SORMA HƏR KİŞİNİN ƏSLİN, İZZƏTİNDƏN BƏLLİDİR, SÖHBƏT-İ İRFAN GÖRƏNLƏR XİDMƏTİNDƏN BƏLLİDİR. (Nəsimi)

BİR AYƏ
Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!

BİR HƏDİS

Ramazan gəldiyində Cənnət qapıları açılar, Cəhənnəm qapıları bağlanar, şeytanlar dazəncirə vurular (Səhihi Müslim)

BİR SÖZ

Ölümü xatırlamaq tamah atəşini söndürər. (İmam Qəzali)
AXTARIŞ

 

        HƏYAT DƏFTƏRİNDƏN

Niyazi YUSİFOV

PULLA ALINAN MÜNASİBƏT

         Ata həmişə olduğu kimi o axşam da çox yorğun halda evə qayıdanda beş yaşlı oğlunun qapıda gözlədiyini gördü. Uşaq atasını görən kimi soruşdu:
         - Ata, bir saatda nə qədər pul qazanırsan?
         Onsuz da evə yorğun gələn ata oğlunun heç bir məna verməyən sualına qəzəbləndi. Bunu sənin bilməyin vacib deyil. Uşaq buna baxmayaraq israr edərək: “Xahiş edirəm atacan, həqiqətən çox maraqlıdır.” Oğlunun israrına dözə bilməyən ata axır ki, dedi:
         “Əgər sənin üçün bu qədər əhəmiyyətlidirsə söyləyim. Bir saatda təxminən dörd manat qazanıram.” Uşaq:
         “- Yaxşı, atacan! Mənə bir manat borc verə bilərsənmi?”
         Bərk hirslənən ata:
         “Məndə sənin lazımsız oyuncağına verəcək pul nə gəzir?” –dedi.
         Uşaq qəmgin halda boynunu bükərək səssizcə öz otağına çəkilib qapını bağladı. Ata hirsli-hirsli düşündü: “Bu uşaq son günlər nə qədər qəribə olub.” Lakin aradan bir saat keçəndən sonra bir az fikirləşərək uşaqdan pulu nə üçün istədiyini belə soruşmadığını xatırlayaraq “bəlkə həqiqətən də lazımdır” deyərək qapını açıb uşağın otağına girdi.
         Yatağında uzanan oğlundan soruşdu:
         “-Yatmısan?”
         “- Xeyr.”
         “- Al, götür, istədiyin bir manatı. Bir az əvvəl səninlə sərt danışdığıma görə peşmanam. Ağır bir gün keçirdiyimə görə yorğun və əsəbiyəm.” Uşaq sevinclə:
         “- Təşəkkür edirəm atacan!” –deyə qışqıraraq əlini yastığın altına soxaraq bir topa əzilmiş pul çıxartdı. Atasının verdiyi pulu da onların arasına qatıb saymağa başladı. Bu mənzərəni görən ata yenidən hirsləndi:
         “- Pulun olduğu halda yenə istəyirsən? Ayıb deyilmi?” –deyə uşağı danlamağa başladı. Uşaq boynunu büküb: “Amma çatmırdı ki, atacan!” –dedikdən sonra əlindəki pulların hamısını atasına uzatdı və “Atacan, burada dörd manat var. İndi mənə bir saat vaxt ayıra bilərsənmi?” –dedi.

20 QƏPİKLİK ALVER

         Çirkli hava və natəmizlik... Bu əcnəbi şəhərin ən məşhur xüsusiyyətləridir. Onun vətəni belə idimi? Hər mövsüm öz yerində, öz vaxtında olurdu. Hələ heç vaxt gülümsəyən günəşin istisinə belə həsrət qalmamışdı.
         “Nemət, fərqinə varmaqmış. Qədrini bilməkmiş. Bilmədik oraların qədrini... Oralar...” Ürəyi sızladı. İndi yaşadığı vətəni çox uzaqlarda qalmışdı. Nəfəsini dərdi. Eh oralar, buralar nə fərqi var ki? Din qardaşlarımın içində, həm də xidmət üçün gəldikdən sonra nə fərqi vardı ki? Müsəlmanların sayının artdığı ucqar bir məhəllədə yeni açılan məsciddə imamlıq edəcəkdi.
         Yaxınlaşan avtobusun səsi onu düşüncələrindən ayırdı. Avtobus həmişəki kimi vaxtında gəlmişdi. Açılan qapıdan birinci minən o oldu. Xoş bir təbəssümlə pulu sürücüyə verdi. Pulun qalığını alıb arxa oturacaqda oturdu. Avtobus hərəkət edəndə sürücünün qaytardığı pulu saymağa başladı. Pul iyirmi penni artıq idi. Bir an nə edəcəyini düşündü. Düşəndə verərəm -dedi. Axı bu pul ona aid deyildi. Aman canım, iyirmi quruş nədir ki? Əslində bizdən artıq alırlar. Bu gün mənə qalsa nə olar deyib pulu cibinə qoydu. Həm də bu pulu sürücüyə versəm, təəccüblə üzümə baxıb “bu adam dəli olub” -deyəcək. Oturacağa söykənib “Bir yoxsula verərəm. Qoy sevinsin. Bu boyda avtobus şirkəti iyirmi quruşla yıxılmaz” deyə düşündü. Ürəyindən bunları keçirsə də narahat idi. Çantasından bir jurnal çıxarıb oxumağa başladı.
         Düşəcəyi dayanacaq yaxınlaşanda özünü topladı. Orta qapıya getdi. Avtobus dayananda qəfil bir hərəkətlə ön qapıya yönəldi. Bir anlığa sürücüyə baxdı və cibindən çıxartdığı 20 pennini uzatdaraq: “Artıq vermisiniz” –dedi. Sürücünün üzündə sanki bir işıq parladı. “Siz bu təzə məscidin imamısınız? Məscidə gəlib ibadət etmək istəyirdim.
         Amma üzrlü sayın, əvvəlcə sizi yoxlamaq istədim. Bilə-bilə iyirmi penni artıq verdim ki, nə edəcəyinizi öyrənim.” –deyərək əlini uzatdı: “Sizinlə tanış olmağıma çox sevindim.” Özünü itirmiş halda sürücünün əlini sıxdı. Donuq bir təbəssümlə açıq qapıya tərəf getdi. Addımını atanda səndirlədi. Yıxılmamaq üçün qapıdan tutdu: “Aman ya Rəbb! Az qala dinimi iyirmi quruşa satacaqdım...”

         Mehmet Köprülü
HAYDI AVTOBUSLARA!

         Kinoda görmüşdüm. Amerikadan gəlmiş bir turist qafiləsi Luvr muzeyini gəzirdi. Tabloların önündən tələsik keçir və sanki onları xəyal kimi sisli və toran şəklində görürdülər.
         Guya tablolardakı sənət incəliklərini kəşf edir və sanki onlardan bir şey anlayırdılar.
         Bu turist qafiləsi bəlkə də beş dəqiqədə ziyarətini başa çatdırıb avtobuslara minərək oradan ayrıldı.
         Artıq Luvru görmüş sayılırdılar və Amerikada öyünə bilərdilər.
         Halbukui muzeydəki tək bir tablonun önündə illərlə dayanıb onu tədqiq etmək belə bəlkə də kifayət etməzdi.
         Hər zərrəsi möcüzə olan bu kainatı mən də o turistlər kimi qəflət içində gəzib dolaşdım. Nə gördüm, nə də anladım.
         Bir azdan rəhbərimiz səslənəcək:
         “Haydı avtobuslara!”

         Prof. Dr. Əli Nihat Taran

 


Məqalə Oxunma Sayı dəfə oxundu