20.05.14 07:48 ərzində olan dəyişikliklər Yazan redaktor 20.05.14 04:47
Haqq və ədalət ilahi dinlərin hər birində xüsusi olaraq üzərində durulan əsas anlayışlardandır. Çünki bütün ilahi dinlər Haqq olan Allah tərəfindən göndərilmiş və fərdlərin, o cümlədən də cəmiyyətlərin dünyada və axirətdə rifahı üçün bir sıra qaydalar təsis etmişdir. Haqqın rəqibi batildir.
20.05.14 07:50 ərzində olan dəyişikliklər Yazan redaktor 20.05.14 04:43
İnsan kainatın ən üstün varlığı olaraq yaradılmışdır. Bu üstünlüyünü qoruyub saxlaması üçün Allaha iman və ibadət etməsi şərtdir. Çünki insan yalnız Allaha qulluq etmək üçün yaradılmışdır.
20.05.14 07:53 ərzində olan dəyişikliklər Yazan redaktor 20.05.14 04:41
İnsanlar cəmiyyət halında yaşadıqları üçün bir-birləri arasında hüquq və məsuliyyətlər meydana gəlir. Bu baxımdan hər bir fərd yaşadığı yerdə lehində və əleyhindəki haqq və məsuliyyətləri bilmək və onlara riayət etmək məcburiyyətindədir.
20.05.14 07:57 ərzində olan dəyişikliklər Yazan redaktor 20.05.14 04:36
Haqsızlıq bəşəriyyətin ən təhlükəli bəlası olaraq insanlığa qarşı yönəldilmiş ən böyük cinayətlərdən biridir. Bəşəriyyətin yarandığı gündən günümüzə qədər davamlı haqsızlıq dünyanın hər bir yerində bitib tükənmək bilmir.
20.05.14 07:55 ərzində olan dəyişikliklər Yazan redaktor 20.05.14 04:30
Haqq-ədalət bəşəriyyət tarixində daima insanların nəzərində ali dəyərə malik olmuşdur. Lakin tarixə nəzər salanda görürük ki, tarix boyu çoxlu haqsızlıqlar baş vermiş və bu haqsızlığa qarşı mübarizədə çoxlu insanlar qurban getmişdir.
Səhifə 1 > 4-dəan