SORMA HƏR KİŞİNİN ƏSLİN, İZZƏTİNDƏN BƏLLİDİR, SÖHBƏT-İ İRFAN GÖRƏNLƏR XİDMƏTİNDƏN BƏLLİDİR. (Nəsimi)

BİR AYƏ
Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!

BİR HƏDİS

Ramazan gəldiyində Cənnət qapıları açılar, Cəhənnəm qapıları bağlanar, şeytanlar dazəncirə vurular (Səhihi Müslim)

BİR SÖZ

Ölümü xatırlamaq tamah atəşini söndürər. (İmam Qəzali)
AXTARIŞ

 

        Müdriklərdən öyüdlər 4

Akif HÜSEYLİ


          * Müqəddəs Qurani-Kərimi oxuyan onun gətirdiklərini yaşamalıdır.
         * Nəfsini əsarətdə tutduğun qədər azadsan.
         * Əgər duanın qəbulunu istəyirsənsə, insanlar haqqında yersiz danışmaqdan dilini qoru və şübhəli olan bir şey yemə.
         * Qeybət; yalançı abidlərin meyvəsidir. Fasiqlərin ziyafətidir.. Qadınların da otlağıdır.
         * Qeybətini etmək üçün birini axtarırsansa, ata-ananın qeybətini et. Çünki onlar; sənin yaxşılıqlarını almağa, başqalarından daha layiqdirlər.
         * Ağzını qeybət, söz gəzdirmək, ona-buna iftira atmaqla kirlədib Quran oxuyan, onu natəmizliyə atana bənzər.
         * Əlçatmaz işlər dalınca qaçma və bu cür insanlarla bərabər olma.
         * Mümkün olduqca pis insanlardan uzaq ol və yaxınından belə keçməyi düşünmə.
         * Dünya kirləri qəlbi qaraldar, əsas məqsədi unutdurar.
         * Bir günah işlədiyiniz vaxt Allahdan bağışlanmaq diləyin. Çünki xətalar insanlar yaradılmadan əvvəl yaradılmışdır. Bütün həlaklar xətalara davam etməkdədir.
         * Bir şəxsin ruzisi daralarsa istiğfara davam etsin.
         * Sevdiyin bir şeyin əlində qalmasını istəyirsənsə; baxdıqca; Maşallah, Lə quvvətə illə Billah de.
         * Bir mömin qardaşının sevmədiyin iş gördüyünü eşitsən, yetmiş üzr axtar. Tapa bilməzsən, bəlkə mənim anlaya bilmədiyim bir üzürlü səbəbi var, deyərək həmin mövzunu bağla.
         * Başa qoyulan sarığın altında, yəni başda bir şey yoxsa; o geyilən şey şeytan papağıdır.
         * Bir şəxs əməl etmək ehtiyacını hiss etmədiyi bir bilgini sinəsinə yığarsa; nəticədə əldə edəcəyi şey, sadəcə zillətdir.
         Əsl insan..
         ..Özünə aid olmayan, dünya və axirətdə faydası olmayan sözü danışmaz.
         ..Əziyyət edənə əziyyət etməz.
         ..İntiqam yollu bəlaya düşdüyü vaxt, səbir edər və intiqam almağa gücü çatdığı halda bağışlayar.
         ..Yer üzü onun maddi varlığı ilə gözəlləşdiyi kimi, səma da qəlbinin nuru ilə gözəlləşər.

 

 


Məqalə Oxunma Sayı dəfə oxundu