SORMA HƏR KİŞİNİN ƏSLİN, İZZƏTİNDƏN BƏLLİDİR, SÖHBƏT-İ İRFAN GÖRƏNLƏR XİDMƏTİNDƏN BƏLLİDİR. (Nəsimi)

BİR AYƏ
Namaz qılın, zəkat verin! Özünüzdən ötrü (əvvəlcə) etdiyiniz xeyri (yaxşı əməllərin əvəzini) Allah yanında taparsınız. Həqiqətən, Allah nə etdiklərinizi görəndir! (əl-Bəqərə, 110)

BİR HƏDİS

Qədərə iman etmək qayğı və kədəri yox edər. (Hakim)

BİR SÖZ

Dost qazanmağın tək yolu dost ola bilməkdir. (Emerson)
İNTERAKTİV

SAYTIMIZIN YENİ DİZAYNINI
BƏYƏNDİNİZMİ?
Yaxşı!
Pis
 

 

        XOCALI FACİƏSİNDƏN 18 İL ÖTÜR

Ülvi MƏMMƏDOV


          Düşmən tərəfindən qətlə yetirilmiş insanların başları kəsilmiş, meyitlər eybəcər hala salınmış, tikə-tikə doğranmış, diri-diri yandırılmış, körpələrin sinəsi yarılaraq ürəkləri parçalanmış, gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmış, ananın gözləri qarşısında oğlu vəhşicəsinə öldürülmüş, ailələr bütövlüklə yox olmuş, girov götürülmüş, qaçanlar mühasirəyə alınaraq yerindəcə güllələmmiş, canlarını sağ-salamat qurtara bilənlər günlərlə meşələrdə, şaxtalı havada ac-susuz qalmışdı...
         Bütün bunlar nə Xatın, nə Lidisa, nə Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı hadisələrdən fraqmentlər deyil.
         Yuxarıda qeyd edilənlər XX əsrin ən dəhşətli və qəddar faciəsi olan Xocalı soyqırımında baş verənlərdir. Təkcə son I əsrdə Azərbaycan mənfur qonşular himayədarlarının köməyi ilə dəfələrlə azərbaycanlılara qarşı xain planlar hayata keçirmişlər. Ümumiyyətlə XX əsrin birinci yarısında (1905-1907, 1918-1920) ermənilərin törətdikləri kütləvi qırğın zamanı təxminən 2 milyon azərbaycanlı qətlə yetirilmiş, öz doğma torpaqlarından zorla çıxarılmışdır.
         Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinistləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsıdir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları hiyləgər məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtsa da, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vursa da, xocalılar hətta amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi apardı, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə 50-60 ov tüfəngi ilə igidliklə vuruşdu, düşmən qarşısında əyilmədi.
         Xocalı soyqırımının on səkkizinci il dönümü ərəfəsində Xocalı şəhidlərinin əziz xatirəsini bir daha yad edir, onlara Allahdan rəhmət diləyir, həlak olanların yaxınlarına, doğmalarına, bütün Azərbaycan xalqına bir daha dərin hüznlə baş sağlığı veririk.

 

 


Məqalə Mesothelioma dəfə oxundu