb təmizliyini tamamlamaq lazımdır. Əsasən peyğəmbərlər də bunun üçün göndərilirlər. (Bax. Bəqərə 2/129, Ali-Imran 3/164)

      Kir və paslardan təmizlənmiş olan qəlbin həqiqəti qəbul edə bilməsi, əks etdirə bilməsi belə bir hekayə ilə bildirilir:

      Bir-biri ilə rəqabətə girən Rum və Çin sənətkarlarından imtahan üçün bir salonun qarşılıqlı iki divarında hünərlərini göstərmələri tələb olunur. Bir-birindən köçürməyə mane olmaq üçün də aralarına pərdə çəkilir. Rum rəssamları uzun və yorucu bir çalışmadan sonra çox rəngli və göz qamaşdırıcı bir əsər meydana çıxardırlar. Çinlilər isə bir rəsm və bəzək çəkməyib, yalnız özlərinə verilən divarı parlatmaq və cilalamaqla məşğul olurlar.

      Pərdə aradan götürüldükdə Rumların çəkdiyi eynilə və daha parlaq olaraq qarşı tərəfə əks edir.

      Təsəvvüf böyüklərindən birinin demiş olduğu bu söz nə qədər mənalıdır:

      "Elm, cahiliyi aradan qaldırar, axmaqlıq isə davam edər."

      Deməli, elmin canı olan mərifət və irfan olmasa, insan elmdə dünyanı udsa da, axmaqlıqdan qurtarmaya bilər. Ibnul Cevzi axmaqlıq və qəfləti; "məqsəd doğru olduğu halda səhv yolu izləmək və səhv üsuldan  istifadə etmək" kimi tərif edir.

      Elm və irfan haqqında söhbət etdiyim bir dostuma bu məsələdən bəhs etdiyim zaman mənə: "Ən böyük axmağın kim olduğunu tapdım!"- dedi. Mən maraqla nə deyəcəyini gözləyərkən; "Mən!"- dedi. Gülüşdük...

      Dostum sözlərinə belə davam etdi:

      - Allah Təala ağlı, təbiəti və içindəki bu qədər neməti biz onu tanıyaq və rizasını qazanaq deyə yaradıb, biz isə bu vasitələrlə əsil məqsədə çata bilmirik.

      Dostumun təvazökarlıq halında və özünə bir dərs çıxarmaq məqsədilə dediyi bu sözləri, bizə axamaqlıq və qəflətin bir başqa növünü izah etmiş olur. O da budur:

      "Doğru vasitə ilə səhv hədəfə yönəlmək", Cənabi Haqqın rizasına nail olmaq yerinə qəzəbinə düçar olmaq...

      Söhbətimiz Hz. Əli əfəndimizin "Hər insanda biraz axmaqlıq var və onunla yaşayar" sözü ilə davam etdi.

      Deyə bilərik ki, insana ağıl və dini öyüdlər yuxarıda qeyd etdiyimiz vəziyyətdən qurtulmaq üçün verilmişdir. Ancaq buna baxmayaraq insanların bir qismi bəzən və müvəqqəti, bir qismi də daimi olaraq hədəflərini itirirlər.

      Dinimizdən öyrəndiyimiz kimi, şeytan böyük bir alim idi, ancaq bəzi sərhədləri tanımadığı və həddi aşdığı üçün lənətlənmişdir. Bəzi alimlər onun düşdüyü böyük axmaqlığa misal çəkib belə demişlər: Şeytan Firounun yanına getdi:

      - Sən kimsən?

      - Mən şeytanam!

      - Niyə gəldin?

      - Səni görmək və dəliliyinə heyrət etmək üçün!

      - Niyə?

      - Mən özüm kimi yaradılmış birinə düşmanlıq etdim. Ona səcdə etməkdən çəkindim və lənət edilib qovuldum. Sən isə ilah olduğunu iddia edirsən. Vallahi bu qorxunc bir dəlilikdir!"

      Bu jurnala verilən isim çox xoşdur. İrfan adının bizdə oyandırdığı mənalar münasibətilə bu jurnalın elm və irfan sahibi gənclərin yetişməsində payı olmasını təmənna edərək, bütün çalışanalarına Cənabi Haqdan müvəffəqiyyətlər diləyirəm.

      Allahım! Bizə həqiqi elm və irfan nəsib et, bizi elm və irfan sahiblərindən ayırma!

      AMİN!

       

      • Hits: 728 clicks

      Tecox component by www.teglo.info