SORMA HƏR KİŞİNİN ƏSLİN, İZZƏTİNDƏN BƏLLİDİR, SÖHBƏT-İ İRFAN GÖRƏNLƏR XİDMƏTİNDƏN BƏLLİDİR. (Nəsimi)

BİR AYƏ
Namaz qılın, zəkat verin! Özünüzdən ötrü (əvvəlcə) etdiyiniz xeyri (yaxşı əməllərin əvəzini) Allah yanında taparsınız. Həqiqətən, Allah nə etdiklərinizi görəndir! (əl-Bəqərə, 110)

BİR HƏDİS

Qədərə iman etmək qayğı və kədəri yox edər. (Hakim)

BİR SÖZ

Dost qazanmağın tək yolu dost ola bilməkdir. (Emerson)
İNTERAKTİV

SAYTIMIZIN YENİ DİZAYNINI
BƏYƏNDİNİZMİ?
Yaxşı!
Pis
 

 

        GÜNAHA AÇILAN QAPI...

Nurlan MƏMMƏDZADƏ


          İlahi dərgahdan qovulmuşdu məlun. Bir vaxtlar mələklərin rəisi ikən indi əsfələ-səfilin mərtəbəsinə düşmüşdü. Rüsvayçılıq donu geyinmiş, rəzalət içində vurnuxurdu. Aləmlərin Rəbbinin qəzəbinə düçar olmuş, yer üzünə gələcək olan bütün insanların nifrətini və lənətini qazanmışdı. Amma hələ nə insan nəsli vardı, nə insan lənəti. Sadəcə yaxınlaşmaqda olan, dolu kimi yağacaq lənət buludlarını gətirən küləklərin mehini hiss edirdi mənfur sifətində... Bəlkə də cəzasının bir anda yox olmaq, ilahi əmrlə külə dönmək və ya duz kimi ərimək olacağını fərq etmişdi. Buna görə də möhlət istədi Adəmin Rəbbindən. Günahını etiraf edib, tövbəyə sarılmaq yerinə düşdüyü rəzilliyi Adəmdən və Rəbbindən bildi. Onun fikrinə görə Haqq qatından qovulmağına Adəm səbəb olmuşdu. Uca Yaradanla aralarında belə bir dialoq keçdi o anda:
         (İblis) dedi: "Mənə qiyamətə qədər möhlət ver!"
         (Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən!"
         (İblis) dedi: "Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!" (əl-Əraf, 14-17)
         Beləliklə insanla şeytanın qiyamətədək davam edəcək mücadiləsi başladı. İlk insan olan Adəmin cənnətdən qovulmasına nail olan İblis yer üzündə də ondan və oğullarından əl çəkmədi. Durmadan ürəklərə vəsvəsə saldı, şübhə təlqin etdi, pis fikir aşıları. Bəzən küləkli qış gecələrində körpələrin qəlbinə qorxu pıçıldadı, bəzən zikr edən abidin fikrini təsbeh dənələriylə yayındırdı. Hər kəsə bir fənd işlətdi. Yeganə məqsədi isə Haqqa gedən yoldan döndərmək və insanlar arasına ədavət, fitnə-fəsad toxumları səpməkdi.
         Söz vermişdi, düz yolun üstündə oturaraq nəyin bahasına olursa-olsun insanları aldadacaqdı. Bu səfər aldanmış Adəm oğullarını içki məclislərinə, qumar masalarına sürüklədi. İçirdərək hər cür pis əməli işlətdi ona. Qumarı insan ruhunun get-gedə böyüyən və müalicəsi çətinləşən xərçənginə çevirdi. Beləliklə mənəviyyatını öldürdü. Şərabı müxtəlif bəzəkli şüşələrdə insana şirin göstərdi. Tütünü qəlyana, qəlyandan marka siqaretlərə daşıdı. Elit məclisləri sulu qəlyanlarla bəzədi. Boş vaxtları zərlə, qumar kağızıyla keçirməyi aşıladı insan beyninə. İnsan müasirləşdikcə şeytan içkini, qumarı da müasirləşdirdi. Yeni vasitələrə əl atdı. Kazinolarda, rulet masalarında qumar oynayan, beləliklə də qulluq qayəsindən uzaqlaşan insanların aldandığı yetmədi. Qumar hər evə girsin deyə həftəlik, aylıq oynanan lotereyaları icad etməyi saldı insanın beyninə. Televizoru bu məqsəd üçün vasitə halına gətirdi. İçki içirdərək, qumar oynadaraq insanı utopiya qurmağa sürüklədi. Qumar yoluyla bir qoyub beş götürməyi xəyal edən insan oğlu zənginliyin yeganə və asan yolunu, utopiyalarını gerçəkləşdirməyin çarəsini onda gördü. Halbuki qurulan bu xam xülyalar, utopiyalar da şeytanın dərgahi-ilahidən qovularkən söz verərək əl atdığı metodlardan biri idi. Bir zamanlar “Onları puç xülyalara salacağam...” demişdi. Beləliklə günaha düşən insan batdıqca batdı. “Bir dəfə də”, “axırıncı dəfə” oynayım deyərək ümidini qumara bağladı. Son dəfə qazansa əl çəkəcəkmiş guya. Halbuki bu, özünü aldatmağın ən həzinidir...

***

         Uca Yaradan öz kitabında hər şeyi əvvəlcədən bizə xəbər vermiş, şeytanın hiylələrindən agah qılmış və ruhumuzu qaraldacaq zərərli əməllərdən çəkinməyimizi dönə-dönə tapşırmışdır. O əməllərdən ki, işləndikcə vərdişə çevrilərək yaxamızı buraxmır. “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və sizi namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?” (Ali-İmran, 90-91) Görəsən nə zaman bizi yoxdan var edən və hər şeyi bilən Rəbbimizin əmrlərini, tövsiyələrini oxuyub həyata keçirəcəyik?

 

 


Məqalə Mesothelioma dəfə oxundu