Salehlərlə bərabərlikdə TƏBƏRRÜK var
Bir mömin üçün Haqq dostları və salehlərlə bərabər və həmhal ola bilmək ən böyük bəxtiyarlıqlardan biridir. Haqq dostlarını və mənəviyyat sahiblərini tanıyıb onların yaxınlığına nail olmaq, onların hüzurunda və yanında olub onların hal və davranışlarındakı feyz və ruhaniyyətdən istifadə etmək Allahın böyük bir lütfüdür. Şükür ediləcək çox qiymətli bir nemətdir.
HAL NƏQLİ
Gül bağçasında gəzən bir adamın üstünə qül ətri hopduğu kimi salehlərin məclisində olan kəslərin də qəlblərinə o gözək insanlardan feyz və ruhaniyyət əks edər. Çünki hal sirayət edicidir. Xüsusilə də insan oğlunun “hal”larında bu xüsusiyyət vardır. Nəticə olaraq qəlblər daima təsir alış-verişindədir.
Bu nöqteyi-nəzərdən saleh və sadiq möminlərlə bərabərlik nəfsi tərbiyədə - radiasiya kimi- müşahidəsi imkansız, lakin nəticəsi mütləq şəkildə təsirlidir.
Alimlərdən Cəfər bin Süleyman –rəhmətullahi əleyh- saleh insanlarla bərabərliyin ona bəxş etdiyi könül feyzini belə dilə gətirir:
“Qəlbimdə bir qatılıq hiss etdiyim zaman dərhal qalxıb (böyük tabiun alim və ariflərindən olan) Məhəmməd bin Vasinin yanəna gedər, məclisində iştirak edər, üzünə baxardım. Bununla da qəlbimdəki qatılıq gedər, qəlbimə ibadət şövqü gələr, tənbəllik üstümdən qalxar və bir həftə boyunca bu şövqlə ibadət edərdim.”
Buna görə möminlər alim, arif, saleh və sadiq qullarla birlikdə olmağa böyük əhəmiyyət verməli və bunun mənəvi varlığının ən müstəsna qidalarından biri olduğunu bilməlidir. Necə ki, ayeyi-kərimədə belə buyurulur:
“Ey iman edənlər! Allahdan qorxun və sadiqlərlə birlikdə olun!” (ət-Tövbə, 119)
Diqqət edəcək olsaq görərik ki, Allah-Təala bu ayeyi-kərimədə qullarına “Sadiq olun!” buyurmamış, təqvanın mühafizəsi üçün “sadiqlərlə bərabər olmağı” əmr etmişdir. Çünki sadiq olma yolunda atılacaq ilk addım məhəbbətlə sadiqlərə yönəlib onlarla bərabər olmaqdır. Sadiq olmaqsa bu halın ən təbii nəticəsidir.
Necə ki, İslam səmasının ulduzları olan səhabələrin bir çoxu cahiliyyə dövründə fitrətə tərs, yarımvəhşi bir həyat yaşayırdılar. Lakin İslamla şərəfləndikdən sonra Allah Rəsulu r ilə dərin bir məhəbbət iqlimində yaşadıqları bərabərlik nəticəsində nəbəvi əxlaqın onlara əks etməsiylə dünyanın ən fəzilətli insanlarına çevrildilər.
Onların bu bərabərlikdə sərgilədikləri məhəbbət, səmimiyyət, fədakarlıq və cəhdləri dillərə dastan oldu. Çünki onlar Allah Rəsulu ilə birlikdə ola bilmək üçün heç bir əvəzi ödəməkdən qorxmadılar.
Necə ki, Uhud döyüşündə mühacir və ənsardan bəzi səhabələr canlarından çox sevdikləri Allah Rəsulu r in ətrafına toplandılar. Onun önündə şəhid olmaq barədə Allah söz verdilər və:
“Üzüm üzünün önündə sipər, vücudum sənin vücuduna fədadır! Allahın salamı daima üzərinə olsun! Heç bir zaman yanından ayrılmarıq, ya Rəsulallah!” deyərək sona qədər vuruşdular. (İbn Sad, II, 46; Vaqidi, I, 240)
Zatür-Riqa səfərində isə səhabələr altı nəfər növbə ilə bir dəvəyə minir, yeriməkdən ayaqları yaralanır, dırnaqları düşürdü. Yaralar içində qalan qayaqlarını bez parçalarıyla bağlayıb Allah Rəsulunun ardınca gedirdilər. (Bax. Buxari, Məğazi, 31)
Həmçinin xanım səhabələr də Rəsulullah r i görməkdə gecikən və uzun müddət onunla görüşə bilməyən övladlarını ciddi şəkildə tənbeh edir, bu xüsusdakı səhlənkarlığa əsla göz yuma bilmirdilər.
Xülasə, qəlbin masivadan mühafizə edilməsi və daima xeyirli təlqinlərə müxatəb qılınması üçün ruhaniyyətlərindən istifadə edilə biləcək peyğəmbər varisi alim və ariflərlə, saleh və sadiqlərlə ünsiyyət zəruridir. Bu hal insanın müəyyən fasilələrlə sanki mənəvi cəhətdən yenilənərək təkrar enerji qazanması kimidir. Çalışqan möminləri görüb eşq və şövqə gəlmək fəzilət sahibi zatların hallarından ibrət alaraq qəflət yuxusundan oyanmaq həqiqətən böyük bir ehtiyacdır. Bu səbəblə də mənəvi tərbiyə yolunda da salehlərlə bərabərliyin ən az ölçüsü olmaq şərtiylə müəyyən fasilələrlə bir yerə toplaşmaq demək olan “söhbət”lərdə iştirak etmək son dərəcə mühümdür.
ZALIM TAYFA İLƏ BƏRABƏR OLMA!
Əcdadımız “Dəfi məfasid cəlbi mənafedən əvladır” demişlər. Yəni pis və zərərli şeylərin dəf edilməsi yaxşı və faydalı şeylərin qazanılmasından daha mühümdür. Dolayısıyla zalım və fasiq kimsələrin mənfi təsirlərinə məruz qalmaqdan qorunmaq salehlərin feyz halqasına daxil olmaqdan da öncəlikli bir zərurətdir. İmam Qəzali həzrətləri nəsihətlərindən birində buyurur ki:
“Övladım! Son dərəcə diqqət edəcəyin bir xüsus varsa o da kimlərlə oturub-durduğundur. Yaxşı bil ki, bir səbət alma içindəki çürük almanı saflaşdıra bilməz. Fəqət bir çürük alma hamısını çürüdə bilər. Buna görə də daima salehlərlə birlikdə ol!”
Rəsulullah r salehlərlə birlikdə olub fasiqlərlə yaxınlıqdan qorunmağın əhəmiyyətini necə də gözəl ifadə etmişdir:
“Yaxşı yoldaşla pis yoldaşın misalı müşk daşıyanla körük çəkən insanlar kimidir. Müşk sahibi ya sənə ətirindən hədiyyə edər və ya sən ondan pulla alarsan.
Körük çəkənsə ya sənin paltarını yandırar, ya da onun pis qoxusundan sənə sirayət edər.” (Buxari, Büyü, 38)
Görüldüyü kimi insanın ruhi təmayülləri yaxınında olanlara istedadları nisbətində az və ya çox, amma mütləq sirayət edər. Üstəlik hal sirayətində sirayət edən halın müsbət və ya mənfi şərti yoxdur. Hal halın nəqli vardır. Sadəcə yaxınlıqda “məhəbbət” və “ünsiyyət” bağları olması kifayətdir.
Yəni məhəbbətlə yaxınlaşdığımız saleh kimsələrdən könüllərə fərəhlik əks etdiyi kimi qafil və fasiq kimsələrdən də sıxıntı və qatılıq əks edər. Qızıl gül, sünbül, qərənfil kimi gözəl çiçəklərlə bəzənmiş bir bağçadan əsən meh getdiyi yerlərə könülləri məst edən gözəl rayihələr apardığı kimi bunun əksinə, iylənmiş zibillik və leş üstündən əsən bir külək də o çirkin qoxuları ətrafa yayar. Nəfəsləri kəsər, ruhları sıxar. Dolayısıyla zalımlar, fasiqlər və nəfsani bir həyata dalaraq Allahı və axirəti unudan qafillərlə ülfət və üsniyyət mənəvi həyatın xərçəngi kimidir.
Buna görədir ki, Allah-Təala ətrafa daima mənfi təsir edən pis insanlardan uzaq durmaq xüsusunda belə buyurmaqdadır:
“Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər Şeytan (bu qadağan əmrini) sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma.” (əl-Ənam, 68)
ÖLÇÜLƏR İNCƏLDİKDƏ…
Hər xüsusda olduğu kimi salehlərlə bərabr olub, fasiqlərdən uzaqlaşmaq xüsusunda da qəlbdəki həssaslıq artdıqca ölçülər də incəlir. Hər kəsin hiss edə bilmədiyi təcəllilər hiss edilir. Bunun bir misalı olan bu hadisə çox ibrətlidir:
Sami Əfəndi həzrətlərini sevənlərdən kəşfi açıq, hal əhli Seyfi Baba vardı. Topqapıda yaşayırdı. Bir gün Ərənkoyə, Sami Əfəndini ziyarətə gəlmişdi. Ancaq qapıdan girər-girməz huşunu itirərək yerə yıxıldı. Onu qarşılayıb ustadın hüzuruna aparacaq olan şəxs təlaşla üstünə su töküb ayılmasını təmin etdikdən sonra:
“- Tez bir həkim çağıraq!” dedikdə Seyfi Baba bitkin halda müdaxilə etdi:
“- Lazım deyil, oğlum! Halımın maddi bir xəstəliklə əlaqəsi yoxdur!
Topqapıdan Ərənköyə gələnə qədər yollarda rastıma çıxan üsyan əhli və üsyan yerlərindəki ab-hava təsir etdi. Bu pak qapıdan içəri girib içəridəki ruhaniyyətə birdən nail olduğum üçün qəlbim dözmədi. Buradakı mənəvi atmosferin bərəkəti və ariflər sultanı Sami əfəndinin himmətiylə bir azdan heç nəyim qalmaz.” –dedi.
Hallaradakı sirayət qeyri-ixtiyari bərabərliklərdə belə bu qədər təsirlidirsə təqva əhli bir möminin öz iradə və arzusuyla qafillərlə oturub-durması əsla ağlabatan deyil. Bu xüsusda göstərilən həssaslığın nöqsan olması insanı əbədi xüsrana sürükləyə bilər. Necə ki, hədisi-şərifdə buyurulur:
“İnsan sevdiyi ilə bərabərdir.” (Buxari, Ədəb, 96) Yəni insan sevər və kimlə daha çox oturub-durarsa qiyamət günü də onunla həşr olunar.
Şeyx Sədi Şirazi hallardakı sirayətin insanın mənəvi həyatını necə dəyişdiyinə dair bu misalları verir:
“Əshabi-Kəhfin iti sadiqlərlə bərabər olduğu üçün böyük bir şərəf qazandı, adı Qurani-Kərimə və tarixə düşdü. Lut Peyğəmbərin arvadı isə fasiqlərlə bərabər olduğu üçün küfrə düçar oldu.”
Übeydullah Əhrar həzrətləri də bu xüsusda sevənlərinə belə xəbərdarlıq edir:
“Əğyar və biganələrlə bərabər olmaq qəlbə bezginlik, ruha dağınıqlıq və könlə pərişanlıq verir.”
Həmçinin Bəyazid Bistami həzrətləri bir gün qəlbində belə bir narahatlıq hiss etdi. Heç cürə o haldan xilas ola bilmədi. Məclisdəkilərə:
“- Bir baxın görək, aramızda yad kimsə varmı?” –dedi.
Axtardılar, heç kimi tapmadılar. Fəqət Bəyazid Bistami israr etdi:
“- Yaxşı axtarın. Əsalar qoyulan yerə də baxın.” –dedi.
Bir daha baxdılar və qafil bir adamın əsasını tapdılar. O əsanı çölə çıxardılar, Bəyazidin ürəyi yerinə gəldi.
Bu hadisə hətta əşyaya da sirayət edən mənəvi keyfiyyətin açıq bir təzahürüdür. Düşünmək lazımdır ki, fasiq və zalımların əşyalarından belə könül darlığı və qatılıq meydana gəlirsə onlarla yaxınlıqdan nə qədər ciddi bir sürətdə uzaqlaşmaq lazımdır!
Xülasə: qafillərdən mənfi təsirlər zühur edib qəlbi daraltdığı kimi salehlərdən də müsbət və feyzli təsirlər hasil olub könlü fərəhlədir. Həqiqətən salehlərlə qurulan qəlbi rabitənin bərəkətiylə necə mənəvi qazanclara nail olmaq mümkündür.
Fəqət salehlərlə bərabərlikdən murad qəlbi bir bərabərlikdir. Çünki feli bərabərlik hər zaman mümkün olmaya bilər. Yaxud feli bərabərlik olsa da qəlbi bərabərlik olmadıqdan sonra bunun da heç bir faydası olmaz. Bu səbəblə salehlərlə bərabərlikdən məqsəd qəlb bərabərliyidir. Yəni həyat və hadisələr qarşısında saleh və sadiqlər kimi hiss edib davrana bilməkdir. Belə bir bərabərlik halı varsa zahiri bərabərliklərin də faydası var. Həmçinin belə bir bərabərlik halı varsa zahiri ayrılıqların heç bir zərəri yoxdur.
Digər tərəfdən salehlərlə bərabərlikdən umulan könül feyzini təmin edə bilməyin bəzi gözək üsulları vardır ki, bunlardan biri də “təbərrük”dür.
TƏBƏRRÜK COŞQUSU
Təbərrük Allah-Təalaya duyulan iman məhəbbətindən dolayı Ona yaxınlığı olan bütün varlıqlardakı ilahi təəcəllilərə göstərilən hörmət və təzim duyğusunun təbii bir nəticəsidir. Çünki bir varlığa qarşı duyulan məhəbbət o məhəbbətə səbəb olan və ya onunla əlaqəsi olan hər şeyə sirayət edər. sevən sevdiyinə aid olan hər şeyi sevib ona məftun olar. Təbərrük də qəlbi kamillik yolunda istifadə olunan incə bir məhəbbət tərbiyəsidir.
Salehlərlə bərabərlik Allahı xatırlamağa səbəb olaraq möminin mənəviyyatını gücləndirdiyi kimi salehləri xatırladan şeylər də saleh insanlarla qəlbi bağlılığı təmin edər.
Həmçinin salehlərin feyz və ruhaniyyətinə nail olmaq üçün istifadə olunan üsullardan olan təbərrük bəzilərinin zənn etdiyi kimi isnadsız və bidət deyildir. Bunun Həzrət Peyğəmbər r in həyatında saysız-hesabsız təzahürlərinin olduğuna dair hədis və siyər kitablarında bir çox rəvayət var. Hətta əshabi-kiram və onları təqib edən müsəlmanların Həzrət Peyğəmbərə məxsus zireh, əsa, qılınc, üzük, saç-saqqal, ayaqqabı, su və yemək qabı və libas kimi əşyalarla təbərrük etmələrinə dair Buxaridə xüsusi bir bab açılmışdır. (Buxari, Fərdul-Xümus, 5)
Ənəs bin Malik t Həzrət Peyğəmbərin saçları ilə təbərrük etmək üçün səhabələrin bir-biriləriylə necə yarışdıqlarını belə nəql edir:
“Rəsulullah r in bərbərinə saçlarını təraş etdirdiyini gördüm. Səhabələr də sanki ətrafında pərvanəyə dönmüşdülər. Bircə saç telinin yerə düşməməsi üçün can atırdılar.” (Müslim, Fəzail, 75)
Əshabi-kiramın Həzrət Peyğəmbərə aid olan hər hansı bir əşya ilə təbərrük etmə səylərinin ən gözəl misallarından biri də Xalid bin Vəlid t ın onun bir neçə saç telini sarığında saxlamasıdır.
R
əvayət olunduğuna görə Vida Həccində Peyğəmbərimizin alnındakı saçları kəsildiyi zaman Xalid bin Vəlid:
“- Ya Rəsulallah! Alnının saçını mənə ver! Bu xüsusda heç kimi mənə tərcih etmə, atam-anam sənə fəda olsun!” -deyərək yalvardı. Saç tellərini alan kimi gözlərinə sürtdü və sarığının qabaq tərəfinə yerləşdirdi. Bu mübarək saçların bərəkətiylə onun döyüş meydanında qarşılaşıb məğlub etmədiyi heç bir ordu olmadı. Həmçinin özü də:
“- Mən onu hansı istiqamətə çevirsəm ora fəth olundu!” demişdir. (Vaqidi, III, 1108; İbn Əsir, Usudul-Ğabə, II, 111)
Əshabi-kiram da ilahi yardıma nail ola bilmək üçün özlərində saxladıqları Peyğəmbərimizə aid saçlarla təbərrük edərdilər.
Əsrarul-Muhammədiyyə adlı əsərdə belə deyilir:
“Rəsulullah r in saçı, əsası və ya qamçısı günahkar bir adamın qəbrinə qoyulsa o asi qoyulan əşyanın bərəkəti sayəsində əzabdan xilas olar. Bu sayılanlar bir insanın evində və ya bir bölgədə olarsa orada yaşayanlar varlığından xəbərdar olmasalar da onun bərəkəti sayəsində bir çox bəla onlardan yan keçər. Zəmzəm suyu və Zəmzəmlə isladılmış kəfən də bu qəbildəndir.” (Ruhul-Bəyan, VII, 486-487)
Həmçinin Rəsulullah r Veysəl Qərani həzrətlərinə əbasını göndərib:
“Bunu əyninə geyinsin və ümmətimə dua etsin” –buyurmuşdur. (Müslim, Fədailus-səhabə, 223-225) Bu da Rəsulullahın əşyası ilə təbərrük edilməyə dair açıq bir işarədir.
Bir gün Əbu Bəkr t ın qızı Əsma c da bir cübbəni göstərərək belə demişdir:
“Bu, Allah Rəsulu r in cübbəsiydi. Vəfatına qədər Aişə c nın yanında qaldı. Həzrət Aişənin vəfatından sonra cübbəni mən götürdüm. Nəbi r onu geyinərdi. Biz onu xəstələr üçün yuyar və suyu ilə (təbərrük edərək Allahdan) şəfa istəyirik” (Müslim, Libas, 10)
Bu hadisə də yaxşı və ya pis olsun, bütün mənəvi keyfiyyətlərin əşyalar qədər məkanlara da sirayət edə biləcəyini, buna görə günah və üsyanların işləndiyi və ilahi qəhrin təcəlli etdiyi məkanlardan var gücümüzlə uzaqlaşıb saleh əməllərin ifa edildiyi və ilahi lütflərin təcəlli etdiyi mübarək və müqəddəs məkanlardan mümkün mərtəbə istifadə etməyin lüzumunu necə də gözəl ifadə edir:
Allah Rəsulu r əshabıyla birlikdə bir zamanlar Səmud qövmünün məskəni olan Hicr bölgəsində qonaqlamışdılar. Səhabələr oradakı quyulardan ehtiyacları üçün su götürmüş və bu su ilə xəmir yoğurmuşdular. Allah Rəsulu r onlara götürdükləri suyu boşaltmalarını, xəmirləri də dəvələrə yedirmələrini və Saleh peyğəmbərin dəvəsinin gəlib su içdiyi quyudan su götürmələrini əmr etdi. (Buxari, Ənbiya, 17; Müslim, Zöhd, 40)
Rəsulullah r buyurur:
“Bu Uhud elə bir dağdır ki, o bizi sevər, biz də onu sevərik. Yolunuz o tərəfə düşsə tikanlı da olsa oradakı ağaclardan yeyin.” (Buxari, Cihad 71, 74, Ətimə 28; Müslim, Həcc 462, 503-504)
Rəsulullah r belə buyuraraq mübarək bir dağ olan Uhudun ətrafındakı ağacların meyvələrindən təbərrükən yeyilməsinə təşviq etmişdir.
Çünki salehlərin olduğu və saleh əməllərin işləndiyi məkanlara rəhmət nazil olar. Mələklər orada olar və oralarda mənəvi ab-hava hökm sürər. Belə məkanlarda dua və istiğfar ilə Allaha yönələrək oradakı mənəvi bərəkətdən istifadə edilməlidir.
Əshabi-Kiram Allah Rəsulunun hər əşyasıyla təbərrük halı yaşamışlar. Onun içdiyi sudan içmək, mübarək əlinin dəydiyi şeyi baş tacı etmək, onun gül ətirli tərini, saç və saqqalını saxlamaq və bu əziz xatirələrlə Rəsulullahın feyz və ruhaniyyətini hiss etmək, ona olan məhəbbət və beyətlərini təzələmək, həsrətlərini bir azcıq da olsa dindirmək və onu davamlı olaraq iman gündəmlərində tutmaq onların könüllərində ayrı bir ləzzət halına gəlmişdir.
Bütün bu rəvayətlərdən anlaşılan odur ki, Rəsulullah r in özü, əşyaları və ona aid olan hər hansı bir şeylə təbərrük etmək mərfu bir sünnə, məqbul və məşru bir üsuldur. Bir çox seçkin səhabənin belə etməsi və Rəsulullahın da bunu təsdiq etməsi, hətta bəzən əmr, bəzən də işarə etməsi bunun açıq-aydın dəlilidir.
Əshabi-kiramdan sonra gələn nəsil də təbərrüklə bağlı bu üsulları yaşatmağa davam etmişdir. Bu mənada böyük hədis alimlərindən biri olan Əhməd bin Hənbəlin Rəsulullaha duyduğu məhəbbəti əks etdirən bir neçə təbərrük misalını oğlu Abdullah belə dilə gətirir:
“Atam Rəsulullah r in saçlarından bir tel götürər, onu dodaqlarının üstünə qoyaraq öpərdi. Onu Allah Rəsulunun saç telini gözünün üstünə qoyarkən də gördüm. O, Rəsulullahın saç telini suya batırar və o suyu içərdi. Bu suyla (təbərrükən) Allahdan şəfa istəyərdi.
Bir gün Rəsulullahın su kasasını götürdü, sonra onu bir qabın içində yudu və o sudan içdi. Həmçinin şəfa niyyəti ilə Zəmzəm suyundan içər, onu əllərinə və üzünə sürtərdi.” (Zəhəbi, Siyəru Əlamin-Nubəla, Beyrut 1986-1988, XI, 212)
Haqq dostlarından Muinuddin Çəşti həzrətlərinin qəbrinin örtüyünü hər il dəyişdirib, köhnəsini böyük övliyalardan birinə verərdilər. Yaxud da zamanın padşahına verərdilər, o da bunu qiymətli mücövhər kimi bir sandıqda təbərrükən saxlayardı. İmam Rəbbani həzrətlərinin vəfatına yaxın o qəbrin örtüsünü yenə dəyişdirdilər və əvvəlkini Rəbbani həzrətlərinə gətirib:
“- Buna ən layiq olan sizsiniz.” –deyərək təqdim etdilər.
İmam Rəbbani həzrətləri böyük bir ədəblə aldığı örtüyü xidmətçilərinə verib ürəkdən bir ah çəkdi və:
“- Həzrət Hacəyə bundan daha yaxın bir libas, bir örtük yoxdur. Bunu saxlayın, mənə kəfən edərsiniz.” -buyurdu.
MƏHƏBBƏT ŞƏRTDİR!..
Təbərrükdən istifadənin sirri mübarək xatirələrin sahiblərinə duyulan həqiqi bir “məhəbbət”dir. Məhəbbətin ən böyük əlaməti isə fədakarlıq və itaət ilə istiqamət üzrə yaşamaqdır. Belə bir məhəbbət varsa təbərrükdən istifadə edilər. Əks halda təbərrük edilən əşya və ya məkan adi bir varlıq olaraq qalar. Eynilə Yusuf u ın Misirdəki köynəyinin ətrini atası Yaqub u ın ta Kənan diyarından hiss etməsinə baxmayaraq köynəyi gətirən qardaşının daşıdığı əziz əmanətin sirrindən xəbərsiz olması kimi. Həzrət Mövlana bu misalı belə izah edir:
“Yaqubda yusufun bir cazibəsi vardı. Buna görə Yusufun köynəyinin qoxusunu çox uzaq məsafədən hiss etdi. Köynəyi gətirən qardaşı isə o qoxunu hiss etməkdən məhrum idi. Çünki Yusufun köynəyi qardaşının əlində bir əmanət idi. Qardaşı köynəyi Həzrət Yaquba çatdırmaqla vəzifəli idi. Yəni o köynək qardaşının əlində, kölə tacirinin əlindəki bir cariyə kimi idi. Kölə tacirinin özü üçün deyildi…”
Xülasə, təbərrükdən istifadə edə bilməyin şərti həqiqi məhəbbətdir. Arzu edilən hal nəqli, eyniləşmə və ya mənəvi yardıma ancaq bu sayədə qovuşmaq mümkündür. Yoxsa belə bir ruhi dərinliyə biganə qalanlar ən feyzli nemətlərin də bərəkətindən məhrum qalarlar. Verəcəyimiz qissə bu xüsusu necə də gözəl izah edir:
Müridlərindən biri Bəyazid Bistami həzrətlərinə:
“Əfəndim, kürkünüzdən bir parça versəydiniz təbərrükən özümdə saxlayardım!..” –deyir. Bəyazid bu cavabı verir:
“Oğlum, sən istiqamət üzrə olmadıqdan sonra Bəyazidin kürkünə deyil, dərisini üzüb içinə də girsən faydası olmaz!..”
Yəni sırf şəkillə mənəvi kamillik əldə edilməz. Təbərrükdən umulan nəticənin hasil ola bilməsi üçün ilk növbədə zəruri olan qəlbi səviyyənin əldə edilməsi lazımdır.
VASİTƏNİ QAYƏNƏ ÇEVİRMƏ!
Bunu da ifadəe tmək lazımdır ki, təbərrükün faydası iman məhəbbətindən ötrü mübarək varlıqlara göstərilən hörmət səbəbiylə Allah-Təalanın yardımını, rəhmətini lütf etməsi sayəsindədir. Rəhmət və bərəkəti lütf edən, təbərrük edilən varlığın özü deyil, yalnız və yalnız Allahdır. Allah-Təala rəhmətini təcəlli etdirmədiyi təqdirdə bərəkəti umulan o varlıqlar bir “heç” hökmündə qalar.
Nəticə olaraq bu xüsusda ifrad və təfridə düşmədən orta yolda olmaq lazımdır. Yəni Allahın əmr etdiyi saleh əməlləri işləmədiyi hyalda sırf saleh insanlarla və ya onların xatirələriylə təbərrükün insanı qurtarmağa yetəcəyi şəklindəki ifrad düşüncələrdən uzaqlaşmaq lazımdır. Və ya təbərrük edilən varlıqlarda sanki ilahi bir qüdrət görmək kimi səhv düşüncələrə də düşməmək lazımdır.
Eyni zamanda bu xüsusda həddi aşanları bəhanə edərək təbərrükü tamamən rədd etmək, bunun əsri-səadətdə və sələfi-salehin dövründə olmadığını iddia edərək bidət, hətta şirk olduğunu irəli sürmək də açıq-aşkar bir cəhallətin əsəridir. Mühüm olan orta yolu tutmaqdır. Mütləq failin yalnız Allah olduğunu, təbərrük edilən varlıqların sadəcə Allahın rəhmət, məğfirət və lütfünü cəlb edəcək vasitələrdən ibarət olduğunu unutmamaqdır. Necə ki, səyahət edərkən minilən bir minik vasitəsi qayə və məqsəd deyil, vasitədirsə təbərrük edilən varlıqlar da Allahın rəhmətini cəlb etmək üçün müraciət edilən bir vəsilədir. Fəzilət sahibi olan saleh insanlara aid olan əşyalar Allahın o şəxslərə dəyər verməsi səbəbiylə dəyərlidir və onlara bu səbəblə əhəmiyyət verilir. Bəndə öz müradını bu vəsilələr hörmətinə Allahdan istəməlidir.
Rəbbimiz bu dünyada saleh və sadiq bəndələriylə qəlbən bərabər ola bilməyi, axirətdə də sevdiyi bəndələriylə həşr olunmağı hər birimizə nəsib etsin. Bizi Özünə yaxınlaşdıracaq hər vəsiləni layiqincəə dəyərləndirə bilən, bəsirət və fərasət əhli olan qullarından etsin. Biz qullarını mübarək gün və gecələrin, xüsusilə də Ramazani-Şərifin feyz, bərəkət və ruhaniyyətindən istifadə edən bəndələri zümrəsinə daxil eyləsin…
Amin!..
Məqalə dəfə oxundu |
| |
| |
| |
|