UŞAQLARIMIZA ALLAHI NECƏ TANITMALIYIQ
Uşağı tanımağın əhəmiyyəti
Dini inanca bağlılıq təbii və fitri olduğu kimi, bir də istəyərək və öyrənərək inanma tərzi, yəni təlim-tərbiyə yoluyla aşılamaq üsulu vardır. Buna görə, tədris metodu baxımından dini təlim ancaq bir sistem daxilində yürüdüldükdə istənilən nəticə əldə etmək olur. Dolayısıyla, dini təlim və tərbiyədə təhsilin əsasları olan Psixologiya və Pedaqoqikanın tətbiqi lazımdır. Çünki uşağı tanımaq, onun ruh və bədən inkişafını dəqiq müəyyənləşdirmək təlim tərbiyənin ilk şərtidir. Xüsusilə dini təlim-tərbiyə kimi həssas bir mövzunun ən mühüm qismini təşkil edən iman duyğusunu aşılamaq üçün uşağın psixoloji (ruhi) keyfiyyətini dərindən bilmək lazımdır. Russo (1712 -1778) bu həqiqəti belə ifadə etmişdir: “Çox istəyərdim ki, uşaq zəkasını mükəmməl tanıyan bir zat onlara məxsus bir əqidə kitabı yazsın.”
İnsan psixologiyasını bilmək cəmiyyətin idarə olunmasında vaz keçilməz bir əsas olduğu kimi, uşağın ruhi keyfiyyətini tanımaq da psixoloji bir prinsipdir. Necə ki, əkinçi torpağını, daş ustası da işlədiyi mərmərin xüsusiyyətini tanımaq məcburiyyətindədirsə, müəllimlər də uşağı hər yönüylə; bütün mürəkkəbliyi və sadəliyi ilə tanımaq məcburiyyətindədir.
Uşağın inkişaf dövrləri
Uşaqlıq psixologiyası ilə bağlı əsərlər nəzərdən keçirildiyində uşaqlıq dövrünün müxtəlif mərhələlərə ayrıldığını görürük. Bunun belə olması həm məsələni incələmyi asanlaşdırır, həm də nəticə etibarilə daha səmərəli olur. Çünki bir mövzunu bütün olaraq ələ alıb incələmək, bölmələr halında incələmkdən daha çətindir. Elə buna görə də, uşağın psixoloji keyfiyyətini daha yaxşı tanıya bilmək üçün uşaqlıq dövrünü müxtəlif mərhələlərə ayıraraq incələyəcəyik. Ümumilikdə qəbul edilən aşağıdakı lövhə bizim üçün əsas təşkil edəcəkdir.
Məqalə dəfə oxundu |
| |
| |
| |
|