MƏĞFİRƏT İQLİMİ RAMAZAN VƏ ORUC
Orucluq ayı olan Ramazan feyzli bir həyatın yaşandığı mübarək mükafat ayıdır. Sahib olduğumuz saysız nemətlərin qədir-qiymətini xatırladan bu ayda fani nemətlərdən vaz keçib əbədi nemətlər qazanmağın sirrinə Allah-Təalanın əmr etdiyi oruc neməti ilə qovuşmaq olar.
Orucun fəziləti və əsl məqsədi daim ibadətlə nəfsə qarşı mübarizə etmək və nəfsi həmişə nəzarət altında saxlamaqdır.
Oruc həyatla mübarizədə zəruri olan “səbir, iradə, nəfsani arzulardan uzaqlaşma” kimi halların tərbiyəsi ilə əxlaqi vəziyyətimizi kamilləşdirir. Bundan başqa, bu ibadət nəfsin yemək, içmək və şəhvətə görə bitib-tükənməz arzularına qarşı, insanın şərəf və heysiyyətini qoruyan bir qalxandır.
Oruc sahibini əzmkar, qənaətkar, riza halı, mətanət və səbir kimi əxlaqi gözəlliklərə çatdırır, həmçinin məhrumiyyət və aclıqla ona nemətlərin qədrini xatırladır və bu vasitə ilə yoxsulların vəziyyətini düşündürür, onlara mərhəmət və şəfqət hissi aşılayaraq ürəklərimizi həssaslaşdırır. Şükran duyğularını canlandırır. Bu xüsusiyyəti ilə oruc sosial həyatdakı kin, həsəd, qısqanclıq kimi ümumi hüzursuzluğa səbəb olan mənfi halları dəf etməkdə ən təsirli ilahi əmrdir. Dolayısı ilə oruc yalnız bu ümmətə deyil, əvvəlki ümmətlərə də fərz buyrulmuş bir ibadətdir.
Oruc bir çox maddi və mənəvi xəstəliyə dərmandır. Və bu dərman “müəyyən günlər”də qəbul olunur. İnsan bir dərmandan ardıcıl istifadə etdikdə bədəni ona alışır və artıq dərmanın faydası olmur. Maddi və mənəvi həyat üçün bir dərman vəzifəsini görən oruc da belədir. əgər müəyyən ölçü aşılarsa, oruc həm maddi, həm də mənəvi həyata fayda verməz. Buna görə Ïeyğəmbər (s.ə.s.) “Mən bundan sonrakı həyatımı həmişə oruc tutaraq keçirəcəyəm” deyən səhabəsinя xəbərdarлыг etmişdir.
Digər tərəfdən, orucun müəyyən bir ayda tutulması, bütün müsəlmanların eyni zamanda bu dini vəzifəni yerinə yetirməsi İslamın birlik anlayışının ortaya qoyulması üçündür. Beləcə, müəyyən günlərdən ibarət olan oruc, yenə müəyyən günlərdən ibarət olan həyatımıza incəlik, dərinlik və zəriflik qazandırır.
Ramazan ayının ilin bütün mövsümlərini dolaşması isə digər bir hikmətdən xəbər verir. Beləcə, ilin müxtəlif mövsümlərində yaşanan isti, soyuq, sərin günlərlə uzun, qısa və ya orta müddətli bütün günləri sıra ilə gəzən Ramazan günləri və oruc ilin bütün günlərini bərəkətləndirir. Bu hal, həmçinin oruc tutanlar üçün də müxtəlif çətinlik və asanlıq dolu təcəllilərə səbəb olur, mömin könüllərə müxtəlif həzzlər yaşadır. Nəticədə, çətin olan bir ibadət müstəsna bir canlılıq və məhəbbətlə yerinə yetirilir.
Oruca bəxş edilən bu rahatladıcı və könülləri ona rəğbətetdirici yer onun fərz qılınmasında da görünür.
Qurani-Kərimdə oruc həm Ramazan ayı ilə məhdudlaşdırılmış, həm də insanlara çox bəlağətli bir üslubla, mərhələ-mərhələ əmr edilmişdir. əvvəlcə belə buyrulmuşdur:
“Ey iman gətirənlər! Oruc tutmaq sizə fərz qılındı...!” (əl-Bəqərə, 183)
Sonra bunun yalnız bizə deyil, bizdən öncəkilərə fərz qılındığı da bəyan edilmişdir:
“...Sizdən əvvəlki ümmətlərə fərz qıdındığı kimi!” (əl-Bəqərə, 183)
Bundan sonra oruc üçün müəyyən vaxt olduğu bildirilmişdir:
“(Oruc tutmaq) sayı müəyyən olunan günlərdir.” (əl-Bəqərə, 184)
Demək olar ki, oruc, bütün saleh əməllərə ən müsbət mənada təsiri olan bir ibadətdir. Şəqiq Bəlxinin buyurduğu kimi: “İbadəti layiqli şəkildə yerinə yetirə bilmək bir sənətdir. Onun qazanc məkanı xəlvət, vasitəsi isə aclıqdır.”
Böyük haqq dostu Mahmud Sami Ramazanoğlu həzrətləri Mükərrəm İnsan adlı kitabında az yemək və aclığın əhəmiyyətindən belə bəhs edir:
Təbiblərə:
“Dəvanın ən şəfalısı nədir?”
Hikmət əhlinə:
“İbadətə ən çox şövq verən nədir?”
Zahidlərə:
“Haqqa bağlılığı ən çox qüvvətləndirən nədir?”
Alimlərə:
“Elm hifzində ən fəzilətli şey nədir?”
əmirlərə:
“ən ləzzətli və qidalı yemək nədir?” deyə soruşmuşlar.
Hamısı da:
“Az yeməkdir!” buyurmuşdur.
Çünki az yeməkdə, xüsusilə aclıq və orucda on cür ən gözəl xislət var:
1. Aclıqda qəlb şəfası, hafizə qüvvəti, toxluqda isə səfehlik, unutqanlıq olur.
2. Aclıqda qəlb riqqəti olur: dua və ibadətlərdən həzz və könül rahatlığı əldə edilir. Toxluqda isə, qəlb qatılaşar və ibadətdən zövq hasil olmaz.
3. Aclıqda ürək yumşaqlığı, sakit və təvazökarlıq, toxluqda isə hiddət, qürur, təkəbbür və öyünmə olar.
4. Aclıqda kasıb və aclar ağla gəlir. Toxluqda isə unudular və ağla gəlməz.
5. Aclıqda şəhvət, nəfsani istək və arzular qırılır. Toxluqda isə nəfsi-əmmarəyə hakim olmaq чяtinlяшir.
6. Aclıqda vücud diri və oyaqdır. Toxluqda isə yuxu və qəflətdə olar.
7. Aclıqda ibadət və qulluğa davam etmək asandır. Toxluqda isə tənbəllik və zəiflik olar.
8. Aclıqda bədən sağlam olur, xəstəlik yox olar. Toxluqda isə bədən zəifləyir və xəstə olar.
9. Aclıqda bədəndə yüngüllük və rahatlıq, toxluqda isə ağırlıq və ətalət olur.
10. Aclıqda sədəqə vermək, ikram və infaq etmək şövqü olar. Bu da qulu qiyamət gününün dəhşətli istisində sərin kölgəliyə qovuşdurar. Toxduqda isə israfçılıq ortaya çıxar və bu da bəndəni həlak edər.
Yəni toxluq nəfsani arzulara təhrik edərkən, aclıq təfəkkür və duyğulanma hissini gücləndirir.
Məsələn, Orucun bütün faydalarına istinadən hədisi-şərifdə çox gözəl buyrulmuşdur:
“Oruc tutun ki, (maddi və mənəvi) sağlam olasınız.” (Təbərani)
Aclıqla qazanılan maddi-mənəvi sağlamlığı nəzərdə tutan ən kamil istinad nöqtəsi də AllahTəalanın böyük ïeyğəmbərlərinə tətbiq etdiyi təsirli metodlar arasında oruca xüsusi yer verməsidir.
Bir çox ïeyğəmbərlər oruc tutaraq nübüvvətin feyzlərini almağa hazırlanmışdır. Kamilliyin zirvəsinə çatınca bir müddət insanlıq aləmindən uzaqlaşmış və özlərində mələyə xas keyfiyyətlər meydana gəlmişdir. Beləcə, qəlbləri ilahi vəhyin çeşməsi ilə dolub-daşmışdır. Buna nümunələr çoxdur:
Sina dağının çox dəyərli ïeyğəmbəri Həzrət Musa (ə.s.) Tövrat nazil olana qədər qırx gün-qırx gecə ac-susuz qalmışdır.
Sair dağının müqəddəs ïeyğəmbəri Həzrət İsa (ə.s.) da İncildən ilk kəlam duyana qədər qırx gün-qırx gecə ac-susuz qalmışdır.
Həzrət Məhəmməd (s.ə.s.) də Quran nazil olmamışdan əvvəl düz bir ay Məkkə yaxınlığındakı Hira mağarasında təkbaşına qalmış və günlərini müxtəlif ibadətlərlə keçirmişdir. Nəhayət, Cəbrayılın səsindən müjdəsini almış və ilahi feyzlərin nuru könlünə doğmağa başlamışdır.
Bu həqiqətlər göstərir ki, oruc ancaq mənəvi fayda və məqsədə bağlıdır. Oruc ibadət olduğundan sırf bu məqsədlə tutulmalıdır. Ondan zahirən faydalanmaq məqsədi güdülərsə, oruc ibadət olmaqdan çıxar. Yəni oruclarımızda mədəmizi yüngülləşdirmək, arıqlamaq kimi məqsədlər olmamalıdır. Belə oruclarda ilahi rizanı düşünməliyik.
Bədən hərəkətlərinin faydasını nəzərdə tutan, yaxud qəflət, duyğusuzluqla qılınan namazlar da bu qəbildəndir.
İbadətlər yalnız ilahi rizanı qazanmaq məqsədilə yerinə yetirilir. Bu məqsədin həyata keçməsi üçün kamilliyə çatmaq zəruridir.
Ramazanla bağlı Həzrəti Ïeyğəmbərin (s.ə.s.) tövsiyələrində yer alan bəzi xüsuslara diqqət etmək vacibdir:
a) Kəlmeyi-şəhadət,
b) İstiğfar və zikr,
c) Cənnəti qazanmaq üçün çoxlu saleh əməl,
d) Cəhənnəmdən qurtulmaq üçün haramdan və harama yaxın şeylərdən uzaqlaşmaq,
e) İmkan daxilində çoxlu xeyirli işlər görmək, qəlbiqırıq və dərdli şəxslərin duasını almaq,
f) Oruc tutan bir şəxsə iftar etdirmək və bu qəbildən olanlar…
Ramazan ayı möminlərə fəzilət və kamillik qazandıran ilahi bir rəhmət mövsümüdür. Oruclu ikən heç nə yeməməyə diqqət edildiyi kimi, ağızdan çıxan kəlama da diqqət edilməlidir. Dedi-qodudan və kimisə incitməkdən çəkinmək, beləcə orucun fəzilətini azaltmamaq lazımdır.
Yalan və qeybət sahibləri gündüzlər nəfslərini halal yeməklərdən məhrum edərək oruc tutarlar. Lakin yalan və qeybət etdiklərinə görə mənən insan əti yeyərək haramla iftar etmiş sayılarlar. Bu cür, yəni zahirən oruclu olub, mənən qeybət səbəbi ilə iftar etmiş olanlar haqqında Süfyan Sevri Həzrətləri təqva ölçülərinə görə:
“Qeybət edənin orucu ïozulur” demişdir.
Həzrət Mücahid də eyni həssaslıqla: “Qeybət və yalan orucu ïozar” buyurmuşdur.
Yəni qeybət etməklə, yalan söyləməklə oruclarını mənən ïozanlar onun çox yüksək fəzilətindən tamamilə məhrum olarlar.
Buna görə də dünyəvi məqsədlərlə zədələnmiş, riyakarlıq, göstəriş və qəflətlə kirlənmiş oruclar və namazlar haqqında Həzrət Ïeyğəmbər (s.ə.s) belə buyurur:
“Elə oruc tutanlar vardır ki, orucundan özünə quru aclıqdan başqa bir şey qalmaz, gecələri nə qədər namaz (təravih və təhəccüd) qılanlar olur ki, namazlarından özlərinə qalan yalnız yuxusuzluqdur.” (Təbərani)
Namazlar, xüsusilə də gecə namazı olan təravih və təhəccüdlər qəlbə hüzur, rahatlıq verməlidir. Bu mübarək ayda namazlara daha çox diqqət etməli, Qurani-Kərimi xüşu ilə oxumalı, zikrlə ruhumuzu yumuşaltmalı, zəkat və sədəqələrlə də vicdan rahatlığına qovuşmalıyıq. Qurani-Kərim yer üzünə Ramazan ayında endirildiyi üçün bu mübarək ayda Quranın mənəvi iqliminə daxil olmalı və ibadətləri də o istiqamətdə dəyərləndirməliyik.
Qurani-Kərim qəlblə oxunmalıdır. Gözün vəzifəsi qəlbə gözlük olmaqdır.
Mübarək Ramazan ayının başqa bir qiyməti də möminlərə feyz və bərəkətlə dolu bir Quran həyatı yaşatması baxımından idrak edilməlidir.
Ramazan orucu və Quran arasında incə bir rabitə, dərin bir yaxınlıq vardır. Həyat və ölüm öyüdlərini Qurani-Kərimdən başqa hansı səlahiyyətli kürsüdən dinləmək mümkündür?
Həzrəti Ïeyğəmbər (s.ə.s.) buyurmuşdur:
“Oruc ilя Quran qiyamət gцnцndə bəndəyə şəfaət edəcəkdir.” (Əhməd ibn Hənbəl, Mцsnəd II, 174)
Orucun əcri Allah qatında mühafizə edilir. Qüdsi bir hədisdə buyurulur:
“Adəm oğlunun hər əməl və hərəkəti özünə aiddir. Oruc isə belə deyil! ×ünki o mənim üçündür. (×ünki mən yemək, içmək və bütün bəşəri sifətlərdən uzağam). Beləliklə, mən onun mükafatını xüsusi olaraq bol-bol verəcəyəm.” (Buxari)
Bu mübarək rəhmət və əfv ayında diqqət edəcəyimiz digər bir xüsus isə Qədr gecəsində ibadət etməkdir.
Qədr gecəsi Rəbbin Məhəmməd ümmətinə sonsuz mərhəmətindən saçdığı müstəsna bir lütf gecəsidir. Bu gecə nə qədər mənəvi xəzinələr bəxş edilər. Bu gecənin ehtişam və əzəməti haqqında ayrıca bir surə nazil olmuşdur.
Qədr gecəsi Qurani-Kərimin həmin gecə endirilməsi ilə nurlanmış, Cəbrayıl və digər mələklərin iştirakı ilə mənəviləşdirilmişdir. Möminlərə görünməyən nuranilər tərəfindən salam verilən bu gecə feyz və bərəkət dolu bir lütf, Rəbbin qullarına mərhəmət gecəsi və Ramazan ayının bahar fəslidir.
Qədr gecəsi Həzrət Ïeyğəmbərdən gələn mənəviyyat dolu əfv və rəhmət hədiyyəsi olan bir gecədir.
Hədisi-şərifdə:
“Qədr gecəsinin fəzilət və müqəddəsliyinə inanaraq savabını yalnız Allahdan gözləyərək ibadət və itaətlə keçirən şəxsin qul haqqı xaric, keçmiş günahları bağışlanar.” (Buxari, Müslim) buyurulmuşdur.
Biz bir gün bu fani ləzzətləri əlindən alınacaq həqiqət yolçularıyıq.
Feyzli könüllər gəlib keçən bu ruhani günlərin həsrətini çəkəcək. Bu əfv və cəhənnəmdən qurtuluş günlərindən ayrılmaq Allahdan qorxanlar üçün göz yaşı tökdürəcək. Elə isə fğrsət əldə ikən haydı ibadətə!
Məqalə dəfə oxundu |
| |
| |
| |
|