SORMA HƏR KİŞİNİN ƏSLİN, İZZƏTİNDƏN BƏLLİDİR, SÖHBƏT-İ İRFAN GÖRƏNLƏR XİDMƏTİNDƏN BƏLLİDİR. (Nəsimi)

BİR AYƏ
Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab (Tövrat) oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz? (əl-Bəqərə, 44)

BİR HƏDİS

İnsanlara əziyyət verən şeyləri yoldan kənarlaşdır. Çünki bu, sənin üçün bir sədəqədir. (Buxari)

BİR SÖZ

Həqiqəti insanların ölçüləriylə deyil, insanları həqiqətin ölçüləriylə tanı. (Hz. Əli r.a.)
İNTERAKTİV

SAYTIMIZIN YENİ DİZAYNINI
BƏYƏNDİNİZMİ?
Yaxşı!
Pis
 

BÜLLETEN yukle


         İRFANDAN

Yeni Sayı
         Əziz İrfan oxucuları!
Jurnalımızın 31-ci sayını sizə təqdim edərkən keçmişə qısa bir nəzər salmaqdan özümüzü saxlaya bilmirik. Əvvəlcə üç ayda bir çıxan jurnalımız başda siz qiymətli oxucularımıza verdiyiniz dəstəkdən ötrü və bu jurnalın hazırlanmasında əməyi keçən bütün əməkdaşlarımıza təşəkkür edir və bizi belə bir gözəl işə xidmət etmək üçün sövq edən Rəbbimizə həmd-sənalar edirik. Heç tanımadığımız və heç görüşmədiyimiz insanlardan jurnalla bağlı gözəl təəssüratlar almaq və oxucularımızın məmnunluqlarını duymaq bizi hər zaman ürəkləndirir.
         Bizim səsimiz zəmanənin boş gurultusu içində itib-batmayacaq bir səsdir. Min bir dünya məşğuliyyətinin içərisində hədər olan ruhlara, başda öz nəfsimizə azacıq da olsa ruhi rahatlıq verə biliriksə necə də xoşbəxtik.  
         Bu mənəvi dərinliyi qazandırmaq üçün tam 30 aydır ki, siz qiymətli oxucularımızla birlikdə bu yolda irəliləməyə davam edirik. Hər sayımızda nə üçün İrfan jurnalını çıxardırıq, məqsədimiz nədir, nəyin dərdindəyik suallarının vavabını israrla təkrar edirik. Bəli. Təkrar edirik. Çünki bu millətin ürəyində olan vətən və millət eşqinin daha da açığa çıxmasını istəyirik. Xüsusilə gənc nəsillərin bu ruhda yetişməsi üçün hər dəfə təkrar edirik.
         Əziz oxucular!
         Zaman keçsə də bəzi mövzular öz aktuallığını itirmir. Bu mövzular hər zaman gündəmdə tutulacaq olan mövzulardır. Ağlı-səlimə yol göstərən məsələlərdir.
         Xüsusilə millət, vətən, dövlət, əxlaq, din, insan mövzuları hər zaman aktual tutulmalıdır. Çünki bu mövzular hƏm istismara açıq məsələlər, həm də yanlış məlumatlandırmalar səbəbi ilə ağır nəticələr doğuracaq mövzulardır. İrfan jurnalının hədəflərindən biri və ən əhəmiyyətlisi bu mövzuları sağlam anlayışla oxuculara təqdim etməkdir.
         Qiymətli oxucularımız!
         Qısa keçmişə və gördüyümüz işə qısa bir nəzərdən sonra 31-ci sayımızı oxuyarkən və söyləməklə məsul olduğumuz halda söyləmədiklərimizdən dolayı da Rəbbimizdən əfv diləyirik. Bu sayımızda gündəminizə gətirdiyimiz mövzu bütün toplumların ən acı və mənəvi böhranının bir nəticəsi olan ailə faciəsi çərçivəsində nəslin qorunması məsələsidir. Hər keçən gün bir uçurumun kənarında olmaq təhlükəsiylə qarşılaşan gəncliyimizə daha da həssas yanaşmalıyıq. Bu məsələdə az da olsa faydamızın olmasını arzu edirik.
         Bu sayımızda Salih Zeki Meriçin “Nəslin ehyası milətin ehyasıdır” başlıqlı yazısı ilə millətlərin formalaşmasında nəslin rolunun nə olduğunu bir daha gözdən keçirəcəksiniz. Nurlan Məmmədzadə “müasirləşən” cəmiyyətimizdə ailə dəyərlərimizin necə erroziyaya uğramasını qələmə aldı. Elşən Rzayev “Gələcəyin təminatı”nda ailənin yerini anlatdı. Dr. Ibrahim Baz “Cənnət qapısıdır ailə” dedi. Aqil Əliyev ailədə uşaqlar arsındakı münasibətlərdən və əlaqələrdən yazdı. Dr. Mehman İsmayılovun yazısında ailənin islamdakı yerinin nə olduğunu bir daha oxuyacağıq. Prof. Dr. Ömer Çelik “Mömin ol, arı kimi ol” başlıqlı yazısı ilə bir mömin şəxsiyyətinin necə olacağından bəhs etdi. Adem Şahin öz yazısı ilə bizi Əliabaddan Alma-Ataya apardı. Lokman Helvacı isə “Belə ölümü kim istəməz” yazısında şəhadətin fəzilətini qələmə aldı. Möhtərəm insan Osman Nuri Topbaş bəyin “Əhli-Quran olmaq” yazısı müqəddəs kitabımıza nə ölçüdə sarılacağımızdan xəbər verir. Ankara Universiteti İlahiyat Fakültəsinin müəllimi Prof. Dr. Mustafa Aşkarla olan reportajımızı bəyənərək oxuyacağınızdan əminik. Oxuduqca görəcəksiniz ki, 31-ci sayımız da, əvvəlki saylarımız kimi bir-birindən gözəl yazılarla zəngindir. Prof. Dr. Şahin Xəlillinin, Dr. Əhməd Niyazovun, Mübariz Əlioğlunun, Sedat Demirin yazılarını sevə-sevə oxuyacağınızı ümid edirik. Hər ay bir-birindən gözəl yazılarla sizin görüşünüzə gəlmək bizə sevinc bəxş edir.
          Buyurun, “İrfan”la irfana doğru…