SORMA HƏR KİŞİNİN ƏSLİN, İZZƏTİNDƏN BƏLLİDİR, SÖHBƏT-İ İRFAN GÖRƏNLƏR XİDMƏTİNDƏN BƏLLİDİR. (Nəsimi)

BİR AYƏ
Namaz qılın, zəkat verin! Özünüzdən ötrü (əvvəlcə) etdiyiniz xeyri (yaxşı əməllərin əvəzini) Allah yanında taparsınız. Həqiqətən, Allah nə etdiklərinizi görəndir! (əl-Bəqərə, 110)

BİR HƏDİS

Qədərə iman etmək qayğı və kədəri yox edər. (Hakim)

BİR SÖZ

Dost qazanmağın tək yolu dost ola bilməkdir. (Emerson)
İNTERAKTİV

SAYTIMIZIN YENİ DİZAYNINI
BƏYƏNDİNİZMİ?
Yaxşı!
Pis
 

 

        RUHUN XƏRÇƏNGİ

Sedat DEMİR


          İçində olduğu mühitə ən tez assimilyasiya olan və xüsusi vərdişlərə sahib olan, bu vərdişləri dəyişə və tərk edə bilən yeganə varlıq insan oğludur. Bu xüsusiyyətə sahib olduğu üçün də o, əxlaq sahibidir. Digər canlılar üçün əxlaqdan bəhs etmək imkansızdır.
         İnsan nə istəsə onu edə bilməz. Ona mane olan bəzi qanunlar var. Bu istəyini cilovlamasına səbir deyirik. İnsan həyatda ya xoşagəlməz, zərərli bir vəziyyətlə qarşı-qarşıyadır, ya da bir əməli və ibadəti yerinə yetirməkdədir. Yaxud da nəfsin meyil etdiyi bir pis əməl işləmək və ya ondan vaz keçmək seçimi ilə qarşı-qarşıyadır. İnsan bu üç haldan birinin xaricində qala bilməz. Eyni zamanda insanın bu üç halda Allahın rizasına uyğun olan davranışı sərgiləyə bilməsi ən böyük bacarıqdır. Çünki o, Allahın rizasına uyğun olan davranışı seçərkən bir çox nəfsi davranışlardan da vaz keçir.
         Günahlar və haramlar insanın maddi və mənəvi həyatına zərər vuran zəhər kimidir. Şeytan və nəfs onları bəzəyib insanlara şirin və xoş göstərir. Buna aldanan insanlar da nəticədə mənəvi həyatlarını altüst edərlər. Haramlar həddən artıq az olsa da nədənsə insan oğlu bu qədər halalı qoyub məhdud sayda olan haramlara meyil edir.
         İçki, qumar, eroin və s. kimi pis vərdişlər ictimai sağlamlığı təhdid edən ünsürlərdir. Şeytan içki və qumar yoluyla insanların arasına kin və düşmənlik salar. Onları Allahın zikrindən, namazdan və ibadətlərdən uzaqlaşdıraraq axirət müflisinə çevirər. Bu cür vərdişlər icra olunarkən nəfsə xoş gəlsə də sonralar təmiri mümkün olmayan zərərlərə səbəb olur.
         Dünya Sağlamlıq Təşkilatının otuz ölkədə apardığı tədqiqatın nəticəsinə görə cinayətlərin yüzdə 85-i, qətllərin yüzdə 50-si, zorakılıqların yüzdə 50-si, ailədaxili münaqişə və zorakılığın yüzdə 70-i və psixi xəstəliklərin yüzdə 40-ı spirtli içkilərdən qaynaqlanır. Alkoqollu içkilər qəbul edən insanlardan dünyaya gələn uşaqlarda əqli problemlər yüzdə 90-a yaxındır. Spirtli işki içən bir qadının dünyaya şikəst uşaq gətirmə riski yüzdə 35-dir. Alkoqol ana bətnindəki uşağın böyüməsinə və dünyaya gəldikdən sonrakı inkişafına əngəl törədir.
         İngiltərə dövlətinin rəsmi açıqlamalarına görə alkoqollu içkidən istifadə nəticəsində meydana çıxan dava, yaralanma, xəstəxana xərclərinin ingilislərin iqtisadiyyatına verdiyi zərər il ərzində 30 milyard dollardır. Gördüyümüz kimi şüşənin içində durduğu kimi durmayan içkinin maddi-mənəvi, sosial və fərdi zərərləri göz önündədir.
         Rəsulullah (s.ə.s) buyurmuşdur:
         “Əsla içki içməyin. Şübhəsiz ki, o, bütün pisliklərin anasıdır.” (İbn Macə)
         “Çoxu sərxoşluq verənin azı da haramdır.” (Əbu Davud)
         Pis vərdişlərdən biri də qumardır. Ayeyi-kərimədə: “Şübhəsiz ki, şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və sizi namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?” (əl-Maidə, 90) buyurulur. Qumar yol verdiyi maddi-mənəvi itkilərlə yanaşı zamanın və zehni enerjinin boşa xərclənməsi nəticəsini doğuran, iradəni zəiflədən, hətta yox edən və insanı ailəsindən, ətraf mühitdən, insani və dini məsuliyyətlərindən uzaqlaşdıran bir aludəliyə sürükləməkəddir. Quranda qumarın kin və düşmənçiliyə yol açdığının bildirilməsinin izahı budur hər halda.
         Həmçinin qumar iqtisadi cəhətdən inkişafını tamamlamamış ölkələrdə işsizliyin, kasıblığın, siniflərarası tarazsızlığın geniş çapda olduğu cəmiyyətlərdə sanki bir ümid istismarçısı kimi epidemiyaya çevrilməkdədir. Qumar səbəbi böyük bir kütlə zərər çəkməkdə, digər tərəfdən cəmiyyətə layiq olmadan, alın təri tökmədən zəngin olan bir neçə problemli insan əlavə olmaqdadır. Beləliklə qumar cəmiyyətdə yardımlaşmanın zəifləməsində və eqoizmin ön plana çıxmasında da mənfi rol oynamaqdadır.
         Günahkara deyil, günaha düşmən olmaq
         Hər bir insan içində yaşadığı cəmiyyətin üzvüdür. Pis vərdişlərə sahib olan insanlara xəbərdarlıq etməliyik. Peyğəmbərimiz də pis davranış qarşısında bir müsəlmanın necə hərəkət edəcəyini belə dilə gətirir: “İçinizdən kim çirkin bir hərəkət və ya xoş olmayan bir davranış görsı, onu əli ilə dəyişdirsin. Bunu əliylə dəyişməyə gücü çatmazsa, diliylə dəyişdirsin. Buna da gücü çatmazsa qəlbində o hərəkətə qəzəb etsin...” Bununla da Peyğəmbərimiz pis davranışlar qarşısında sükut etməməyimizin lüzumunu açıq şəkildə bəyan edir. Bu davranış eyni zamanda məsuliyyət daşıyan hər insanın sahib olacağı vəsfdir.
         Ancaq bu zaman şəfqətli və mərhəmətli olmaq lazımdır. Allah dostu Cüneyd Bağdadi hər gün namaz üçün məscidə gedərkən çayın içində ah-vah deyə inildəyən bir adam görür. Tez ona tərəf qaçır və görür ki, adam sərxoşluğu səbəbi ilə müvazinətini saxlaya bilməyib dərəyə düşüb. Ətrafdakılar onun sərxoşa göstərdiyi canfəşanlığı görüb bu adamın əyyaş olduğunu ifadə edərək bu hərəkətini yadırğayırlar. Şeyx: “Əslində, onunla indi məşğul olmaq lazımdır” deyərək əlindən gələni əsirgəmir. Üstünü təmizləyir, qarnını doydurur və əllərini səmaya qaldıraraq “Ya Rəbb! Mən zahirini təmizlədim, Sən də daxilini təmizlə” –deyə dua edir. Allahın lütfü ilə həmin günahkar hidayətə gəlir.
         Ətrafımızda pis vərdişlərə düçar olanlarla yaxından maraqlanıb, onları bu vərdişlərdən uzaqlaşdırmağın yolunu axtarmalı və bunu ən böyük məsuliyyətimiz olaraq görməliyik.

 

 


Məqalə Mesothelioma dəfə oxundu