№ 58. Sentyaber

Nurlan MƏMMƏDZADƏ / DİNİN DİLİ ƏDƏBDİR

PDF faylını alÇapE-poçt

Yazan redaktor 18.06.13 06:31

Müqəddəs dinimiz olan İslam öz mənsublarından gözəl davranmağı, gözəl düşünməyi və danışarkən gözəl sözlərdən istifadə etməyi istəmişdir. Həzrət Peyğəmbər hədisi-şərifində buyurur: “Allah-Təala gözəldir və gözəl olanı sevər.” Bu hədisi-şərifdən yola çıxaraq bir müsəlman gündəlik həyatında hər işini gözəl görməli, çirkin əməl və sözlərdən uzaq durmalıdır.

Ardını oxu...

 

İbrahim Erol / DİNİN VƏ DİNDARIN DİLİ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 18.06.13 06:30

Dil iki mənada işlənmişdir. Birincisi, bildiyimiz dil, ikincisi idə könül və ürək mənasındadır. “Dil yarəsini andıracaq yarə bulunmaz / Dünyada könül yarəsinə çarə bulunmaz” beytində dil ikinci mənada, yəni könül mənasında işlənmişdir. Bu səbəblə dil eyni zamanda qəlbin də tərcümanıdır. Alimlərimiz “iman qəlb ilə təsdiq, dil ilə iqrardır” deyərkən bir mənada dinin dildə yaşadığını da qeyd etmişlər.

Ardını oxu...

 

Rüfət ƏHMƏDZADƏ / QAFQAZ İSLAM ORDUSUNUN BAKI UĞRUNDA DÖYÜŞÜ

PDF faylını alÇapE-poçt

Yazan redaktor 18.06.13 06:29

Bildiyimiz kimi, Azərbaycan əraziləri tarixin bütün mərhələlərində çox böyük strateji əhəmiyyətə malik olmuşdur. Belə ki, Xəzər dənizinin təsiri və bölgədə qovşaq rolunu oynaması Azərbaycanın dünya miqyasındakı rolunu daha da artırmışdır. Eyni zamanda XX əsrin əvvəllərində dünya neftlə yeni tanış olurdu. Məhz belə bir dövrdə Xəzər dənizi və onun ətraf bölgələrində zəngin karbohidrogen birləşmələrindən ibarət olan yataqların tapılması Azərbaycan üçün çox əhəmiyyətli hadisə idi.

Ardını oxu...

 
 

Elşən RZAYEV /ONLARLA BİRLİKDƏ GƏLDİM

PDF faylını alÇapE-poçt

Yazan redaktor 18.06.13 06:27

XX əsrin əvvəllərində Azərbaycan torpaqları qısa zaman ərzində baş verən bir sıra hadisələrə səhnə olmuşdur. 1918-ci ilin mart soyqırımı kimi dəhşətli faciə yaşamış Azərbaycan xalqının 28 may İstiqlal Bəyannaməsi ilə ölmədiyini sübut etməsi öz məntiqi sonluğunu - paytaxt Bakının da işğaldan azad edilməsini tələb edirdi.

Ardını oxu...

 

Eldar Kərimov / AÇILMADAN SOLANLAR

PDF faylını alÇapE-poçt

Yazan redaktor 18.06.13 06:26

Bu günlərdə istər dünya mətbuatında istərsə də yerli mətbuatda demək olar ki, ən çox yer verilən mövzu Afrikanın şərqində yerləşən Somali yarımadasında insanların bir qurtum susuzluq, bir parça çörəksizlikdən ölümə məhkum olmalarıdır. Orada lentə alınan görüntülər həqiqətən də normal bir insanı dəhşətə gətirməyə bilməz. Aclıq və xəstəlikdən hərəkətsiz halda yerdə qıvrılan iki körpə və onları lentə alarkən hıçqıraraq ağlayan bir avropalı. Həqiqətən də çox təsirli görüntülər sərgiləyir ətrafa. Hər birimizi göz yaşlarına böğacaq bu görüntülər bir deyil, on minlərlədir bəlkə də. Həyatda  ən böyük arzuları doyunca yemək yeyib, su içə bilmək olan bu insanları bizlərdən sacədə dərilərinin rəngləri fərqləndirir.

Ardını oxu...

 
 

Səhifə 1 > 4-dəan