SORMA HƏR KİŞİNİN ƏSLİN, İZZƏTİNDƏN BƏLLİDİR, SÖHBƏT-İ İRFAN GÖRƏNLƏR XİDMƏTİNDƏN BƏLLİDİR. (Nəsimi)

BİR AYƏ
Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab (Tövrat) oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz? (əl-Bəqərə, 44)

BİR HƏDİS

İnsanlara əziyyət verən şeyləri yoldan kənarlaşdır. Çünki bu, sənin üçün bir sədəqədir. (Buxari)

BİR SÖZ

Həqiqəti insanların ölçüləriylə deyil, insanları həqiqətin ölçüləriylə tanı. (Hz. Əli r.a.)
İNTERAKTİV

SAYTIMIZIN YENİ DİZAYNINI
BƏYƏNDİNİZMİ?
Yaxşı!
Pis
 
MÜNDƏRİCAT

İRFANDAN |
İsti yay mövsümünü yaşayarkən eyni zamanda üç ayların bərəkətindən də faydalanırıq. İslam mədəniyyətində özünəməxsus yeri olan Rəcəb, Şaban, Ramazan ayları bizim üçün həyatı yeniləyən, yaşamımıza təravət qazandıran mənəvi mövsüm olmalıdır...

_________________________________________________________________

BƏNDƏNİN DƏYƏRİ: İBADƏT | Sedat DEMİR
Uca Allaha ehtiram, təzim və hörmət demək olan ibadətə qulluq da deyə bilərik. İnsan yalnız Allahın qulu olduğunu idrak edər, yalnız Ona ibadət edər və yalnız Ondan yardım istəyərsə dünya və axirət səadətinə qovuşar...

_________________________________________________________________

BİZİ BİRLƏŞDİRƏN AMİL | Nurlan MƏMMƏDZADƏ
İbadət Rəbbimizin bizdən istədiyi məsuliyyətli bir əməldir. Yaranma səbəbimizdir. Allah təala bizdən ibadət etməmizi istəyir, lakin Onun bizim etdiyimiz əməllərə heç bir ehtiyacı yoxdur...

_________________________________________________________________

YARADILIŞ QAYƏSİ | Elşən RZAYEV
Diqqətli oxucularımız xatırlayarlar, jurnalın 32-ci sayındakı yazımda “Mənim qəlbim təmizdir!” iddiasında olanlardan söhbət açımışdım. Bu yazıdan sonra tanışlardan bir neçəsi telefonuma zəng edərək “Bizi qəsd etmisən?” deyə sual soruşdular...

_________________________________________________________________

SƏCDƏDƏKİ MERACIMIZ NAMAZIMIZ | Salih Zeki MERİÇ
İnsanın daxili aləmini ehya edən bəzi dəyərlər vardır ki, bu fövqəladə olmağın arasındakı incə bir xəttdir. O incə xətt yaxşı ilə pisin, müsbət ilə mənfinin, faydalı ilə faydasızın arasını ayıran və fərqi ortaya qoyan bir xəttdir...

_________________________________________________________________

NAMAZDA ŞƏFA VARDIR | İbrahim BAZ
İslam tövhid dinidir. İstər teorik, istərsə də pratik yöndən olsun, islamın mərkəzində bu əsas vardır. İmanın əsasları tövhidi dilə gətirərkən islamın əsasları, yəni ibadətlər də tövhidi gücləndirən və qoruyan tətbiqatlardır...

_________________________________________________________________

CAMAATLA NAMAZ : | Saleh ŞİRİNOV
Peyğəmbərimiz (s.ə.s) nafilə namazların evdə qılınmasının daha savab olduğunu, amma fərz namazların mütləq məsciddə, camaatla qılınmasının lazım olduğunu söyləyərdi...

_________________________________________________________________

RAMAZAN AYINIZ MÜBARƏK | İRFAN
“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona təzim və şükür edəsiniz.” (əl-Bəqərə, 185)

_________________________________________________________________

DÜŞÜNMƏK VƏ İNANMAQ | Nazim MUSTAFAYEV
Allah təala düşünmək və inanmaq qabiliyyətini yer üzündə yalnız insana vermişdir. Düşünmək təkcə insana məxsus bir xüsusiyyət olduğu kimi, inanmaq da eynilə insana məxsus bir xüsusiyyətdir...

_________________________________________________________________

FƏZİLƏT SORAĞINDA -2 | Mübariz ƏLİOĞLU
Vaxt ötdü. İllər dolandı. Bəşəriyyət son Peyğəmbərin müjdəsi ilə təravətlənən yeni bir həyat mərhələsinə qədəm qoydu. Bu həyatın hələ yaşanmamış, lakin səmavi kitablarda şəninə söylənilən saysız-hesabsız tərifləri təfəkkür əhli olan...

_________________________________________________________________

HEÇLİK | Osman Nuri TOPBAŞ
İnsan bütün məxluqat kimi, hələ adı xatırlanmadıqda, heç bir şey deyilkən, Allahın lütf və kərəmiylə “Kun! / Ol!” əmri-ilahisinə məzhər olmuş və beləcə “heçlik”dən, yəni “yoxluq”dan “varlıq” aləminə çıxarılmışdır. İnsan, “var” ola bilmək üçün heç bir əvəz ödəməmiş, sırf ilahi lütf ilə yaradılmışdır. ..
_________________________________________________________________

SƏBİRSİZ QADIN | Kamran MƏMMƏDOV
Bir qadın ərinə belə dedi:
“- Mənə heç baxmırsan, niyə belə edirsən? Nə vaxta kimi bu qıtlıqda qalacağam?”
  Əri cavab verdi:

_________________________________________________________________

TƏZƏPİR MƏSCİDİ: | Aqil ƏLİYEV
1904 –cü ilin yayında Təzəpir məscidinin tikintisinin Nabat xanım Aşurbəyova tərəfindən maliyyələşdirilməsi haqqında Bakı şəhər dumasının rəsmi qərarı elan olundu. Qərarda Nabat xanımın Təzəpir məscidini mehriyyə, yəni ona bağışlanan kəbin pulu hesabına tikdirmək fikri xüsusi vurğulanırdı...

_________________________________________________________________

Hacı Salman MUSAYEV ilə reportaj: | İRFAN
Allah təala peyğəmbərlərə ilahi təlimatlarını vəhy edib ona uyğun davranmalarını və bunu insanlara təbliğ etmələrini istədiyi, peyğəmbərlərin də Allahın bu əmrinə...

_________________________________________________________________

ONLAR 100 NƏFƏR İDİ... | Məmməd MƏMMƏDZADƏ
1920- ci ilin yanvar ayının 14-ü. Hava kifayət qədər soyuq olsa da Bakı dəmiryol vağzalında görünməmiş bir izdiham var. Azərbaycan Xalq Cümhuriyyətinin hökumət və Parlament üzvləri məşhur xeyriyyəçi – messenantlar, din xadimləri, tanınmış ədib və muhərrirlər, ictimaiyyətin nümayəndələri diqqəti cəlb edir...

_________________________________________________________________

KİMDƏN QORXMALI? | Adem ŞAHİN
Qurani-Kərimdə Fələq və Nas surələri muavvizəteyn adlandırılır. Muavvizəteyn Allaha sığınılan iki surə deməkdir. Fələq surəsində “min şərri mə xaləq – yaradılanın şərindən Allaha sığınıram” ayəsi hər insanın haləti-ruhiyyəsinə və yaşadığı yerin xüsusiyyətlərinə görə fərqli mənalara gəlir. Necəmi?...

_________________________________________________________________

CİBRANIN ŞƏRQ-QƏRB KONSEPSİYASI | Prof. Dr. Şahin XƏLİLLİ
Cəlil Xəlil Cibran (1883-1931) “dünya ədəbiyyatı”nda özünəməxsus yeri ilə seçilən, yaradıcılığında Şərq-Qərb dünyagörüşlərinin, dini, əxlaqi-mənəvi dəyərlərinin sintezini yaradan əsl ərəb yazıçısı kimi tanınır. XIX əsrin ortalarında islamla xristianlığın, Şərqlə Qərbin qovuşduğu...

_________________________________________________________________

DONUZ QRİPİ – ALLAHIN İNSANLARA OLAN DAHA BİR ..... | Ramiz HƏŞİMOV
Bu yazı Allahın insanlara olan ciddi xəbərdarlığına həsr olunur. Söhbət yaxın zamanlarda yayılan “donuz qripi” adlanan xəstəlikdən gedir. Niyə bu xəstəlik məhs belə adlandı?...

_________________________________________________________________

SARI GƏLİN MAHNISI VƏ ƏFSANƏSİ : | Tahircan KUKULOV
Son zamanlarda qədim xalq mahnısı olan Sarı gəlin haqqında çox danışılır. Kütləvi İnformasiya Vasitələrində mahnı haqda müxtəlif iddiaların döyüş meydanına çevrilməsinin şahidi oluruq...

_________________________________________________________________