SORMA HƏR KİŞİNİN ƏSLİN, İZZƏTİNDƏN BƏLLİDİR, SÖHBƏT-İ İRFAN GÖRƏNLƏR XİDMƏTİNDƏN BƏLLİDİR. (Nəsimi)

BİR AYƏ
Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!

BİR HƏDİS

Ramazan gəldiyində Cənnət qapıları açılar, Cəhənnəm qapıları bağlanar, şeytanlar dazəncirə vurular (Səhihi Müslim)

BİR SÖZ

Ölümü xatırlamaq tamah atəşini söndürər. (İmam Qəzali)
AXTARIŞ

 

        Həzrət Peyğəmbərin Ramazan Həyatı

Saleh ŞİRİNOV


          Həzrət Peyğəmbər Ramazan ayını həsrətlə gözləyərdi. Üç aylar girdikdə sevinər; Rəcəb ayında həmişəki aylardan çox oruc tutardı. Şaban ayınınsa demək olar ki, tamamına yaxınnı oruclu keçirər və “Ramazan ayına hörmət olaraq Şaban ayında oruc tutmaq daha fəzilətlidir” -buyurardı. Lakin Ramazanı qarşılamaq məqsədilə bir-iki gün qabaqcadan oruc tutmağı xoş görməzdi. Yolunu gözlədiyi sevimlisinə, Ramazana qovuşduqda, bu bərabərliyin verdiyi həzz və sevinclə mübarək ayın feyzini həvəslə, coşquyla anladardı:
         “Ramazan gəldikdə cənnət qapıları sona qədər açılar; cəhənnəmin qapıları bağlanar; şeytanlar zərərsiz hala gətirilər.”
         “Cənnətin səkkiz qapısı vardır. Bunlardan birinin adı Reyyandır. O qapıdan sadəcə oruclu olanlar girəcəkdir. Ən son oruclu da içərigirdikdən sonra Reyyan qapısı bağlanacaq. Bu qapıdan girənlərə elə bir içki ikram ediləcək ki, onu içən bir daha susuzluq hiss etməyəcək.”
SAHUR VAXTI SƏHƏR VAXTI

         Sahur vaxtına xüsusi bir dəyər verərdi.
         “Diqqət edin, sahura qalxmaq xüsusunda səhlənkarlıq etməyin; çünki sahur yeməyi mübarək bir qidadır.” -deyərdi.
         Başqa bir hədisində də belə buyurmuşdur:
         “Sahur yeməyi bərəkətlidir. Mütləq yeyin. Bir udum su ilə də olsa sahur edin. Çünki Allah-Təala və mələkləri sahur edənlərə rəhmət yağdırar.”
         Sahur vaxtı səhər vaxtıdır. İlahi rəhmət və bərəkətin tüğyan etdiyi zamandır. Qəlbini Allaha verənlərin ibadət, dua və zikrlə yorulduğu mübarək bir zamandır. Elə isə bu qiymətli vaxtı ən azından mübarək Ramazan ayı boyunca biz də dəyərləndirək. Qəlbimizin dərinliklərindən gələn həvəslə Allah qarşısında halımızı ərz etməyə çalışaq; çünki bu feyzli zamanda oyaq olmağın böyük faydası var.
İFTAR VAXTI

         Uca Rəbbimiz qulunun ona bağlılığını və hörmətini görməkdən məmnun olar. İftar vaxtı bu bağlılığın və ehtiramın ən yaxşı göstərildiyi bir zamandır. Bu səbəblə Rəsuli-Kibriya iftar vaxtına həssaslıqla diqqət edərdi. İftar vaxtı girdiyi an orucu açmağın gərəkli olduğuna, sanki bir uşaq saflığıyla oruc açma həyəcanı yaşamağın Allahı necə razı edəcəyinə işarət edər və bunu dini həyatı canlı tutmağın bir nişanəsi sayardı. İftarı gec etməyinsə bir növ laqeydlik olduğuna işarət edərək belə buyurardı:
         “İftarlarını bir an əvvəl açmağa diqqət etdikləri müddətcə ümmətim xeyir və bərəkətdən ayrılmamış olar.”
         Bir qüdsi hədisdə də Allah-Təala buyurur:
         “Qullarım içində ən çox sevdiklərim iftar vaxt girən kimi dərhal orucu açmağa diqqət edənlərdir.”
         İftar vaxtı edilən duanın qəbul ediləcəyini xəbər verən möhtərəm Peyğəmbərimiz iftara başlamadan əvvəl dua edərdi. Dualarından biri beləydi:
         “Allahım! Sənin rizan üçün oruc tutdum. Sənin verdiyin ruzi ilə orucumu açıram.” Sonra isə varsa xurma ilə, yoxsa su ilə orucunu açar və belə edilməsini tövsiyə edərdi.
         TƏRAVİH
         Ramazanla birlikdə Rəsuli-Əkrəmin nafilə namazlarında da artımlar görülürdü. Bunun ən bariz nümunəsi şübhəsiz ki, təravih namazı idi.
         Səadət dövründə bir Ramazan axşamıydı. Ramazan ayının çıxmasına da yeddi gün qalmışdı. O günə qədər Peyğəmbərimiz yatsı namazını qıldırdıqdan sonra evinə çəkilərdi. Fəqət o gecə ilk dəfə təravih namazı qıldırdı.
         Təravih gecənin üçdə biri olana qədər davam etdi. Ertəsi gün ağızdan-ağıza Peyğəmbərimizin təravih namazı qıldırdığı yayıldı. Amma o axşam təravih namazı qıldırmadı. Ertəsi gün yenə təravih namazı qıldırdı. Namaz gecə yarısına qədər davam etdi. Sonrakı gün yenə qıldırmadı. Nəhayət Ramazının çıxmasına üç gün qalmış, bütün gecəni davam edən təravih namazı qıldrıdı. Fəqət təravih namazının fərz ola biləcəyini düşünərək bir daha qıldırmadı. Hər kəsin öz evində qılmasını tövsiyə etdi. Təravih namazlarının məsciddə camaatla qılınma adəti Hz. Ömər dövründə başlamışdır.
QURAN TİLAVƏTİ

         Dua və zikr ayında Peyğəmbərimiz Qurani-Kərimi çox oxuyurdu. Həzrət Cəbrayıl da Ramazan ayı müddətində hər gecə Fəxri-Kainatın yanına gələr, qarşılıqlı olaraq bir-birilərinə Quran oxuyar və beləcə o günə qədər enən ayələri bir daha gözdən keçirmək surətilə kontrol edərdilər. Hər il bir dəfə edilən bu qarşılıqlı oxuma hadisəsi Həbibi-Əkrəmin son Ramazanında iki dəfə olmuşdu.
         Ramazan boyunca Qurani-Kərim oxumağın mənəvi dünyamıza çox fərqli bir zənginlik gətirəcəyinə diqqətimizi çəkən Könüllər Sultanı buyurur ki:
         “Ramazanda tutulan oruc ilə oxunan Qurani-Kərim insana şəfaət edərlər. Oruc deyər ki: “Rəbbim! Mən bu qulunu bütün bir gün yeməkdən və maddi istəklərdən çəkindirdim. Bu qulun haqqındakı şəfaətimi qəbul eylə!”
         Oxunan Qurani-Kərim də: “Mən bu qulunu gecə vaxtı yatmaqdan çəkindirdim. Onun haqqında mənim şəfaətimi qəbul eylə!” -deyər.
         VİDA GÜNLƏRİNƏ DOĞRU
         Ramazanda vida günləri yaxınlaşdıqda Rəsulullahın ibadətlərində bir artış görünərdi. Çünki “Min aydan daha xeyirli” Qədr gecəsinin Ramazanın son on günündə, xüsusilə 25, 27 və 29 -cu gecələrində olması ehtimalı, Onu bu gecəni qaçırmamağa sövq edərdi. Belə buyururdu:
         “Hər kim, Qədr gecəsində, bu gecənin böyüklüyünü qəbul edərək və savabını Allahdan gözləyərək namaz qılarsa, keçmş günahları bağışlanar.”
         Ramazanın son on günündə Rəsuli-Əkrəm Məscidi-Nəbəvidə etikafa çəkilərdi.
         “Rəbbim qapına gəldim. Sən məni əfv etmədikcə buradan heç yerə getmərəm” mənasına gələn namaz, dua və zikrdən ibarət dolu bir ibadət zamanlarında, sadəcə zəruri ehtiyacları üçün evinə gedərdi.
         Sevimli Peyğəmbərimizin Ramazan həyatı qısaca olaraq beləydi. Uca Rəbbimin ələdüşməz bu fürsəti qiymətləndirə bilməyi hamımıza lütf eyləsin!

 

 


Məqalə Oxunma Sayı dəfə oxundu