Osman Nuri Topbaş / HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əbul-Həsən Haraqanı -4-

    PDF faylını alÇapE-poçt

      Share

       

      Əbul-Həsən Haraqani həzrətləri buyurur:

      “Allah (c.c) sizi dünyaya təmiz gətirdi, siz də Onun huzuruna kirlənərək getməyin!”.[1]

      [İnsan dünyaya bulanıq bir bətndən gəldiyi halda gözəl ətir saçar, gözlərə aydınlıq, könüllərə fərəh verər. Bu, onun məsumluğundan doğan paklığından irəli gəlir. Allah-Təala da bizim dünyaya göndərildiyimiz kimi tərtəmzi qalmağımızı, dürüst həyat yaşayıb, əməl dəftərini ləkələmədən, yəni tərtəmiz halda hüzuruna çıxmağımızı istəyir. Buna görə də ayeyi-kərimədə belə buyurulur:

      (İnsanların diriləcəyi) o gün nə mal fayda verər, nə də övlad. Ancaq Allaha qəlbi-səlim (təmiz bir qəlb) ilə gələnlər (o gün fayda görərlər).” (əş-Şüəra, 88-89)

      Beləliklə biz qullarından qəbul edəcəyi ən qiymətli hədiyyənin “qəlbi-səlim” olduğunu bəyan edir.

      Qəlbi-səlim təzkiyə olunmuş, təmizlənmiş, nöqsanlardan azad olmuş, tərtəmiz bir qəlbdir. Buna necə nail olmaq mümkündür? Təbii ki, günah və üsyan kirlərindən, nəfsani ehtirasların qatılığından qəlbi mühafizə edərək. İnsanlıq zərurətindən dolayı özümüzü qoruya bilmədiyimiz günah kirlərini də dərhal pe.mançılıq göz yaşlarıyla yuyub, xüsusilə səhər vaxtlarında tövbə və istiğfar ilə təmizləyərək… Hüzuri-ilahiyə ağ üzlə, könül hüzuru və rahat vicdanla çıxa bilmək səylərilə, təqva sahibi bəndə olaraq…

      Çünki Allah-Təala qullarını səadət və asayiş yurdu olan cənnətə dəvət edir. Lakin cənnət lətafət diyarıdır. Oraya ancaq kəsafətdən təmizlənmiş, yəni günah kirlərindən təmizlənərək lətif hala gəlmiş olanlar qəbul edilərlər. Necə ki, ayeyi-kərimədə bu həqiqətə belə diqqət çəkilir:

      Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və (cənnət) gözətçiləri (onlara): “Salam sizə! Xoş, tərtəmiz gəldiniz! Əbədi qalacağınız Cənnətə daxil olun!” – deyəcəklər”. (əz-Zumər, 73)

      Nəticə etibarilə nə qədər ki, bu gün imkanımız var, günah və məsiyət kirlərindən təmizlənmək məcburiyyətindəyik. Gənclik və sağlamlığa güvənərək tövbə və istiğfarı sonra­ya saxlamaq mənən həlak olmağa səbəbdir. Bu həqiqətə işarə ilə Muhamməd Məsum Sirhindi həzrətləri  gənc tələbələrinə belə nəsihət edir:

      “Övladım! Ömrün ən qiymətli zamanı gənclik günləridir. İnsanın güclü-qüvvətli olduğu, bədən üzvlərinin sağlam olduğu bu günlər keçər və ömrün ən zəif vaxtı gəlib çatar. Nə yazıq ki, insanlar ən şərəfli qazanc olan mərifətullahı gəlib-gəlməyəcəyi müəyyən olmayan qocalıq vaxtına saxlayırlar. Ömrün ən şərəfli vaxtlarını ən rəzil varlığa, nəfsani həvəslərə sərf edərlər. Unutma ki; “Sabah edərəm deyənlər həlak oldu!”.[2]

      Buna görə Haqq-Təala əldə fürsət varkən tez-tez tövbə və istiğfarı əmr edir. Çünki işlənən hər günah qəlbi qaraldan bir ləkədir. Bu ləkələr çoxaldıqca sonda qəlb qəsvət və üsyan qaranlığına gğmülər. Tamamilə səhvsiz bir qul ola bilmək heç bir bəşər üçün mümkün olmadığından insan oğlu üçün daimi mənəvi təmizlənmə cəhdində olmaq şərtdir. Necə ki, ayeyi-kərimədə Uca Rəbbimiz buyurur:

      …Allah tövbə edənləri də, təmizlənənləri də sevər”. (əl-Bəqərə, 222) Yəni Allah-Təala zahiri təmizliklə zahirini, tövbə və istiğfar ilə də daxili aləmlərini təmizləyən qullarını sevdiyini bəyan edir.]

      Əbul-Həsən Haraqani həzrətləri buyurur:

      “Ali mərtəbələrə ucalan Haqq dostları ixlasla işlədikləri əməlləri ilə yanaşı nəfslərini də təzkiyə etdikləri üçün yüksəlirlər.”[3]

      [Mənəvi tərbiyədən keçməmiş xam bir nəfs ilə edilən əməllər nə qədər ixlasla ifa edilmiş kimi görülsə də surətdən ibarətdir, xüşu, hüzur və könül bolluğundan uzaqdır. Necə ki, İmam Rəbbani həzrətləri:

      “Nəfsi-mutməinnəyə qədər edilən ibadətlər və qulluq təqlididir. Nəfsi-mutməinnədə isə bunlar təqliddən təhqiqə çevrilər (yəni kamala çatar)”,- buyurmuşdur.

      Mövlana həzrətləri də belə buyurur:

      “Gündüz kimi işıq saçmaq istəyirsənsə, gecəyə bənzəyən nəfsani arzularını yandırmalısan!”

      Yəni nəfsin bitməyən arzularını riyazət və mücahidə atəşiylə yandırıb onu ruhun enerjisinə çevirmək lazımdır. Həqiqətən nəfs tərbiyə edilərək ayaq altına alındığı zaman sahibini sanki meraca yüksəldən bir vasitə olar. Lakin bunun əksinə, xam halıyla buraxılıb baş üstündə daşınsa, insanı aşağıların ən aşağısına salan mənəvi iflas səbəbi olar.

      Nəfsi təzkiyə ilə mənlik aradan çıxarılmadığı müddətcə, ibadət, müamilə və xidmətlərə təkəbbür, lovğalıq və eqoizm başda olmaqla bir çox nəfsani məqsədin qarışma təhlükəsi həddən artıqdır. Necə ki, Həzrət Mövlana –quddisə sirruh- bir çuvalın dibindəki dəliyi bağlamadan içini doldurmağa çalışnağın bihudə əmək sərfindən ibarət olduğunu ifadə edir. Bu səbəblə saleh əməllərin Haqq qatında məqbul ola bilməsi üçün ilk növbədə nəfsin xam xüsusiyyətlərindən xilas olmaq zəruridir.

      Beləliklə hər insanın nəfs tərbiyəsindən keçərək “mutməinnə” və ondan da yuxarı mərtəbələrə çatmaq üçün səy göstərməsi zəruridir. Bu tərbiyə nəticəsində iman və əxlaqın səviyyə qazanması, ibadətlərin də məqbul olmasına zəmin hazırlayar.

      Bu barədə Sami Əfəndi həzrətləri belə buyurmuşdur:

      “Həqiqi mənada İslama girə bilmək nəfsi-əmmarəni aradan qaldırmağa və ilahi əmrlərə tabe olmağa bağlıdır. Buna görə də nəfsi-mutməinnəyə yüksəlməzdən əvvəl, yalnız qəlbin təsdiqi ilə meydana gələn İslama “Məcazi İslam” deyirlər. Nəfs mutməinnə mərtəbəsinə çatdıqdan sonra olan imana isə “Həqiqi iman” deyilir.”]

      Əbul-Həsən Haraqani həzrətləri buyurur:

      “Namaz və orucun fərz olması və ifasının zəruriliyi kimi təkəbbürü, həsədi və ehtirasları da qəlbdən uzaqlaşdırmaq da zəruridir.”[4]

      “Təndirdən paltarına bir qığılcım sıçrasa, dərhal onu söndürməyə çalışırsan. Bəs dinini yandıracaq olan odun, yəni təkəbbür, həsəd və riya kimi pis sifətlərin qəlbində yer etməsinə necə dözürsən?!”[5]

      [Mömin dinin zahiri və batini hökmlərinə riayət etmək nəticəsində kamala çatar. Dinin dəstəmaz, namaz, oruc, zəkat kimi zahiri fərzləri olduğu kimi gözəl əxlaqa, təmiz vicdana sahib olmaq, mərhəmət, şəfqət, fədakarlıq, ixlas və təqva kimi batini fərzləri də var.

      Həmçinin dində içki, zina, qumar, faiz kimi zahiri haramlar olduğu kimi lovğalıq, təkəbbür, riya, özünü bəyənmə, xəsislik, həsəd, sui-zən kimi batini haramlar da var. Ayeyi-kərimədə buyurulur: “Günahın aşkarından da, gizlisindən də əl çəkin!..” (əl-Ənam, 120) Yəni möminin zahiri haramlardan uzaq durması zəruri olduğu kimi, ruhuna zəhər saçan batini haramlardan çəkinməsi də bir o qədər zəruridir. Hətta bir çox batini haram, -mənəvi həyatdakı nəticəsi baxımından- zahiri haramlardan daha təhlükəlidir. Buna misal qəbilindən Rəsulullah (s.ə.s) belə buyurmuşdur:

      “Qəlbində zərrə qədər təkəbbür olan kəs cənnətə girə bilməz…” (Müslim, İman, 147)

      Gğrdüyümüz kimi batini günahları qəlbdən ata bilmək ən az zahiri günahlardan uzaqlaşmaq qədər mühümdür. Təəssüf ki, ehtiras, həsəd, lovğalıq, riyakarlıq kimi haramlar əksəriyyətlə xəfifə alınadaq daha çox işlənməkdədir. Halbuki mənəvi həyatın xərçəngi olan bu kimi çirkinliklərdən qorunmaq daha da vacibdir.]

      Əbul-Həsən Haraqani həzrətləri buyurur:

      “Çox ağlayıb az gülün, çox susub az danışın, çox infaq edib az yeyin, başınızı yastıqdan uzaq tutun!”[6]

      [Təsəvvüfi tərbiyədə mənən kamilləşmək üçün tətbiq olunan bəzi üsullar var. Bunlar riyazət, yəni nəfsə xoş gələn şeylərdən əl çəkmək və mücahidə, yəni nəfsin xoşua gəlməyən bəzi çətinliklərlə tərbiyə etməkdir. Bu, eyni zamandailahi və nəbəvi bir nəfs tərbiyəsi metodudur.

      Əshabi-kiramdan Abdurrahman bin Əvf (r.a) buyurur:

      “İslam nəfsə xoş gəlməyən çətin əmirlər gətirmişdi. Biz xeyirlərin ən xeyirlisini, nəfslərə ağır gələn bu çətin əmrlərdə tapdıq. Məsələn, Rəsulullah  (s.ə.s) ilə Məkkədən çıxıb hicrət etmişdik. Nəfsimizə ağır gələn bu hicrətimizlə bizə fəzilət və zəfər bəxş olundu. Həmçinin Allah-Təalanın Qurani-Kərimdə:

      “Bu, möminlərdən bir dəstənin xoşuna gəlmədiyi halda, Rəbbinin səni haqq uğrunda öz evindən çıxartmasına bənzəyir! Gözləri baxa-baxa ölümə sürüklənirlərmiş kimi, haqq (Bədr vuruşunun vacib olması) bəlli olduqdan sonra belə, onlar yenə də bu barədə səninlə mübahisə edirdilər” buyuraraq tərif etdiyi kimi Allah Rəsulunu ilə Bədirə çıxmışdıq. Allah-Təala burada da bizim üçün fəzilət və zəfər lütf etmişdi.

      Xülasə, biz ən böyük xeyirlərə həmişə nəfsinizə ağır gələn bu kimi əmrlər sayəsində nail olmuşduq.” (Heysəmi, VII, 26-27)

      Əbul-Həsən Haraqani həzrətlərinin diqqət çəkdiyi xüsuslar da nəfsani ehtirasları qıraraq ruhaniyyəti inkişaf etdirmək üçün müraciat edilən tərbiyəvi üsullardandır. Bunlara qısaca toxunacaq olsaq:

      Çok ağlayın, az gülün!

      Dünyəvi sevinclərlə həddindən artıq gülmək, sevinmək və çılğın qəhqəhələr atmaq insana önündəki ölüm, qəbir, diriliş, hesab, sirat kimi çətin mənzilləri unutdurur. Bu isə qəlblərin zərafət və həssaslığını zədələyər, könül feyzini yox edər. Bunun üçündür ki, Allah-Təala:

      “Həm də gülürsünüz, heç ağlamırsınız! Siz (qəflət içində) oynayır-əylənirsiniz (ona etina etmirsiniz).” (ən-Nəcm, 60-61) xəbərdarlığını etmiş və başqa bir ayədə:

      “Qazandıqlarının (qazandıqları günahların) cəzası (əvəzi) olaraq az gülüb çox ağlasınlar!” (ət-Tövbə, 82) buyurmuşdur.

      Rəsulullah (s.ə.s) də:

      “Əgər mənim bildiklərimi bilsəydiniz, az gülər, çox ağlayardınız”,- buyurmuşdur. (Buxari, Təfsir, 12)

      Rəsulullah (s.ə.s)bir gün gülən bir neçə insanlarla rastlaşmışdı. Onlara belə buyurdu:

      “Cənnət və cəhənnəmdən bəhs edən Kitab aranızda olduğu halda siz gülürsünüzmü?!”

      Orada olanlardan heç birini vəfat edənə qədər bir daha gülərkən görən olmadı. (Heysəmi, X, 307)

      Haqq dostu Mövlana həzrətləri necə də gözəl söyləyir:

      “Peşmanlıq alovu ilə dolu bir könüllə və nəmli gözlərlə dua və tövbə et! Çünki çiçəklər günəşli və nəm yerlədə açar!..”

      Çox susun, az danışın;

      Ağzımıza girən loğma kimi ağzımızdan çıxan hər sözə də diqqət etməliyik. Çünki insan ağzından çıxan hər sözdən məsuldur.

      Necə ki bir gün Muaz bin Cəbəl (r.a) Həzrət Peyğəmbərdən hansı əməli işləməyin daha xeyirli olacağını soruşmuş və bu məqsədlə xeyli saleh əməl sadalamışdı. Lakin Rəsulullah (s.ə.s) hə səfərində:

      “İnsanlar üçün bundan daha xeyirlisi var”,-  buyurmuşdu. Muaz (r.a):

      “Atam-anam Sənə qurban olsun, insanlar üçün bunlardan daha xeyirli olan nədir?”,- deyə soruşduqda Allah Rəsulu (s.ə.s) ağzını göstərdi və:

      “Xeyirli söz söyləməyəcəksə, susmaq!”,- buyurdu. Muaz (r.a):

      “Danışdıqlarımızdan ötrü hesaba çəkiləcəyik?”,- deyə soruşdu. Rəsulullah (s.ə.s) Muazın dizinə xəfif vuraraq belə buyurdu:

      “Allah xeyrini versin, ey Muaz! İnsanları üzü üstə cəhənnəmə sürükləyən dillərinin söylədiyindən başqa nədir ki? Kim Allaha və axirət gününə inanırsa, ya xeyirli söz söyləsin, ya da sussun, zərərli söz söyləməsin! Siz xeyirli söz söyləyərək qazanc əldə edin, zərərli sözlərdən uzaq olaraq rahatlığa və səadətə qovuşun”. (Bax. Hakim, IV, 319/7774)

      Həzrət Peyğəmbər (s.ə.s):

      “Rəbbim mənə sükutumun təfəkkür olmasını əmr etdi.”[7] buyuraraq, sükutu da bir ibadət vəcdiylə yaşamağın lüzumuna diqqət çəkmişdir.

      Doğrudan da nəfs cilovlanıb, ruh inkişaf etdikcə qəlbin üfüqü genişlənməyə başlayar. O mömin artıq hər şeyə “Yaradan Rəbbinin adıyla oxu!” (əl-Ələq, 1) ayəsinin sirriylə, ibrət nəzəriylə baxar. Baxdığı hər şeydə də ilahi qüdrət təcəllilərini görərək qəlbən Allaha qovuşar.

      Allah-Təala bizi elə bir imtahan dərsxanasında xəlq etdi ki, hər şey bizə Onu xatırladır. Bunun idrak edilməsi üçün könüldən qəflət pərdəsinin qaldırılması zəruridir. Bu barədə aşağıdakı hadisə nə qədər ibrətlidir:

      Tabiun nəslinin böyük şəxsiyyətlərindən Əbu Vail (rəh.ə) nəql edir:

      “Abdullah bin Məsud (r.a) ilə səfərə çıxdıq. Rəbi bin Heysəm də bizimlə idi. Bir dəmirçinin yanından keçirdik. Abdullah (r.a) dayanıb odun içindəki dəmirə baxmağa başladı. Rəbi də oda baxdı və az qala yıxılacaqdı. Sonra Abdullah oradan ayrıldı. Fərat sahilində bir kürənin önünə gəldik. Abdullah (r.a) kürənin içindəki odun alovlarını gördükdə:

      “O (atəş) onları uzaqdan görüncə (kafirlər) onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər. Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman (Dünyada Allaha asi olduqlarına görə özlərinə bəd dua edib) ölüm diləyərlər.” (Furkan, 12-13) ayeyi kəriməsini oxudu.

      Bu zaman Rəbi özündən getdi. Onu evinə apardıq. Abdullah t günortaya qədər baş ucunda gözlədi, amma Rəbi ayılmadı. Axşama qədər gözlədi, nəhayət ki, Rəbi özünə gəldi...” (Əbu Ubeyd, Fəzailul-Quran, s. 23)

      Allah-Təala bizi tez-tez qiuaməti təfəkkürə dəvət edir. Qurani-Kərimin xüsusilə son 2ç cüzündə tez-tez qiyamətdən xəbər verilir. Yer üzü necə olacaq, səmalar necə olacaq, insanlar hansı hallara düşəcəklər və s… Məhz bu həqiqətlərin təfəkküründə irəliləyərək təqvada mərhələ qət etməyə çalışmalıyıq.

      Çox infaq edin, az yeyin;

      Mömin ehtiyac miqdarıyla kifayətlənib, möhtac olduğundan artığını infaq etməli, özü üçün kifayət miqdarını təyin edərkən də insaflı davranmalıdır. Hər məsələdə olduğu kimi bu işdə də Allah Rəsulunu, əshabi-kiramı və İslam böyüklərini özünə nümunə götürməlidir. Cəmiyyətin ümumi qəbul etdiyini nümunə götürməkdənsə,  əsri-səadət cəmiyyətinə baxaraq halını yoxlamalıdır.

      Abdullah Dəhləvi həzrətləri az yemək xüsusunda bu gözəl təşbehi edir:

      “Dünya həyatı bir gündür, o bir gündə də oruc tutmalıyıq.”[8]

      Yəni nəfsimizi günahlardan və həddi aşmaqdan çəkindirməliyik.

      Həmçinin Allaha məhəbbətimizin göstəricisi Onun yolundakı fədakarlığımızdır. Ayeyi-kərimədə isə əsil fədakarlığa belə işarə olunur:

      “Sevdiklərinizdən (Allah yolunda) xərcləmədikcə “birr”ə (xeyrin kamillik nöqtəsinə) çatmazsınız...” (Ali-İmran, 92)

      Başınızı yastıqdan uzaq tutun;

      Yəni yuxunun əsiri olaraq, daxili dünyanızı qaraltmayın!

      Haqq-Təala ilahi mükafatlarla müjdələdiyi bəxtiyar qulları haqqında belə buyuruyor:

      “O müttəqilər gecələr çox az yatar, səhər vaxtlarında isə istiğfara davam edərdilər”. (əz-Zariyat, 17-18)

      Həzrət Süleyman (ə.s)-a anası belə nəsihət etmişdi:

      “Övladım! Gecələr çox yatma! Çünki gecələr çox yatmaq insanı qiyamət günü müflis edər!” (İbn Macə, İqamət, 174)]

      Əbul-Həsən Haraqani həzrətləri buyurur:

      “«Əməl işləməyinə ehtiyac yoxdur!» demirəm. Lakin işlədiyin əməli özün işlədiyini, yoxsa başqasının sənə işlətdiyini bil­mən şərtdir. Əslində bəndə Allahın sərmayəsiylə ticarət edir. Sərmayəni Allaha verib getdikdə əvvəl də Al­lah, axir də Allah, ortası da Allahdır. Ticarətin Onun saysində qazanc gətirər, sənin sayəndə deyil! Bazarda özü üçün pay görənin oraya yolu yoxdur.”[9]

      [Qulluq ədəbi xəta və nöqsanları nəfsindən, bütün müvəffəqiyyətlri isə Allahdan bilməyi tələb edir.

      Unutmamalıyıq ki, hamımız yoxdan var edildik. Var olmaq və milyonlarla varlıq içində əşrəfi-məxluqat sayılan “insan” kimi yaradılmaq üçün heç bir əvəz ödəmədik. Rəbbimiz bizə fərqində olduğumuz və olmadığımız saysız lütflərini heç bir qarşılıq almadan ehsan etdi.

      Ona şükür üçün etdiyimiz ibadət, itaət, xidmət və saleh əməllər də Onun bizə lütfüdür əslində. Çünki O bizə bu yolda güc və imkan verdiyi üçün biz bunlara müvəffəq qılınırıq. Bu səbəbdən özümüzə aid heç bir sərmayəmiz yox. Sırf Allahın bizə verdikləriylə Onun rizasını cəlb etməye çalışırıq.

      Bir anlıq düşünək: Allah bizə göz nemətini lütf etməsəydi, necə görə bilərdik? Bədənimizə güc-qüvvət verməsəydi, necə hərəkət edə bilərdik? Bizə təfəkkür qabiliyyəti verməsəydi necə düşünə bilərdik?..

      Bir sözlə, əlimizdə nə qədər güc və sərmayə varsa, hamısı Allaha aiddir. Bu səbəblə bir müsəlmanın lüğətində “mən” sözü olmamalıdır. Könlündə mənlik iddiası olmamalıdır. Qulluğunu unutmamalıdır. Əlindəki bütün nemətləri Haqdan bilərək: “Mən etdim, mən qazandım!” deməməli, daim: “Sən lütf etdin, ya Rəbb! Bu, Rəbbimin fəzlindəndir!” deməlidir…

      Rəvayət olunduğuna görə Allah-Təala Həzrət Musaya:

      “Fi­ronun yanına get, çün­ki o, əməlli-başlı yolunu az­dı...” (Ta­ha, 24) buyurduğu za­man Musa (ə.s), ai­lə üzvlərini və heyvanlarını za­hir­ən əma­nət edə­cəyi heç kim ol­ma­dı­ğı üçün:

      “Ya Rəb­b! Ailə üzvlərim və heyvanlarım necə olacaq?”,- de­di.

      Bu zaman Haqq-Təala belə bu­yur­du:

      “Ey Mu­sa! Məni tapdıqdan sonra daha nə istəyirsən? Sən Mənim əm­ri­mi yerinə yetirməyə çalış! Mənə bağ­lan və təslimiyyət gös­tər! İs­təsəm, qur­du qo­yun­la­rı­na ço­ban, mələklərimi də ailənə mühafizəşi təyin edərəm.

      Ey Mu­sa! Bu düşündüyün nədir? Anan səni də­ni­zə buraxdığı za­man sə­ni kim qur­tar­dı? Bun­dan son­ra səni kim yenidən anana qo­vuş­dur­du? Xatırlayırsanmı, sən qəza ilə bir nəfəri öl­dür­müşdün və Fi­ron öldürmək üçün səni axtarırdı, o va­xt səni on­dan kim qorudu?..”

      Mu­sa (ə.s) bu sözleri hem din­lə­yir, həm də hər cüm­lə­nin so­nun­da:

      “SƏN, SƏN, SƏN, YA RƏB­Bİ!..” dieyir­di.[10]]

      Əbul-Həsən Haraqani həzrətləri buyurur:

      “Allah-Təala bu dörd xüsusda bəndəsinə xitab edər: Bədən, dil, qəlb və mal. Bədəni xidmətə, dili zikrə vermək kifayət etmir! Qəlbən Allahla birlikdə olub malını da Allah yolunda səxavətlə xərcləmədikcə bu vüslət yolunda məsa­fə qət edə bilməzsiniz!”[11]

      [Haqq-Təala biz qullarından daim özüylə birlikdə olan qəlbi-səlimə sahib olmağımızı istəyir. Buna görə bədənimizin Allah yolunda xidmətlə, dilimiyin də zikrlə məşğul olması vacib olmaqla yanaşı kifayət etmir. Könlümüzün də daim Allah ilə olması və bu sayədə varlıq və mənlik iddiasından imtina edərək, hər şeyin həqiqi sahibinin Allah olduğu idrakında dərinləşməsi zəruridir. Allahın lütf etdiyi nemətlərdən yenə Onun rizası üçün fədakarlıq etmək surətiylə də həyatımızda bu qəlbi yaxınlığın tələb etdiyi hal və davranışları sərgiləməliyik.

      Məsələn, zəkat dinə görə zəngin sayılan hər mömin üçün minimum bir fədakarlıq ölçüsüdür. Lakin insan sevdiyinə sevgisi ölçüsündə fədakarlıq edər. Buna misal sayıla biləcək bu hadisə nə qədər hikmətlidir:

      Şeyx Şibli həzrətlərini sınamaq məqsədi ilə fəqihlərdən biri ondan zəkatda malın nə qədərinin infaq edilməli olduğunu soruşur.

      Şibli həzrətləri:

      “Bunun cavabını fəqihlərin məzhəbinə görə, yoxsa Haqq aşiqlərinin məşrəbinə görə istəyirsiniz?”,- deyə soruşur. Fəqih:

      “Hər ikisinə görə də olsun”,- dedikdə Həzrət bu cavabı verir:

      “Fəqihlərin məzhəbinə görə, məsələn, iki yüz dirhəmin üzərindən bir il keçdikdən sonra, qırxda birinə təqabül edən beş dirhəmini vermək lazımdır. Aşiqlərin məşrəbinə görə isə dərhal iki yüz dirhəmin iki yüzünü də vermək, üstəlik “yaxamı qurtardım” deyə şükür etmək lazımdır”.

      Fəqih belə deyir:

      “Biz bu məzhəbi alimlərimizdən öyrəndik”.

      Bunun cavabında Şeyx Şibli həzrətləri də belə buyurur:

      “Biz də bu məşrəbi Əbu Bəkr Siddiqdən öyrəndik.

      O, nəyi vardısa, hamısını Rəsuli-Əkrəm (s.ə.s) -in önünə qoydu…”

      Nəticə etibarilə biz də Allahın sonsuz lütflərini, mərhəmətinin böyüklüyünü, ehsan və ikramının əzəmətini təfəkkür edərək, imkanlarımız nisbətində Onun qullarına infaq və ehsan etməyə çalışmalıyıq. Ayeyi-kərimədə buyurulur:

       “…Allah səna ehsan etdiyi kimi, sən də (insanlara) ehsan et!..” (əl-Qasas, 77).]

      Allah-Təala hər birimizi əlindən, dilindən, halından, bir sözlə, bütün maddi-mənəvi imkanlarından ilahi riza yolunda infaq edə bilən, səxavətli, fədakar və xidmət əhli bəndələrindən eyləsin.

      Amin!..


      [1] Haraqani, Nurul-Ulum, s. 258.

      [2] Muhamməd Məsum, Məktubat, I, 63, №: 65.

      [3] Əttar, Təzkirətul-Övliya, s. 622.

      [4] Attâr, Tezkiretü’l-Evliyâ, s. 629.

      [5] Harakānî, Nûru’l-Ulûm, s. 239.

      [6] Əttar, Təzkirətul-Övliya, s. 630.

      [7] Bax. İbrahim Canan, Hədis Ensiklopediyası, XVI, 252, hədis № 5838.

      [8] Rauf Əhməd Mücəddidi, Dürrül-Məarif, İstanbul 1998, s. 143.

      [9] Əttar, Təzkirətul-Övliya, s. 625.

      [10] Əhməd ər-Rüfai, Haləti Əhlil-Həqiqəti Məallah, s. 337.

      [11] Əttar, Təzkirətul-Övliya, s. 631.Əbul-Həsən Haraqani həzrətləri buyurur:

       

       

      • Hits: 1169 clicks

      Tecox component by www.teglo.info