SORMA HƏR KİŞİNİN ƏSLİN, İZZƏTİNDƏN BƏLLİDİR, SÖHBƏT-İ İRFAN GÖRƏNLƏR XİDMƏTİNDƏN BƏLLİDİR. (Nəsimi)

BİR AYƏ
Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!

BİR HƏDİS

Ramazan gəldiyində Cənnət qapıları açılar, Cəhənnəm qapıları bağlanar, şeytanlar dazəncirə vurular (Səhihi Müslim)

BİR SÖZ

Ölümü xatırlamaq tamah atəşini söndürər. (İmam Qəzali)
AXTARIŞ

 

        ACIRƏRƏNİN SUYU-3

Adem ŞAHİN


          Acıdərənin sularına baxın. Bir sıçrayışda suyun qarşı tərəfinə keçmək mümkündür. Suyun çox görünməməsi gücünün azlığına dəlalət etməz. Acıdərə bütün çaylara meydan oxuyaraq “üçüncü dəfə buradayam etirazı edəni boğaram! Acılar içində qoyaram” –deyir.
         Acıdərənin ətrafına baxın. Görün bircə dənə ağac varmı? Acı çəkən, dərdli insanların da ətrafı Acıdərə kimi boş və tənhadır. “Dost dar gündə tanınar” deyiblər. Qara gündə insanlar bir-bir uzaqlaşır, ətraf Acıdərə kimi səssiz və boş olur.
         “Acıdərə yalnız Şamaxıdadır” deyənlər səhv edirlər. İnsanın olduğu hər yer, bir damla suya həsrət qalan səhralar da olsa acı dərəsiz deyil. Dünyada mövcud olan musiqi və filmləri araşdırsaq ölüm, ayrılıq və çarəsizlik kimi acı verən ünsürlərin daha çox işləndiyini görərik.
         Hz. Adəmin qadağan olunmuş meyvədən yediyi ankı peşmanlığını xatırlasaq Acıdərə cənnətdən başlamışdır. Ağrıyan dişi çıxarmadan xilas olmaq mümkün olmadığı kimi dünyanın acısından və kədərindən də tərki-dünyalıqla xilas olmaq mümkündür.
         Adı üstündə, acı dərə. İçində acılar, kədərlər, göz yaşları və üsyanlar var. Acı dərələrin suları heç bir dəniz tərəfindən qəbul edilməz. Acı dərələrin dünyada bircə istiqaməti var: Ölü dəniz.
         Ölü dəniz (Bəhrul-meyyit) adlanan Lut gölü İordaniya və İsrail sərhədi arasındadır. Uzunluğu 74, eni 16 kilometrdir. Gölün tarixi e. ə. 1800-cü illərə gedib çıxır. Lut qövmünün yaşadığı Sodom və Qomorre şəhərinin məhv olmasına şahidlik etmişdir.
         Acıdərə niyə Ölü dənizə axar? Cavab: Ölü dənizdə duzluluq səviyyəsi təxminən 30 faizdir. Digər dənizlərdə isə bu göstərici 3 faiz təşkil edir. Duzluluq səbəbinə görə göldə heç bir canlı yaşamır. Acıdərənin içində yosun, balıq, hətta qurbağa olmayan Ölü dənizə tökülməsi diqqətçəkicidir. Gözəl dənizlərə və göllərə Acıdərələr tökülsəydi yosunlar rəngini, balıqlar da ləzzətini qoruyub saxlaya bilməzdi.
         Lut gölünün duzluluğu səbəbiylə üzənlərə gözlərinin yanmaması üçün arxası üstə üzmələri tövsiyə olunur. Qəza ilə gözünə su düşənlər dərhal gölü tərk edərək gözünü təmiz su ilə yumalıdır. Gölə arxa çevirib üzməklə acı çəkən adamlara arxa çevirmək arasında fərq yoxdur.
         Çiləkeş insanlar üçün “xəmiri acıyla yoğrulub” deyirlər. İnsan xəmirinin acı suyu bu dərədən alınmışdır. Hz. Adəmin torpağı xəmir halına gələrkən üstünə 39 gün hüzn, bir gün də sevinc yağışı yağdığı rəvayəti “xəmiri acıyla yoğrulub” sözünün qaynağıdır. 39 gün yağan hüzn yağışı qiyamətə qədər Acıdərəni bəsləyəcəkdir.
         Acıdərənin əksi Şirin çaydır. Şirin çay hər səhər stəkanda olsa da axar haldadır. Acıdərə səbri, şirin çay isə şükrü öyrədir. Hədisi-şərifdə buyurulur:
         “Möminin işi qibtəyə dəyər. Onun hər işi xeyirdir. Bu hal mömindən başqa heç kimə aid deyil. Əgər başına sevindirici bir iş gəlsə şükür edər. Bu da onun üçün xeyir olar. Əgər zərər verəcək bir iş gəlsə səbir edər, bu da xeyir olar.” (Müslim, Zöhd, 13)
         Acı üç hərfdən ibarət bir sözdür. Acılar dilə gələrkən dildən iki hərflik bir ah çıxar. Bu bir hərflik azalma çəkilən acıların tam ifadə edilə bilməməsinin isbatıdır. Hədisi-şərifə görə sağlıq və boş vaxt insanların əksəriyyətinin qədrini bilmədiyi iki nemətdir. Bu iki nemətə qiymət verməmək acılar, ağrılar, hətta ölümlərlə nəticələnir. Üç hərfdən ibarət söz olan acı öz gücünü heyvanlarda da göstərir. Qurd ac qalmamaq və alcığın acısını yaşamamaq üçün qovarkən ovlamaq istədiyi heyvan da ölüm acısından qaçar.
         Seneca “Yüngül acıları danışmaq mümkündür, amma dərin acılar dilsizdir.” -demişdir. Dərin acılar gözün yanmasına bənzəyir. Səssiz və dərindən yol alır. Yüngül acı sahibləri çartıltıyla yanan odunun alovları kimidir.
         Mövlana, Füzuli, Nizami, Yunus Əmrə kimi aşiqlərin əsərləri hər zaman isti və qor halda olan kömür, eşqi, acısı, çalışması, təfəkkürü, məhəbbəti, ixlası xəfif ölçüdə olanların da əsərləri saman alovu kimidir.
         Mövlana həzrətlərinin acılara gətirdiyi baxış prizması ilə Acıdərəyə əlvida deyək:
         Bir gün möminlər zalımların zülmündən şikayət edirlər. Mövlana həzrətləri:
         - Qəssablar bazarında heç köpək kəsirlərmi? Öldürülməyə onlar layiq olduğu halda kəsilən və kəsilmək zəhmətinə qatlananlar qoyunlardır. Qoyunun yaşadığı sıxıntılar onun qiymətindəndir. Bu səbəblə sıxıntılar nəbilərə, sonra vəlilərə və daha sonra da dərəcəsinə görə möminlərə gəlir! Zopayla xalını, kilimi döyməkdən məqsəd vurmaq deyil, tozunu almaqdır!” –deyir.
         Prinsip etibarilə Allahdan xeyir və islah üçün zopa, yəni Acıdərənin suları istənməz. Acıdərənin suları göz yaşları kimi duzludur, asit kimi yandırıcıdır. “Ey Rəbbimiz, bizə dünyada və axirətdə afiyət ver!” duasıyla Acıdərəyə yuvarlanmaqdan Allaha sığınırıq. Dualarımızda acı söyləyən dostların əskik olmamasını da istəməliyik.
         Nəticə:
         Dostlarım, sevinin başlar yüksəkdə.
         Çörək duz kimi acı yesək də
         Sabah əlbət, əlbət bizimdir.
         Cümlə yarənə vida etsək də.

 


Məqalə Oxunma Sayı dəfə oxundu